Məhkəmə qərarları › İş №2(057)-3209/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3209/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3209/2025 12.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Salyan şəhər sakini Cavabdeh əsas borc kimi 490 (dörd yüz doxsan) manat, dövlət rüsumu kimi ödədiyi 30 manat, ümumilikdə 520 (beş yüz iyirmi) manat pulun tutulmasından ötəri qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhərində yaşamaqla Salyan şəhərində yerləşən "AZERCELL" mağazasında işləyir. İşlədiyi mağazada əşyalar həm nağd qiymətə , həm də nisyə vətəndaşlara satılır. Hər nisyə ilə satılan əşya ilə bağlı müştəri ilə müəyyən olunmuş qaydaya uyğun olaraq Alqı-satqı müqaviləsi bağlanır və hər iki tərəf imzaladıqdan sonra İnüsxəsi mağazada qalır, 2-ci nüsxəsi isə vətəndaşa verilir.Müştəri Alqı-satqı müqaviləsinə əsasən qecikmədən yaranmış ödəniş barədə qabagcadan məlumatlandırılır və razı olduqda öhtəsinə götürür ki, əsas borcu və Alqısatqı müqavitləsinə əsasən gecikən ödəniş borcunu vaxtında ödəyəcəkdir. O, mağazada məişət əşyaları və telefon satışı ilə məşğul olmaq üçün Vergilər Nazirliyinin 5 saylı ərazi vergilər idarəsindən qeydiyatdan keçərək ********** saylı VÖEN Şəhadətnaməsi almışam. 17 may 2025-ci ildə Salyan şəhər sakini Cavabdeh mağazaya gələrək “Honor” markalı telefonu nağd satış qiyməti 700 manat, nisyə ilə qiyməti 720 manat olan Telefonu almaq istədiyini bildirmişdir. O, onunla Alqı-satqı müqaviləsi bağlayaraq müqaviləni imzalamış və cavabdeh öhdəsinə götürmüşdür ki,hər ayda mağazaya 60 man olmaqla 12 ay müddətində pulu ödəyəcəkdir. İlkin olaraq o, mağazaya 60 (altmış) manat pul ödəmiş və sonrakı vaxtlarda da mağazaya 170 (yüz yetmiş) manat pul ödəmişdir. Beləliklə də cavabdeh mağazaya cəmi 230 (iki yüz otuz) manat pul ödəyəndən sonra bir daha mağazaya gəlməmiş və ödəniş etməmişdir.Dəfələrlə ona məxsus mobil telefonuna zəng edərək pulu tələb etsə də bundan boyun qaçırmışdır.19 may 2025-ci ildə onun yaşadığı ünvana xəbərnaməli məktub göndərərək pulu ödəməsinin tələb etsə də yenə də bundan boyun qaçırmışdır. Beləliklə də, cavabdehin mağazaya ümümi borcu 490 manat qalmışdır. Məhkəmənin iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh ondan alqı-satqı müqaviləsi əsasında telefon almışdır. Borcunun bir hissəsini ödəsə də, qalan hissəni ödəməmişdir. Dəfələrlə tələb etsə də heç bir nəticə olmamışdır. Sonuncu dəfə cavabdehlə məhkəmədə olarkən görüşmüş, cavabdeh borcunu qaytaracağını bildirmiş, lakin heç bir məbləğ ödəməmişdir. Borcun qaytarılmasını tələb edir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh dəfələrlə məhkəmə iclasına gəlməmiş, gəlmməsinin səbəbi barədə məkhəməyə möəlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək iddiaçıdan telefon aldığını, borcunun qaldığını, həmin borcu ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli BT 1661 saylı alqı-satqı müqaviləsindən, həmin tarixli müştərinin şəxsi vərəqəsindən, müqaviləyə əlavədən görünür ki, cavabdeh iddiaçıdan dəyəri 720 manat olan “Honor” markalı mobil telefon almışdır. İş materiallarında olan bildirişdən görünür ki, cavabdeh iddiaçıya olan borcunun ödənilməsi, əks halda onun barəsində məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddianın məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan xx.xx.2024-cü il tarixli BT 1661 saylı nisyə alqı-satqı müqavilələri üzrə telefon almış, həmin telefonun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin əşyanın dəyərinin bir hissəsini ödəsə də, qalan borcu ödəməmişdir. İddiaçı cavabdehdən borcunun ödənilməsini tələb etsə cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı pulunu cavabdehdən geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə icra etməmişdir. Cavabdehin iddiaçıya pul borclu olması faktı iddiaçının məhkəməyə təqdim etdiyi cavabdehlə bağlanmış müqavilələr, eləcə də digər sübutlarla öz təsdiqini tapmış, ona görə də, iddiaçı haqlı olaraq pulunu tələb etmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi sübutların təkzib olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya borclu olmasını etiraf edərək iddianı qəbul etmişdir. Ona görə də, məhkəmə iddiaçının təqdim etdiyi sübutların daha möhtəbər və əsaslı olduğu qənaətinə gələrək iddianın təmin olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 490 (dörd yüz doxsan) manat,dövlət rüsumu kimi ödədiyi 30 manat, ümumilikdə 520 (beş yüz iyirmi) manat alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 490 (dörd yüz doxsan) manat,dövlət rüsumu kimi ödədiyi 30 manat, ümumilikdə 520 (beş yüz iyirmi) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar