Məhkəmə qərarları › İş №2(057)-2822/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2822/2024

27.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2822/2024 27.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mediator tərəfindən xx.xx.2024-cü ildə onunla Maraqlı şəxs arasında barışıq sazişi təsdiq etməklə Maraqlı şəxs 03 mart 2019-cu il təvəllüdlü X1 və 15 iyul 2021-ci il təvəllüdlü X4 ilə onun hər həftənin şənbə günü 19:00dan bazar günü 21:00-a kimi ünsiyyətdə olmasına razılıq verir. Maraqlı şəxs bayram günlərində Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı günlərində o bayramın 2-ci günü saat 10:00-dan 20:00-a qədər ünsiyyətdə olmaqla razılıq verir. Maraqlı şəxs əvəllər barışıq sazişi üzrə göstərilən öhdəçiliklərə əməl etsə də, son 2 aydır ki, uşaqları ona göstərmir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindəki öhdəlikləri könüllü icra edilməmişdir. Barışıq sazişinin şərtlərinə görə saziş məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, aralarında xx.xx.2024-cü il tarixdə Barışıq Sazişi bağlanmışdır. Maraqlı şəxs saziş üzrə üzərinə götürdüyü öhdəlikləri əvvəllər icra etsə də, 2 aydır ki, uşaqları ona göstərmir. Dərman reseptini bəhanə gətirir, lakin hər bir xərclərini qarşılayır. Anası 1-ci qrup əlildir və o nəvələrini bayramda görmək istəyir. O hər ay aliment ödədiyi üçün dərman almağa borclu deyildir. Əslində isə onun həmin vaxt dərmanları almamasına səbəb pulunun olmaması olmuşdur. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəçinin dedikləri ilə razılaşmayaraq bildirmişdir ki, o uşaqlarla 02 dekabr 2024-cü il tarixdə görüşmüşdür. Uşaqlar xəstələndikləri üçün həkimin yazdığı reseptə olan dərmanların ərizəçi tərəfindən alınmasını tapşırmaq istəsə də, ərizəçi pulunun olmadığını bildirərək, həmin dərmanları almamışdır. Ona görə də, o əsəbləşərək uşaqlarla onun mobil telefon vasitəsi ilə əlaqə saxlamasına imkan yaratmamışdır. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatlarını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə Ərizəçi hər həftənin şənbə günü 19:00dan bazar günü 21:00-a kimi ünsiyyətdə olmasına razılıq verir. Maraqlı şəxs bayram günlərində Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı günlərində Ərizəçi bayramının 2-cü günü saat 10:00-dan 20:00-a qədər ünsiyyətdə olmasına razılıq verir. Ərizəçi qeyd olunan vaxtlarda uşaqları Maraqlı şəxs qaytarmağı öhdəsinə götürür. Maraqlı şəxs razılıq verir ki, Ərizəçi qabaqcadan hansı ayda keçirəcəyini razılaşmaqda 2 gün müddətində oğlu X2 onun yanında saxlanılmaqla kiçik toy mərasimini təşkil edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. MPM-in 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə Ərizəçi hər həftənin şənbə günü 19:00-dan bazar günü 21:00-a kimi ünsiyyətdə olması, Maraqlı şəxs bayram günlərində Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı günlərində Ərizəçi bayramının 2-cü günü saat 10:00-dan 20:00-a qədər ünsiyyətdə olması, Ərizəçi qeyd olunan vaxtlarda uşaqları Maraqlı şəxs qaytarması və Ərizəçi qabaqcadan hansı ayda keçirəcəyini razılaşmaqda 2 gün müddətində oğlu X2 onun yanında saxlanılmaqla kiçik toy mərasimini təşkil etməsi barədə razılıq əldə edilmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişini məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin materiallarından müəyyən edilir ki, sözü gedən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi - Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü 19:00-dan bazar günü 21:00-a kimi ünsiyyətdə olması, bayram günlərində, yəni Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı günlərində Ərizəçi bayramın 2-cü günü saat 10:00-dan 20:00-a qədər ünsiyyətdə olması, Ərizəçi qeyd olunan vaxtlarda uşaqlarla ünsiyyətdə olduqdan sonra Maraqlı şəxs qaytarması, Ərizəçi qabaqcadan razılaşmaqla 2 gün müddətində X2 onun yanında saxlanılmaqla kiçik toy mərasimini təşkil etməsi hissələrində təsdiq edilməsi nəticəsinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi - aşağıdakı şərtlərlə təsdiq edilsin: Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü 19:00-dan bazar günü 21:00-a kimi ünsiyyətdə olsun. Bayram günlərində, yəni Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı günlərində Ərizəçi bayramın 2-cü günü saat 10:00-dan 20:00-a qədər ünsiyyətdə olsun. Ərizəçi qeyd olunan vaxtlarda uşaqlarla ünsiyyətdə olduqdan sonra Maraqlı şəxs qaytarsın. Ərizəçi qabaqcadan Maraqlı şəxs ilə razılaşmaqla 2 gün müddətində X2 onun yanında saxlanılmaqla kiçik toy mərasimini təşkil etsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar