Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-421/2023 31.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Babayeva Millət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı2 Cavabdeh qarşı “əldən çıxmış fayda” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 72 ay mülkiyyətində olan evdən yaşadığı dövrdə 25200 (iyirmi beş min iki yüz) manat kirayə haqqı olaraq pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1982-ci ildə həyat yoldaşı İddiaçı2 ilə rəsmi nikaha daxil olmuşdur. 2012-ci ildə Cavabdeh onlara məxsus evin alqı-satqısı üçün ilkin müqavilə bağlasalar da o, bu müqavilənin şərtlərini yerinə yetirə bilməyəcəyini rəsmi olaraq bildirmiş və həmin müqavilə Salyan Rayon Məhkəməsi tərəfindən etibarsız sayılmış və verdiyi pulu geri qaytarılması barədə qətnamə qəbul edilmişdir. Lakin Cavabdeh ona məxsus evdə 72 ay yaşamış və heç bir kirayə haqqı ödəməmişdir. Hadisəni bu ilin avqust ayında eşitmiş və Salyan Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə müraciət etmişdir və iddiası qəbul olunmuşdur. Cavabdeh dəfələrlə evdə yaşadığı vaxt üçün kirayə haqqı tələb etsə də o, ödənişdən boyun qaçırmışdır. Ona məxsus evdə yaşaması barədə rəsmi sənədlər mövcuddur və ərizəyə əlavə olunur. xx.xx.2021-ci il tarixə kimi onun təqsiri üzündən ona həmin evi heç-kimə sata bilməmişdir. Cavabdeh xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi yəni 72 ay onun evində yaşamışdır. Həmin məhəllədə evlərin kirayə haqqı ən azı ayda 350-400 civarındadır. Belə olduğu halda onun 72 aya (72 X 350 ) manata 25200 manat təşkil edir. Bütün bunları nəzərə alaraq Cavabdeh 72 ay mülkiyyətində olan evdə yaşadığı dövrdə 25200 (iyimi beş min iki yüz) manat kirayə haqqı olaraq pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən onu əsl İddiaçı2 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı kirayə haqqının ödənilməsi tələbi üzrə iddiaçı əsl İddiaçı2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili X4 iddia ərizəsinə əlavə təqdim edərək 25200 (iyirmi beş min iki yüz) manat məbləğində əldən çıxmış faydanın Cavabdeh tutulub İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə müəyyən edilmişdir ki, Cavabdeh Qəhraman oğlu 72 ay (xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) ona məxsus evdə yaşamışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(057)654/2022 saylı qətnaməsi ilə İddiaçı2 ilə Cavabdeh Qəhraman oğlu arasında bağlanmış müqavilə bağlandığı andan etibarsız hesab edilmişdir. Hal-hazırda iddia tələbi Cavabdeh Qəhraman oğlu ilə aralarında hər hansı kirayə müqaviləsi olmadığından 25.200 manat əldən çıxmış gəlir təçkil edir. Cavabdeh Qəhraman oğlu onun evində yaşadığı dövrdə ödədiyi pulları evə görə ödədiyi 20725 manat məbləğində pulu geri aldığı təqdirdə, o, 72 ay ərzində evindən istifadə edə bilmədiyi üçün gəlidən məhrum qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçının göstərdiyi evi müqavilə əsasında aldığını, lakin sonradan müqavilə məhkəmə tərəfindən etibarsız hesab edildiyini, evdə əsaslı olaraq və iddiaçının razılığı ilə yaşadığı üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbinə etiraz edərək tərəflər arasında eyni tələblə mübahisəyə əvvəllər məhkəmədə baxıldığını, hüquqi qiymət verildiyi üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 64823 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 mənzilin alınmasına görə ödəmiş olduğu 20725 manatın və fərdi yaşayış evinin təmirinə, qaz, işıq, su, kanalizasiya və digər kommunikasiya sisteminin çəkilişinə xərcləmiş olduğu 10000 manatın, cəmi 30725 manat pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(057)-923/2019 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı2 20725 manat pulun və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 20.20 manatın alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3441/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Salyan Rayon Məhkəməsinin 2(057)-923/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1882/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)3441/2019 saylı qətnaməsinin - qarşılıqlı iddianın evin alınmasına görə ödənilmiş 20.725 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qətnamənin - qarşılıqlı iddianın evin təmirinə, qaz, işıq, su, kanalizasiya və digər kommunikasiya sisteminin çəkilməsi xərclərinə görə 10.000 manat pulun tutulmasının rədd edilməsi hissəsində Cavabdeh kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-243/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Salyan Rayon Məhkəməsinin 2(057)- 923/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı2 faiz və əldən çıxmış fayda formasında ziyan tələbləri tərəflər arasında bağlanmış müqavilədən irəli gəldiyindən, həmin müqavilə isə qanunvericiliyə uyğun olmamışdır. Qətnamə ilə müəyyən olunur ki, Cavabdehın xx.xx.2018-ci il tarixli ünvan 1 ünvanda olan evi başqasına satılmasını xahiş edir. Həmçinin həmin ərizədə mübahisəli evdə 44 ay yaşadığını evin satışından 10 gün sonra köçünü götürüb çıxacağına əlavə heç bir təmannasının olmayacağını qeyd etmişdir. Həmçinin İddiaçı2 evin 71 ay müddətində qarşı tərəfin istifadəsində olması səbəbindən 41180 manat pul tələb etməsi ilə bağlı dəlilə də qiymət verilmişdir. Məhkəmə qətnamələrin preyudisiallığına qiymət verərək Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin maddəyə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (AR MPM-nin 82.3-cü maddəsi) Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisiyal əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il tarixli Plenum Qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki-Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur- konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 yanvar 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Həmçinin Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Məhkəmə sadalananlara əsasən hesab edir ki, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə belə hesab edir ki, nə qədər ki yuxarıda istinad olunan qətnamələrdə Cavabdeh iddiaçının evini özünə qaytarmışdır, iddiaçı evi qəbul edib üçüncü şəxsə satmışdır bunun özü onu göstərir, məhkəmələrin də müəyyən etdiyi kimi tərəflər arasında nisyə alqı-satqı münasibəti olmuşdur. Və münasibətlər müqavilədən irəli gəldiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 166 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmadığından, 166 manat məbləğində rüsum iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı2 Cavabdeh qarşı əldən çıxmış gəlir tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-421/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-421/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver