Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-391/2024 11.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Üçüncü şəxslər X15 və X11 iştirakları ilə, Ərizəçi X21, X15, X23 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X21, X15, X23 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə Salyan rayonu, Qarabağlı kəndinin ərazisində yerləşən 0,59 hektar torpaq sahəsinə aid olan KOD 80906018, JN-0260 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv yazılmış “X7”nun Ərizəçi ilə, “X16”nın X17 ilə, “X24”nun X21 ilə eyni şəxslər olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN-260 KOD 80906018 olan şəhadətnamədə Ərizəçi soyadı və ata adı səhvən X7, X6 ata adı səhvən X16 və X8 ata adı səhvən X24 yazıldığı üçün çıxarış ala bilməmişlər. Şəhadətnamə əsasında 0,59 ha həyətyanı torpaq 5 nəfərin ümumi birgə mülkiyyətindədir. Bütün miras əmlakdan faktiki istifadə edilir. X3 xx.xx.2009-cu ildə vəfat etmişdir. Salyan rayonu, Qarabağlı kəndində verləşən 0,59 hektar torpaq sahəsinin çıxarışının alınması üçün müraciərləri olsada bugünə kimi verilmir. Salyan RİHB Kərimbəyli KİƏDN-nin aktında görünür ki, Ərizəçi səhvən X7, X6 X16 və X8 X4 yazılmışdır. X17 vəfat etmişdir.Həmçinin DƏDRX 13 saylı Ərazi İdarəsindən də, çıxarış alınması üçün müraciətinə cavab olaraq bildirilmişdir ki, AR MPM-nin 307.2.5 maddəsinə əsasən məhkəmə qərarı olduqdan sonra baxılmalıdır. Göstərilənlərə əsasən Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinə aid JN-260 saylı KOD 80906018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv yazılmış “X7” “Ərizəçi”, səhv yazılmış “X16” “X17” və “X24” “X21” ilə eyni şəxslər olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair KOD 80906018, JN-0260 saylı şəhadətnamənin Ərizəçi, X9 və X12 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə üzrə tələbi tam müdafiə edərək göstərmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə X17, X23, X19, X21, X15 və Ərizəçi mülkiyyətinə 0,59 hektar torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində mülkiyyət hüququ KOD 80906018, JN-0260 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətnamədə müəyyən səhvlərə yol verilmişdir. Belə ki, həmin sənəddə “Ərizəçi” əvəzinə “X7”, “X17” əvəzinə “X16”, “X21” əvəzinə isə “X24” olaraq yazılmışdır. Səhvlərin düzəliş edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən isə həmin səhvlərin düzəldilməsinin onun səlahiyyətinə aid olmadığı bildirilərək bu barədə müvafiq məktub verilmişdir. Odur ki, qeyd olunanlara əsasən, ərizənin tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X15 və X23 da ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər X21 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbayjan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; KOD 80906018, JN-0260 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə X17, X23, X19, X21, X15 və Ərizəçi mülkiyyətinə 0,59 hektar torpaq sahəsi verilmişdir. 313257 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov X5 Arzu Yusif qızı ilə xx.xx.1987-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. 390030 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1988-ci il tarixdə anadan olmuş, atası Ərizəçi, anası X20r. AZE 15215400 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 xx.xx.1990-cı il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuşdur. 293450 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1996-cı il tarixdə anadan olmuş, atası Ərizəçi, anası X20r. AZ 337669 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2009-cu ildə ölmüşdür. 932735 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X2 Aynur Nizami qızı ilə xx.xx.2014-cü il tarixdə nikahlarını bağlamışlar. Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş aktdan görünür ki, X15 və ailə üzvlərinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Salyan rayonu Qarabağlı kəndində yerləşən 0,59 hektar kənd təsərrüfatı torpaq sahəsinin KOD 80906018, JN-0260 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında olan ad, soyad və ata adı səhv yazılmışdır. X1, əslində Ərizəçi olmalı idi. Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Salyan rayon vəkil bürosunun vəkili Vəkil ünvanlandığı məktubdan görünür ki, Ərizəçi məxsus təsərrüfatı barədə İƏN-nin təsərrüfatbaşına hesab kitabında olan ailə üzvləri aşağıdakı kimidir: X27 (arvadı), X15 (oğlu). Salyan rayonu Kərimbəyli kəndində və Ərizəçi yaxın və uzaq qohumları arasında “X7”, “X16” və “X24” adlı şəxslər yoxdur. Ərizəçi 2002-ci ildə və hazırki vaxtda ailə üzvləri aşağıdakı kimi olmuşdur: 2002-ci il üzrə - X17 (anası vəfat edib 2006), X23 (arvadı), X19 (oğlu, X22 (oğlu), X15 (oğlu). Hazırki dövrdə - X23 (arvadı), X15 (oğlu). Həmçinin məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsinə əlavə etdiyi sənədlərin bir çoxunun tələbin mahiyyəti ilə bağlılığı yoxdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə Salyan rayonu, Qarabağlı kəndinin ərazisində 0,59 hektar torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibi kimi göstərilmiş şəxs məhz ərizəçinin özü Ərizəçi, xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X17 və xx.xx.1990-cı il tarixdə anadan olmuş oğlu X14r. Həmin sənəddə “Ərizəçi” əvəzinə səhvən “X7”, “X17” əvəzinə “X16”, “X21” əvəzinə isə “X24” yazılmışdır. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məjəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə Salyan rayonu, Qarabağlı kəndi ərazisində 0,59 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair KOD 80906018, JN-0260 saylı dövlət aktının Ərizəçi, X9 və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-391/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-391/2024
11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver