Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3015/2025 19.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlu, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – İddiaçı və ya iddiaçı) Cavabdeh qarşı (bundan sonra – Cavabdeh və ya cavabdeh) “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3133 manat əsas borc, 400 manat gecikmə faizi və dövlət rüsumu kimi ödədiyi 56 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “BAL ELEKTRO” mağazası adı altında mobil telefonların satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh bir həmyerli kimi tanıyir.Cavabdeh məişət avadanlıqları almaq üçün xx.xx.2025-ci il tarixində mağazaya gəlmiş və məişət avadanlıqlarının dəyərini hissə-hissə ödəmək şərti ilə almaq istəmişdir.İddiaçı və Cavabdeh aralarında razılaşdıqdan sonra aralarında xx.xx.2024-cü il tarixli alqı-satqı(hissə-hissə) müqvilələri bağlanmışdır.İddiaçı və Cavabdeh arasında xx.xx.2024 -cü il tarixli, 033 saylı bağlanmış alqı-satqı(hissə-hissə) müqaviləsi və ona əlavə edilən ödəniş cədvəlinə əsasən ümumi dəyəri 1180 manat olan İNDESİT 4180 S markalı SOYUDUCUNU 100 manat ilkin ödəniş olmaq şərti ilə 10 ay müddətinə aylıq 108 manat, xx.xx.2024 -cü il tarixli, 034 saylı alqı-satqı(hissə-hissə) müqaviləsi və ona əlavə edilən ödəniş cədvəlinə əsasən ümumi dəyəri 1600 manat olan AUX 1800 btu markalı KONDİSONER üçün 100 manat ilkin ödəniş olmaqla 10 ay müddətində aylıq 150 manat , 035 saylı xx.xx.2024-cü il tarixli alqı-satqı(hissə-hissə) müqaviləsi və ona əlavə edilən ödəniş cədvəlinə əsasən isə ümumi dəyəri 1400 manat olan SAMSUNG 7 KQ markalı PALTARYUYAN üçün ilkin ödəniş 100 manat olmaqla 10 ay müddətinə aylıq 130 manat ödəmək şərti ilə öhdəsinə götürmüşdür.Cavabdeh bu günə kimi İNDESİT 4180 S markalı SOYUDUCU üçün 297 manat, SAMSUNG 7 KQ markalı PALTARYUYAN üçün 345 manat, AUX 1800 btu markalı KONDİSONER üçün 405 manat ödəniş etmişdir. Cavabdehin 033 saylı,xx.xx.2024-cü il tarixli alqı-satqı(hissə-hissə) müqaviləsinə əsasən İNDESİT 4180 S markalı SOYUDUCU üçün 883 manat, 034 saylı,xx.xx.2024-cü il tarixli alqı-satqı(hissəhissə) müqaviləsinə əsasən SAMSUNG 7 KQ markalı PALTARYUYAN üçün 1055 manat, 035 saylı,xx.xx.2024-cü il tarixli alqı-satqı(hissə-hissə) müqaviləsinə əsasən AUX 1800 btu markalı KONDİSONER üçün 1195 manat qalıq borcu qalmışdır.Bununla da Cavabdehin İddiaçıya ümumilikdə 3133 manat borcu yaranmışdır.Ödəniş cədvəlinə əsasən gecikdirilən hər gün üçün əlavə, borcun 1%-i dəyərində penya hesablanır.Qalıq borc 3133 manat olduğundan bu da 600 manat təşkil edir.İddiaçı cavabdehin vəziyyətini nəzərə alaraq gecikməyə görə 400 manat tələb edir.İddiaçı cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərmiş, lakin ondan borcunu geri ala bilməmişdir. Bu səbəbdən məcbur olaraq məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh iddia tələbinə dair heç bir münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan 033 saylı,xx.xx.2024-cü il tarixli, “Alqı-satqı” (hissəhissə) müqaviləsindən və ona əlavə edilmiş həmin tarixli Əlavədən görünür ki, satıcı qismində çıxış edən iddiaçı, alıcı qismində olan cavabdehə ilkin ödəniş 100 manat olmaqla 10 ay müddətinə aylıq 108 manat olmaqla, dəyəri 1180 manat olan İNDESİT 4180 S markalı SOYUDUCU satmışdır. İş materiallarında olan 034 saylı,xx.xx.2024-cü il tarixli, “Alqı-satqı” (hissə-hissə) müqaviləsindən və ona əlavə edilmiş həmin tarixli Əlavədən görünür ki, satıcı qismində çıxış edən iddiaçı, alıcı qismində olan cavabdehə ilkin ödəniş 100 manat olmaqla 10 ay müddətinə aylıq 150 manat olmaqla, dəyəri 1600 manat olan AUX 1800 btu markalı KONDİSONER satmışdır. İş materiallarında olan 035 saylı,xx.xx.2024-cü il tarixli, “Alqı-satqı” (hissə-hissə) müqaviləsindən və ona əlavə edilmiş həmin tarixli Əlavədən görünür ki, satıcı qismində çıxış edən iddiaçı, alıcı qismində olan cavabdehə ilkin ödəniş 100 manat olmaqla 10 ay müddətinə aylıq 130 manat olmaqla, dəyəri 1400 manat olan SAMSUNG 7 KQ markalı PALTARYUYAN satmışdır. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ona gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 56 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsinə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 400 manat gecikdirməyə görə cərimənin (peniyanın) tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 150 manat məbləğində pul tutulmalıdır. İddiaçı tərəfindən tələb olunan peniyanın hüquqi əsasınını Mülki Məcəllənin 462.1 və 467-ci maddələri təşkil edir. Faktiki əsasını isə iş materiallarında olan Ödəniş cədvəlinin Qeyd hissəsində tərəfləriniradə ifadəsini bildirirərək, razılaşdıqları şərtlər təşkil edir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 3133 (üç min yüz otuz üç) manat əsas borc, 150 (bir yüz əlli) manat gecikmə faizi borcu və iddia tələbinə mütənasib olaraq ödənilmiş 55.33 (əlli beş manat otuz üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3133 (üç min yüz otuz üç) manat əsas borc, 150 (bir yüz əlli) manat gecikmə faizi borcu və iddia tələbinə mütənasib olaraq ödənilmiş 55.33 (əlli beş manat otuz üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3338.33 (üç min üç yüz otuz səkkiz manat otuz üç qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-3015/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3015/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver