Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-292/2023 15.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı əsassız hesablanmış 394 manat borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində sayğacda müdaxilə halının olması ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəy əsasında əsassız hesablanmış 394 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə izahat verən İddiaçı nümayəndəsi X2 bildirmişdir ki, nümayəndəsi olduğu şəxsin yaşadığı mənzilə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 2015-ci ildə işıq sayğacı quraşdırılmışdır. Sayğac işıq idarəsi tərəfindən mənzildən kənarda küçədə quraşdırılmışdır. Hər ay nəzarətçinin bildirişi əsasında işıq pulunu vaxtlı-vaxtında ödəmişdir. 2022-ci ilin sentyabr ayında sayğacların istismar müddəti bitdiyi üçün dəyişdirilmişdir. Sonradan sayğacına müdaxilə olduğu üçün cərimə yazıldığını bilmişdir. Sayğacda müdaxilə izlərinin olması və hansısa rəqəmlərin üzərində cizik izlərinin olması barədə rəy tərtib edilmişdir.Həmin rəydə sayğaca vurulmuş plombların üzərində olması və plombların nömrələridə qeyd olunmuşdur.Sayğacın plombu üzərində olduğu halda onun daxilindəki rəqəmə müdaxilə etmək mümkün deyildir. Rəydə sayğacda qüsura səbəb olan qeydlərdə İddiaçı tərəfindən hər hansı bir müdaxilə olunması halı qeyd olunmamışdır. Rəy tərtib olunan zaman qanunun heç bir tələbinə riayət olunmamışdır. Sayğacın yoxlanılması barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Tərtib edilmiş akt tam əsassızdır. Sayğac dəyişdirildiyi günə kimi işlək vəziyyətdə olmuş və istifadə olunan enerjinin dəyərini hesablamışdır. 7 il əvvəl küçədə, mənzilindən kənar quraşdırılmış sayğaca hər hansı bir ciziğın düşməsinə iddiaçı cavabdeh deyildir. Mənzilinə hansı faktlarla artıq pul yazılması ilə bağlı sənədləri işıq idarəsindən tələb etdikdə İddiaçı yalnız xx.xx.2022-ci il tarixdə sayğacın dəyişdirilməsi ilə bağlı bir rəyin surəti təqdim edilmişdir. Akt tərtib olunmadığı yalnız bu rəy əsasında onun mənzilinə artıq 394 manat pul hesablandığı bildirilmişdir. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş abunə haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı akt əsasında 328,35 manat borc hesablanmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın hesablama mexanizmi keçidləri və hesablama mexanizmində müdaxilə izləri var. Sayğac müdaxiləlidir. Sayğac 2-3-cü minlik rəqəmlərində və keçidlərində cızıq və müdaxilə izləri var. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh təşkilat iddiaçının 394 manat borcu olduğunu qeyd etmiş, lakin həmin borcun yaranma səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş abonentin saldosundan görünür ki, sonuncunun akt üzrə 328,35 manat borcu olmuşdur. İddiaçı qeyd olunan borcla razılaşmamış və məhkəməyə iddia ilə müraciət edərək həmin borcun silinməsini xahiş etmişdir. Cavabdeh təşkilat abonent barəsində elektrik enerjisindən istifadə qaydalarını pozması barədə akt tərtib edərkən abonentin iştirakı təmin edilməmişdir. Cavabdeh təşkilat iddiaçının hüquq pozuntusu törətməsi barədə məhkəməyə heç bir sübüt təqdim etməmiş, baş vermiş hüquq pozuntusunun nəticəsi ilə abonentin hərəkətləri arasında səbəbli əlaqənin olub -olmaması müəyyən olunmamışdır. İddiaçı qeyd olunan pozuntunu etiraf etməmiş, cavabdeh təşkilat da həmin halın abonent tərəfindən yol verilməsini sübuta yetirməmişdir. Ona görə də məhkəmə iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını daha əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-ci maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizat muəssisənin numayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edib və aktın bir nusxəsinin məişət abonentinə verir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin 27 sentyabr 2022-ci il tarixli akt əsasında hesaablanmış 328,35 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-292/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-292/2023
15.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver