Məhkəmə qərarları › İş №2(057)-284/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-284/2024

26.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-284/2024 26.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1957-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü ildə anadan olmuşdur. X1 və atası X9 ilə birlikdə yaşayırlar. Onların nikahı yoxdur. Atası orta beyin sindromu (166.0) G46 sol beyin yarımkürəsində keçirilmiş işemik insult, sağ beyin yarımkürəsində posthemorragik malaziya sahəsi ağırlaşma G81.0 sust hemiplegiya soltərəfli süst hemiparez, ağırlaşma R26 hərəkətin və yeriyişin pozulmaları, hərəkətin kəskin məhdudluğu xəstəsidir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi 85 faiz orqanizm funksiyaları pozulduğu üçün birinci qrup əlil kimi orta beyin sindromu (166.0) G46 sol beyin yarımkürəsində keçirilmiş işemik insult, sağ beyin yarımkürəsində posthemorragik malaziya sahəsi ağırlaşma G81.0 sust hemiplegiya soltərəfli süst hemiparez, ağırlaşma R26 hərəkətin və yeriyişin pozulmaları, hərəkətin kəskin məhdudluğu xəstəsi olduğu sübuta yetirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxarışında birinci qrup ömürlük əlil hesab edilmişdir. Buna görə də, o bir çox idarələrə və sair orqanlara müraciət edərkən, ona düşən pensiyaya görə olan bank kartını əldə etmək istəyərkən çox çətinliklərlə üzləşir. Buna görə də, məhkəmənin qətnamə çıxarmasına ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Salyan rayonu, Qaraçala qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan X6 ksero surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1993-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, atası X9, X1dır. İş materiallarında olan Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş X9 tərəfindən Salyan rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, oğlu Ərizəçi oğunun onun bütün işlərini görməsini nəzərə alaraq oğlunun ona patron (köməkçi) təyin olunmasını xahiş etmişdir. İş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosisl Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və ona orta beyin arteriyası sindromu (166.0) G46.1, sol beyin yarımkürəsində keçirilmiş işemik insult, sağ beyin yarımkürəsində posthemorragik malaziya sahəsi ağırlaşma G81.0 sust hemiplegiya, soltərəfli süst hemiparez, ağırlaşma R26 hərəkətin və yeriyişin pozulmaları, hərəkətin kəskin məhdudluğu diaqnozu təyin edilmişdir. İş materiallarında olan 2 saylı Şirvan-Salyan Regional filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan Regional filialından Vətən Müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü (Müharibə veteranı) növü üzrə aylıq 80 manat olmaqla proaktiv qaydada xx.xx.2022-ci il tarixdən ömürlük Prezident təqaüdü təyin olunmuşdur. İş materiallarında olan “TƏBİB” X19 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X18 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5317 nömrəli ambulator xəstənin tibbi vərəqinin ksero surətindən görünür ki, X10 2022-ci ildə hemmoragik insult keçirtmişdir. İş materiallarında olan “Aran Regional” Klinikası tərəfindən verilmiş müayinə vərəqindən görünür ki, Əhmədov Müslüm uzman doktor Ağakişi Yəhyayev tərəfindən müayinə edilmiş və ona sağ serebral hemisferdə geniş posthemorragik malaziya sahəsi, sol serebral hemisferdə xroniki işemik qliotik ocaqlar, yaşla uyumlu olmayan serebral və serebellar kortikal atrofiya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X7” X17 xx.xx.2024-cü il tarixli 1157 saylı rəyi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X4 “Vaskulyar demensiya” (Ağıl Zəifliyi) (F01) müəyyən olunur, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında deyildir. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, xx.xx.1957-ci il təvəllüdlü X9 öz hərəkətləri üzərində nəzarəti həyata keçirə bilmir. Evdə nəzarətsiz qalması X2 həyatı üçün təhlükəlidir. Tibbi rəyə əsasən kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də, onun üzərində qəyyum təyin olunması zəruridir. Odur ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli, 1157 saylı rəyi ilə X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar