Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3210/2025 12.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 260 manat, dövlət rüsumu kimi ödədiyim 30 manat, ümumilikdə 290 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan şəhərində yaşamaqla Salyan şəhərində yerləşən "AZERCELL" mağazasında işləyir. İşlədiyi mağazada əşyalar həm nağd qiymətə, həm də nisyə vətəndaşlara satılır. Hər nisyə ilə satılan əşya ilə bağlı müştəri ilə müəyyən olunmuş qaydaya uyğun olaraq Alqı-satqı müqaviləsi bağlanır və hər iki tərəf imzaladıqdan sonra 1 nüsxəsi mağazada qalır, 2-ci nüsxəsi isə vətəndaşa verilir. Müştəri Alqı-satqı müqaviləsinə əsasən gecikmədən yaranmış ödəniş barədə qabaqcadan məlumatlandırılır və razı olduqda öhdəsinə götürür ki, əsas borcu və Alqı-satqı müqaviləsinə əsasən gecikən ödəniş borcunu vaxtında ödəyəcəkdir. O, mağazada məişət əşyaları və telefon satışı ilə məşğul olmaq üçün Vergilər Nazirliyinin 5 saylı ərazi vergilər idarəsindən qeydiyatdan keçərək ********** saylı VÖEN Şəhadətnaməsi almışdır. 21 noyabr 2025-ci ildə Salyan şəhər sakini Cavabdeh mağazaya gələrək "Samsung" markalı telefonu nağd satış qiyməti 419 manat, nisyə ilə qiyməti 440 manat olan Telefonu almaq istədiyini bildirmişdir. O da onunla Alqı-satqı müqaviləsi bağlayaraq müqaviləni imzalamışlar və cavabdeh öhdəsinə götürmüşdür ki, hər ayda mağazaya 35 man olmaqla 12 ay müddətində pulu ödəyəcəkdir. İlkin olaraq o, mağazaya 55 (əlli beş) manat pul ödədi və sonrakı vaxtlarda da mağazaya 125 (yüz iyirmi beş) manat pul ödəmişdir. Beləliklə cavabdeh mağazaya cəmi 180 (yüz səksən) manat pul ödəyəndən sonra bir daha mağazaya gəlməmiş və ödəniş etməmişdir. Dəfələrlə ona məxsus mobil telefonuna zəng edərək pulu tələb etsə də bundan boyun qaçırmışdır.19 may 2025-ci ildə onun yaşadığı ünvana xəbərnaməli məktub göndərərək pulu ödəməsinin tələb etsə də yenə də bundan boyun qaçırmışdır. Beləliklə də cavabdehin ümumi borcu 260 manat qalmışdır.Odur ki, cavadeh Cavabdeh 260 manat, dövlət rüsumu kimi ödədiyim 30 manat, ümumilikdə 290 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, nəvəsini Bakı şəhərində yerləşən xəstəxanaya apardığı üçün məhkəmə iclasının onun iştirakı olmadan bxılmasını xahiş etmişdir. Məhkəmə Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddələrinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli BT1321 saylı Alqı-Satqı müqaviləsindən görünür ki, Cavabdeh nağd satış qiyməti 419 manat, nisyə ilə qiyməti 440 manat olan Samsung A24 markalı mobil telefon 12 ay müddətinə hər ay 35 manat ödənilmək şərtilə satılmışdır. İlkin ödəniş 55 manat olmuşdur. Cavabdeh göndərilmiş bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsi ilə 419(dörd yüz on doqquz) manat qiymətində olan telefonu 12 aylıq ödəmək şərti ilə mağazadan almışdır. Müqavilənin şərtləri ilə həmin telefonun qiyməti 440 (dörd yüz qirx) manat olmuşdur. O, telefonu alandan sonra mağazaya 180 (yüz səksən) manat pul ödədiyi bildirilmişdir. Bundan sonra isə qalan 260 manat borcdan ödəniş etməmişdir. Ona görə də, müqaviləyə əsasən 260 manat malın alışından ilkin borcunuz və hər gecikən günə 1% olmaqla 180 gün gecikməyə görə 460 manat borc yaranmışdır. Müqavilədə göstərilmiş borcunun ödənilməsi ilə bağlı bir neçə dəfə sizə şifahi olaraq xəbərdarlıqlar edilməsinə baxmayaraq hər dəfə aidiyyatı əməkdaşları aldadaraq yenidən qalıq borcunu ödəməkdən yayınmışdır. Hətta əlaqə üçün mağazaya bildirdikləri mobil telefon nömrəsinə cavab verməkdən boyun qaçırmışdır. Bütün bu səbəblərə görə ümumilikdə cəmi borcunun 720 manat olmuşdur. Bir daha rəsmi xəbərdarliq edərək ondan tələb edərək 3 gün müddət ərzində yaranmış borcunu mağazaya ödəyəcəyini, əks halda qanunvericiliyin tələbinə uyğun olaraq onun barəsində rayon məhkəməsində iddia qaldırılaraq yaranmış borcunun məhkəmə vasitəsi ilə alınması təmin olunacağı barədə xəbardar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 260 manat əsas borc, 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 290 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 260 manat əsas borc, 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 290 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-3210/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3210/2025
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver