Məhkəmə qərarları › İş №2(057)-3250/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-3250/2025

17.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-3250/2025 17.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Dadaşov Cavid Zeydulla oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh İB-nin X1 İstismar İdarəsinə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Salyan rayonu Kərimbəyli kəndində yerləşən yaşayış evində xx.xx.2018-ci il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmış, sayğacın plombunun kəsilməsi və sağyacın ekranının aralanması müəyyən edilmişdir. Dəymiş ziyanın hesablanması və sayğacın dəyərinin ödənilməsi tələb olunması barədə qeyd aparılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli Aktın ksero surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Salyan rayonu Kərimbəyli kəndində yerləşən yaşayış evinə PQ 4(1), Q1Q 24 liti növlü, ******* nömrəli sayğac plombu kəsilməsi və sağyacın ekranın aralanması səbəbindən əməkdaşlar tərəfindən çıxarılmışdır. İstehlakçı İddiaçı məxsus xx.xx.2025-ci il tarixli çıxarışda qeyd olunan Abonent Saldosundan görünür ki, abonent kodu **********0000 olan İddiaçı 2018-ci ilin may ayı tarixində akta əsasən 1468 manat məbləğində borcunun olması qeyd olunmuşdur. Cavabdeh İB-nin X1 İstismar İdarəsinin xx.xx.2018-ci il “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, mövcud sayğac işlədicilərinin saatlıq qaz sərfiyyatına uyğun yeni sağyacla əvəz olunması ilə bağlı görülməli işlər barədə tələblər qeyd olunmuşdur. Sayğacın dəyərinin ödənilməsnin təmin edilməsi ilə bağlı qeyd aparılmışdır. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı Cavabdeh İB-nin X1 İstismar İdarəsinə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq İddiaçı adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və akt əsasında hesablanmış 987 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, onun Salyan rayonu Kərimbəyli kəndində yaşadığı evə qaz idarəsinin əməkdaşları tərəfindən 2010-cu ildə sayğac quraşdırılmışdır. Sayğac küçədə evimdən kənar quraşdırılmışdır. Sayğac quraşdırıldığı dövürdə işçilərə sayğacın qapıya yaxın qurulmasını bildirsə də, əməkdaşlar onun bu tələbinə məhəl qoymamışdırlar. Amma buna baxmayaraq gücü çatandan nəzarət etmişdir. İşlətdiyi qazın dəyərini verilən bildirişə uyğun daima ödəmişdir. Cari ay ərzində hər 15 gündən bir işçilər tərəfindən sayğaca baxış keçirilirdi. Sayğacında hər hansı nöqsanın olması ilə bağlı heç vaxt bizə nəsə deyilməyib.8 ildən sonra sayğacların istismar vaxtı bitdiyi üçün sayğacları dəyişirdilər. Qaz sayğaclarının istismar müddəti 5 il olduğunu qaz idarəsinin işçiləri desə də, lakin 8 ildən sonra onun sayğac dəyişilərək yerinə yeni sayğac bağlandı. Sağacın yeni sayğacla əvəz olunması barədə akt tərtib olundu. Sayğacda hər hansı bir zədənin olması ilə bağlı nə şifahi, nə də aktda heç bir şey qeyd edilməməmişdir. Sayğaca hər hansı müdaxilə olunsaydı sayğac yenisi ilə əvəz olunmazdı.05 ay sonra onların sayğacı dəyişdirilərək smart tipli qaz sayğacı quraşdırıldı. Onların xəbəri olmadan 2018-ci ildə 8 il əvvəl quraşdırılmış qaz sayğacını dəyişərkən onlara cərimə yazılmışdır. Smart sayğacına bildiriş verilmədiyi üçün onun bu borcdan xəbəri olmayıb. Bu yaxınlarda təsadüf nəticəsində bilmişdir ki, 2018 ci ildə guya sayğacın plompu və qapağında boşalma olmasına görə ona 1468 manat cərimə yazıblar. Bu qədər qaz onun mənzilində 12-14 il ərzində istifadə oluna bilər. 15 gündən bir sayğaca baxış kecrildiyi üçün əgər sayğacın qapagında aralanma olsaydı nəzarətci görərdi, deməli aralanma olsada 15 gün müddətində olmuşdur. Qanunsuz olaraq 15 günlük aralanmaya görə 1468 manat cərimə hesabatından görünür ki akt tam əsassızdır. Halbuki, qazda bir anlıqda sızma olmamışdır. Sayğac tam işlək vəziyyətdə olmuş hər ayda eyni qaydada sayğac işlədilən qazın həcmini ölçmüşdür. Smart aparatı olduğu üçün vurduğu puldan tutulurmuş o, isə bunu hiss etməmişdir. İndi hal hazırda 937 manat borcu qalmışdır. Akta mənim adımın qabagına yalandan imtina yazıblar. Sayğac dəyişilən vaxt yazılmış akıda isə heçnə yazılmamışdır. Yadındadır ki, boş kağıza qol cəkdirdilər ki, yeni sayğac qurduqlarına görədir. Əgər sayğac dəyişilərkən qeyd olunan nöqsan var idisə, onlara bu barədə məlumat verilməli idi və sonra yeni sayğac qurulmalı idi. Əksinə cərimə ödənildikdən sonra qurmalı idilər. Lakin cərimə aktı sayğac dəyişdirildikdən 45 gün sonra haradasa yazılıb. Sayğac dəyişilməmişdən öncəki illərdə 2015-ci ildə 1350 kub (135 man), 2016-ci ildə 1590 kub(159 man) 2017 ci ildə 1340 kub(134man) qaz işlədilibsə yeni smart qaz sayğacıda qurulduqdan sonra hər il eyni qaydada 2018 ildə 480 kub, 2019 cu ildə 1335 kub, 2022 cü ildə 1581 kub, 2023 cü ildə 1689 kub 2024-2025-ci illərdə il boyu 2784 kub qaz işlədilmişdir. Yəni bütün illərdə sayğac dəyişildikdən əvvəl və sonrada eyni qaydada qaz işlədilmişdir.Sayğac kücədə 8 il müddətinə quraşdırılmışdır, bu müddət ərzində sayğac köhnəlməlidir amma ona heç bir müdaxilə olunmamış və qeyd olunan aralanma nəticəsindədə sayğacın işləməsinə heç bir təsir olmamışdır. Sayğaca cavabdeh Qaz idarəsidir. b) iddiaya etiraz İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələblərini müdafiə edir. Həmçinin bildirmişdir ki, onun cavabdeh olaraq iddia tələbinin yönəldiyi cavabdeh məhz Cavabdeh İB-nin X1 İstismar İdarəsidir. Belə ki, qeyd olunan borc məbləği həmin idarənin əməkdaşlarının hərəkətləri nəticəsində yaranmışdır və onlar tərəfindən cərimə borcu hesablanmışdır. Bu səbəbdən qeyd olunan əməkdaşlar tərəfindən tərtib olunmuş akt ləğv olunmalı və cərimə borcu silinməlidir. Məhkəmədən müvafiq borcun silinməsi və aktın ləğv olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin keçirilən xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh İB-nin X1 İstismar İdarəsi nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, sayğac Cavabdeh İB-nin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən müvafiq olaraq akt əsasın dəyişdirilmişdir. Sayğacın dəyişdirilməsindən sonra müvafiq labaratoriyaya göndərilmiş və qeyd olunan nöqsanlar aşkar edilmişdir. Müvafiq rəyi məhkəməyə təqdim edəcəyini bildirmişdir. İstehlakçı tərəfindən qeyd olunan müdaxilə nəticəsində sayğacda qüsur olmuş və yoxlamanın nəticəsində bu nöqsan müəyyən edilmişdir. İddia tələbi ilə silinməsi tələb olunan cərimə borcu əsaslıdır. Bu səbəbdən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixə təyin olunmuş məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə cavabdehin nümayəndəsi Nümayəndə1 lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 262.1-ci maddəsinə əsasən, İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən, Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3-ci maddəsinə əsasən, Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.Məhkəmə dövlət rüsumu ilə bağlı istehlakçıların hüquqlarının pozulması ilə bağlı məhkəməyə iddia tələbi ilə müraciət edərkən, dövlət rüsumu pödəməkdən azad olunduğuna görə dövlət rüsumunun qaytarılmasına münasibət bildirməyi zəruri hesab etmir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı tərəfindən qaldırılan iddia tələbinin yönəldiyi Cavabdeh İB-nin X1 İstismar İdarəsidir. Məhkəmə iclası zamanı iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi ilə də iddia tələbinin məhz Cavabdeh İB-nin X1 İstismar İdarəsinə qarşı yönəlməsi barədə mövqeyi müəyyənləşdirilmiş və iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmişdir. Lakin iddiaçının iddia tələbinə cavab verməli olan şəxs Cavabdeh İB-nin X1 İstismar İdarəsi deyil, Cavabdeh İB olmalı idi. Bu hala qiymət verən məhkəmə hesab edir ki, iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılan iddia tələbi üzrə mülki icraatın davam etditilməsi mümkünsüz olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-ci maddəsinin tələbindən çıxış edərək, iddiaçıya izah etməyi zəruri hesab edir ki, müvafiq borcun silinməsi ilə bağlı iddia tələbi ilə bağlı müraciətini Cavabdeh İB-nə qarşı qaldırmalıdır. Buna görə də iddiaçının iddia ərizəsinin mülki məhkəmə icraatı mümkün deyildir. Məhkəmə həmçinin iddiaçıya izah etməyi zəruri hesab edir ki, qərardadda qeyd olunan nöqsalar aradan qaldırıldıqdan sonra mülki işin icraata qəbulu mümkün hesab edilə bilər. Əks təqdirdə iddia ərizəsi ilə bağlı qanunvericiliyin digər imperativ normasının tələbi pozulmuş olacaqdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 259.0.6, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-nin X1 İstismar İdarəsinə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş icraata xitam verilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar