Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3574/2025 11.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Dövlət Reysetr Xidmətinin və RXPNŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 18 saylı qərarı ilə Neftçala rayonu, Şorkənd kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin X11, X12, Ərizəçi Atamalı oğlu və X16 verilməsinə dair JN:082F, KOD 80704068 nömrəli "Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin Ərizəçi və Bəşirova (Şükürova) Günel Anatoli qızına məxsus olması faktının müəyyən edilməsinə dair, Neftçala rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 60 saylı qərarı ilə Neftçala rayonu, Cəngən kəndində yerləşən 2,02 hektar torpaq sahəsinin X13, X12, X29 və X17 verilməsinə dair JN:0097, KOD 80704018 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın X11, Ərizəçi və Bəşirova (Şükürova) Günel Anatoli qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 18 saylı qərarı ilə mərhum xalası X4, mərhum anası X5, ona və bacısı Bəşirova (Şükürova) Günel Anatoli qızına Neftçala rayonu, Şorkənd kəndində sahəsi 0,12 hektar olan həyətyanı torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında "Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə" (JN:082F, KOD: ********) tərtib edilmiş və kitabda Ş-82 nömrəsi ilə qeydiyyata alınmışdır. "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də o, "Ərizəçi” səhvən “Ərizəçi Atamalı oğlu", bacısı "Bəşirova (Şükürova) Günel Anatoli qızı” səhvən "X18” kimi qeyd edilmişdir. Eyni zamanda Neftçala rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 60 saylı qərarı ilə mərhum xalası X4, mərhum anası X5, ona və bacısı Bəşirova (Şükürova) Günel Anatoli qızına Neftçala rayonu, Cəngən kəndində sahəsi 2,02 hektar olan kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında "Torpağa mülkiyyət hüququna dair dövlət aktı” (JN:0097, KOD: ********) tərtib edilmiş və Dövlət Aktı qeydiyyatı kitabında 02 iyul 2002-ci il tarixində C/Q-97 nömrəsi ilə qeydiyyata alınmışdır. "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda mərhum xalası "X11” səhvən "X13", o,"Ərizəçi" səhvən “X29", bacısı “Bəşirova (Şükürova) Günel Anatoli qızı” səhvən “X19” kimi qeyd edilmişdir. Həmin dövlət aktı və şəhadətnamədə adları göstərilən xalası X11 28 oktyabr 2003-cü il, anası X12 isə 04 fevral 2025-ci il tarixində vəfat etmişlər. Miras əmlakla bağlı vərəsəliyin açılması üçün müvafiq notariat orqanına müraciət etmişdir. Lakin kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinin və həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etdikdə ona "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda "X11"nın səhvən "X13", "Ərizəçi"nun səhvən “X29", “Bəşirova (Şükürova) Günel Anatoli qızı"nın səhvən "X19" kimi, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də "Ərizəçi"nun səhvən "Ərizəçi Atamalı oğlu", “Bəşirova (Şükürova) Günel Anatoli qızı"nın səhvən "Şükürova Atamalı qızı” kimi qeyd edildiyi və bununla bağlı hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi bildirilib, ərizələrin icrasından imtina edilmişdir. mərhum xalası Nəcəfova Yuxarıda qeyd olunanlarla bağlı bildirmək istəyirəm ki, Nazxanım Ağarəhim qızı 28 oktyabr 2003-cü il tarixində vəfat etmiş və ölüm haqqında şəhadətnamədə onun soyadı "Nəcəfova” kimi qeyd edilmişdir. Onun doğum haqqında şəhadətnaməmdə və şəxsiyyət vəsiqəmdə soyadım, adım və atamın adı Ərizəçi kimi göstərilmişdir. Bacısının doğum haqqında şəhadətnaməsində soyadı, adı və atasının adı X7 qeyd edilmiş, bacısı 12 may 2009- cu il tarixində X21 ilə rəsmi nikahla ailə qurmuş və “Bəşirova" soyadını qəbul etmişdir. Qeyd etdiyi səhvlər torpaq sahələrinin dövlət qeydiyyatına alınması zamanı ona çətinliklər yaradır. Həmin sənədləri başqa qaydada ala bilmirəm və ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edirəm. Neftçala rayonu Cəngan kənd İƏDN-nin 10 iyun 2025-ci il tarixli, 333 nömrəli arayışında JN-082F, kod 80704068 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də Ərizəçi soyadı, adı və ata adının texniki səhv olaraq "Ərizəçi Atamalı oğlu” kimi və Şükürova (Bəşirova) Günel Anatoli qızının soyadı, adı və ata adının səhvən "X18" kimi qeyd edildiyi göstərilmişdir. Neftçala rayonu Cəngan kənd İƏDN-nin 10 iyun 2025-ci il tarixli, 334 nömrəli arayışında JN-082F, kod 80704068 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda X1, adı və ata adının texniki səhv olaraq "X15" kimi, Ərizəçi soyadı, adı və ata adının texniki səhv olaraq “X30” kimi və Şükürova (Bəşirova) Günel Anatoli qızının soyadı, adı və ata adının səhvən “X19” kimi qeyd edildiyi göstərilmişdir. Odur ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 18 saylı qərarı ilə Neftçala rayonu, Şorkənd kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin X11, X12, Ərizəçi Atamalı oğlu və X16 verilməsinə dair JN:082F, KOD 80704068 nömrəli "Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin Ərizəçi və Bəşirova (Şükürova) Günel Anatoli qızına məxsus olması faktının müəyyən edilməsinə dair, Neftçala rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 60 saylı qərarı ilə Neftçala rayonu, Cəngən kəndində yerləşən 2,02 hektar torpaq sahəsinin X13, X12, X29 və X17 verilməsinə dair JN:0097, KOD 80704018 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın X11, Ərizəçi və Bəşirova (Şükürova) Günel Anatoli qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin və RXPNŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən faktın müəyyən edilməsi ərizəçiyə əmlakın sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında bildirdi ki, Ərizəçi onun qardaşıdır. Neftçala rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 18 saylı qərarı ilə mərhum xalası X4, mərhum anası X5, ona və qardaşı Ərizəçi Neftçala rayonu, Şorkənd kəndində sahəsi 0,12 hektar olan həyətyanı torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında "Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə" (JN:082F, KOD: ********) tərtib edilmiş və kitabda Ş-82 nömrəsi ilə qeydiyyata alınmışdır. "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də qardaşı "Ərizəçi” səhvən “Ərizəçi Atamalı oğlu", özü isə "Bəşirova (Şükürova) Günel Anatoli qızı” səhvən "X18” kimi qeyd edilmişdir. Eyni zamanda Neftçala rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 60 saylı qərarı ilə mərhum xalası X4, mərhum anası X5, ona və qardaşı Ərizəçi Neftçala rayonu, Cəngən kəndində sahəsi 2,02 hektar olan kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında "Torpağa mülkiyyət hüququna dair dövlət aktı” (JN:0097, KOD: ********) tərtib edilmiş və Dövlət Aktı qeydiyyatı kitabında 02 iyul 2002-ci il tarixində C/Q-97 nömrəsi ilə qeydiyyata alınmışdır. "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda mərhum xalası "X11” səhvən "X13", qardaşı "Ərizəçi" səhvən “X29", özü isə “Bəşirova (Şükürova) Günel Anatoli qızı” səhvən “X19” kimi qeyd edilmişdir. Bildirmişdir ki, onun qızlıq soyadı “Şükürova” olmuş, nikaha daxil olduqdan sonra soyadı “Şükürova”dan “ Bəşirova”ya dəyişdirilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-082F seriyalı KOD 80704068 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, X11, X12, Ərizəçi Atamalı oğlu və X16 Neftçala rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997ci il tarixli 18 saylı qərarı ilə Neftçala rayonu, Şorkənd kəndində sahəsi 0,12 hektar olan həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0097 seriyalı KOD 80704018 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, X13, X12, X29 və X17 Neftçala rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 60 saylı qərarı ilə Neftçala rayonu, Cəngən kəndində sahəsi 2.02 hektar olan həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X14 xx.xx.1938-ci il tarixdə anadan olmuş, atası X22, anası X23r. İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə anadan olmuş, atası X24, anası X6r. İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X20 xx.xx.1985-ci il tarixdə anadan olmuş, atası X24, anası X6r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2003-cü ildə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X20 xx.xx.2009-cu ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Bəşirova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2025-ci ildə ölmüşdür. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti Başçısının Cəngan kənd İnzibati Ərazi Dairəsı üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1.Verilir Ərizəçi ondan ötrü ki, JN -0097, kod 80704018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun xalasının soyadı, adı və atasının adı texniki səhv olaraq X2 yazılmışdır. Onun əsl soyadı, adı və atasının adı X11 olmuşdur. Əsas: Ölüm haqqında şəhadətnamə AZ N 068833 2.Verilir Ərizəçi ondan ötrü ki, JN -0097, kod 80704018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun soyadı, adı və atasının adı texniki səhv olaraq X10 yazılmışdır. Onun əsl soyadı, adı və atasının adı Ərizəçidur. Əsas: şəxsiyyət vəsiqəsi: AZE******** xx.xx.2017 3.Verilir Ərizəçi ondan ötrü ki, JN -0097, kod 80704018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun bacısının soyadı, adı və atasının adı texniki səhv olaraq X8 yazılmışdır. Onun əsl soyadı, adı və atasının adı Şükürova (Bəşirova) Günel Anatoli qızıdır. Əsas: şəxsiyyət vəsiqəsi: AA******* xx.xx.2020. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti Başçısının Cəngan kənd İnzibati Ərazi Dairəsı üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1.Verilir Ərizəçi ondan ötrü ki, JN -082F, kod 80704068 Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamede onnu soyadı, adı və atasının adı texniki səhv olaraq Ərizəçi Atamalı oğlu kimi yazılmışdır. Onun əsl soyadı, adı və atasının adı Ərizəçidur. Əsas: şəxsiyyət vəsiqəsi: AZE******** xx.xx.2017 2.Verilir Ərizəçi ondan ötrü ki, JN -082F, kod 80704068 Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onun bacısının soyadı, adı və atasının adı texniki səhv olaraq X9 yazılmışdır. Onun əsl soyadı, adı və atasının adı Şükürova (Bəşirova) Günel Anatoli qızıdır. Əsas: şəxsiyyət vəsiqəsi: AA******* xx.xx.2020. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Neftçala rayon, Cəngən kəndində yerləşən 1.5577 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 60 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN- 0097 (KOD ********) saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində X3 "X13” kimi, Ərizəçi "X29" kimi və Bəşirova (Şükürova) Günel Anatoli qızının "X19" kimi səhv qeyd edilməsi barədə müvafiq sənəd tərəfinizdən təqdim edilməmişdir. Odur ki, Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 3sində yerləşən 0.1199 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 18 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-082F (********) saylı "Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə" sənədində Ərizəçi "Ərizəçi Atamalı oğlu” kimi və Bəşirova (Şükürov) Günel Anatoli qızının "X18" kimi səhv qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Odur ki, Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 18 saylı qərarı ilə X11, X12, Ərizəçi Atamalı oğlu və X16 Neftçala rayonu, Şorkənd kəndində sahəsi 0,12 hektar olan həyətyanı torpaq sahəsi verilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhvə yol verilmiş, Ərizəçi əvəzinə səhvən “Ərizəçi Ağamalı oğlu” kimi, Maraqlı şəxs2 əvəzinə səhvən “X18” kimi qeyd olunmuşdur. Bundan başqa, Neftçala rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 60 saylı qərarı ilə X13, X12, X29 və X17 Neftçala rayonu, Cəngən kəndində sahəsi 2.02 hektar olan həyətyanı torpaq sahəsi verilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhvə yol verilmiş, X11 əvəzinə səhvən “X13” kimi, Ərizəçi əvəzinə səhvən “X29” kimi, Maraqlı şəxs2 əvəzinə səhvən “X32” qızı kimi qeyd olunmuşdur. Ərizəçi Dövlət aktında qeyd olunmuş ad uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etsə də, nəticəsiz qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin Qərarın 6.3-cü maddəsinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə hesab edir ki, dövlət aktında texniki səhvə yol verildiyindən Salyan rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə “torpağın mülkiyyətə verilməsinə dair” JN-082F seriyalı, KOD 80704068 nömrəli dövlət aktının Ərizəçi, Maraqlı şəxs2, Salyan rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001ci il tarixli, 60 saylı qərarı ilə “torpağın mülkiyyətə verilməsinə dair” JN-0097 seriyalı, KOD 80704018 nömrəli dövlət aktının X11, Ərizəçi, Maraqlı şəxs2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233, 307-311 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilisin. Salyan rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə “torpağın mülkiyyətə verilməsinə dair” JN-082F seriyalı, KOD 80704068 nömrəli dövlət aktının Ərizəçi, Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Salyan rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli, 60 saylı qərarı ilə “torpağın mülkiyyətə verilməsinə dair” JN-0097 seriyalı, KOD 80704018 nömrəli dövlət aktının X11, Ərizəçi, Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-3574/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3574/2025
11.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver