Məhkəmə qərarları › İş №2(057)-466/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-466/2025

02.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-466/2025 02.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Cavabdehlər X17 və X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X17 və X8 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X17 və X8 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 26 avqust 2021-ci il tarixdə Neftçala rayonunda yerləşən “Lambard” Respublika Lambard evinin sahibi X6 25000 (iyirmi beş) manat kredit almışdır. Bu barədə 26 avqust 2021-ci il tarixli 016175 nömrəli müqavilə bağlanmışdır. 3 aylıq 10 % dərəcəsi ilə verilmişdir. Cavabdeh Əliqulu Hümbətov ona bildirdi ki, bu məbləği girov müqaviləsini notariusda bağlasınlar. O da etiraz etmədi. O, 26 avqust 2021-ci il tarixdə notariusda müqavilə bağladı və qol çəkdi. O və bacısı ağır xəstə olduğu üçün götürdüyü pulu verə bilmədilər. X10 2022-ci il tarixdə ona qarşı mülkiyyətində olan Salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən ev 30 mənzil 25-də onu və ona məxsus olan əmlakların evdən çıxarılması barədə iddia qaldırmışdır. Əliqulu Hümbətov ona qarşı iddia qaldırdıqdan sonra ona məlum oldu ki, guya iddiaçı təkrar olaraq 5 yanvar 2022-ci il tarixdə həmin tarixli 016176 nömrəli müqavilə ilə guya mənə 37180 manat məbləğində guya kredit verib. Onun o müqavilədən xəbəri olmayıb, nədəki imza etməmişdir. Əgər elə bir müqavilə varsa müqavilədəki imza onun deyil. Bundan başqa ona məlum oldu ki, X4 2 saylı Notariat ofisinin Xüsusi notariusu Mirismayıl Hüseynovla əlbir olaraq, onu aldadaraq onun mənzilini girov qoyması adı ilə mənzili alqı-satqı etmişlər. Ona görə də 26 avqust 2021-ci il tarixdən bağlanmış AN ******* nömrəli alqı-satqı müqaviləsi etibarsızdır və əsassızdır. Salyan rayon Məhkəməsində Əliqulu Hümbətovun iddiasına 20 iyul 2022-ci il tarixdə baxılmışdır. O, xəstə olduğu üçün üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Salyan rayon Məhkəməsinin 2(057)1336 22 saylı 20 iyul 2022-ci il tarixli qətnaməsini aldıqdan sonra ona məlum oldu ki, Salyan rayon Məhkəməsinin hakimi Ağarıza Səmədov tərəfindən iddiaçı Əliqulu Hümbətovun ona qarşı olan iddiası əsassız olduğu üçün təmin edilməmişdir. İddiası rədd edilmişdir. Belə ki, məhkəmə rəddi onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılmış subyektlərə obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxış zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə 2 dəfə müxtəlif məbləğlərdə kredit vermişdir. Həmin kreditin təminatı kimi iddiaçının özünün nəzərdə tutduğu kimi cavabdehin mülkiyyətində olan yaşayış evini alqı-satqı müqaviləsi bağlamaqla cavabdehin evini almışdır. Lakin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh heç də evi satmaq fikrində olmamışdır. Kreditlə pul götürdüyü üçün bunu müqavilədə eyni alqısatqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Göründüyü kimi cavabdeh heç də evi satmaq fikrində olmamış, tərəflər arasında bağlanmış əqd onların iradə ifadəsinə uyğun olmamışdır. Tərəflər arasında bağlanmış əqd etibarsız əqd olduğundan məhkəmə iddianın təmin olunması barədə qərar qəbul olunmasını əsaslı və qanunu hesab edir. Məhz buna görə də hakim alqı-satqı müqaviləsinin etibarsızlığı qənaətinə gələrək Əliqulu Hümbətovun ona qarşı olan iddiasını rədd etmişdir. Lakin ona məlum olmayan səbəblərdən notariusun barəsində xüsusi qərar çıxartmamışdır və ya müvafiq tədbir görməmişdir. İddiaçı X10 bu səbəblərə (cinayətə) görə Salyan rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(057)-1336/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış qətnamədir. Bundan başqa cavabdeh X2 rayon sakini öz həmyerlisi dırnaqarası vəkillik fəaliyyəti ilə məşğul olan Cavabdeh4 ilə bu cinayəti, özbaşnalığı ört-basdır etmək məqsədi ilə məhkəmədə iddia qaldırmaq onu mənzilindən çıxarmaq üçün Əliqulu Hümbətov cinayət yolu ilə ələ keçirtdiyi mənzilini 22 dekabr 2022-ci il tarixdə Salyan Regional “Asan Xidmət” mərkəzində Notariat ofisində onun mənzilini guya 28000 (iyirmi səkkiz) manata satmışdır. Bu barədə 22 dekabr 2022ci il tarixli AN-/N1101290 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh4 adına 18 yanvar 2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Sonra da Əliqulu Abbasov öz cinayətkar əməllərini həyata keçirmək məqsədi ilə onun 100000 (yüz) manat məbləğində olan mənzilini ələ keçirmək məqsədi ilə dırnaqarası yeni mülkiyyətçi olan Cavabdeh4 onu evdən çıxarmaq barədə məhkəmədə iddia qaldırmış, məhkəmə nə qədər ki iddiaçının əlində çıxarış olduğu üçün məhkəmə iddiasını təmin etmişdir. Göründüyü kimi cavabdehlər X10 və onunla cinayət əlaqəsinə girən Salyan 2 saylı Notariat ofisinin sabiq xüsusi notariusu Hüseynov Mirismayıl və X21 ilə birlikdə vahid niyyətlə davamedici cinayət törədərək mənim xüsusi mülkiyyətimi ələ keçirərək mənə küllü miqdarda ziyan vurmuşlar. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır. Konstitusiya məhkəməsinin plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün hallar ifadə edən ümumi anlayışdır. Odur ki, Salyan rayon 2 saylı Notariat ofisinin Xüsusi notariusu Mirismayıl Hüseynov tərəfindən qeydə alınmış 26 avqust 2021-ci il tarixdə bağlanmış AN/N0950907 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Reyestrdən çıxarışın ləğv edilməsi və Salyan rayon Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən X10 ilə Cavabdeh4 arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli AN-/N1101290 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 18 yanvar 2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və X10 ilə onun arasında onun məlumatı olmadan, imzası olmadan, guya 37180 (otuz yeddi min yüz səksən) manat borcun verilməsi barədə 5 yanvar 2022-ci il tarixli 016176 nömrəli müqavilənin etibarsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan şəhəri, X28 küçəsi, 170 M3, m1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətində olmuşdur. Evini heç vaxt satmaq fikirində olmamışdır. X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 016175 nömrəli müqaviləyə əsasən o, 3 (üç) ay müddətinə 10% dərəcəsi ilə 26.000 (iyirmi altı min) manat pulu Əliqulu Hümbətovdan borc olaraq almışdır. Həmin pula təminat olaraq evi girov qoymuşdur. Sonradan borcunu ödəyə bilmədiyi üçün Əliqulu Hümbətov onu məhkəməyə verərək mənzildən çıxmasını tələb etmişdir. Salyan Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi kredit müqaviləsi onda olmadığından məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərdən X26 Xidmət Mərkəzinin Notariat ofisinin xüsusi notariusu X24 məhkəməyə müraciət edərək iş yükünün çox olması ilə əlaqədar olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabadehlərdən X10 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, mübahisəli mənzili 2021-ci ildə İddiaçı almışdır. Aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Onunla İddiaçı arasında kredit müqaviləsi bağlanmamış, belə bir müqavilə ümumiyyətlə mövcud olmamışdır. Sözügedən mübahisəli mənzili o, 2022-ci ildə notarial qaydada alqı-satqı müqaviləsi ilə Cavabdeh4 satmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin bütün tələblərinə riayət olunmuşdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabadehlərdən Cavabdeh4 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, mübahisəli mənzili 2022-ci ildə Əliqulu Hümbətovdan, sonuncu isə evi İddiaçı almışdır. O, bu evi almasında çox peşmandır. Belə ki, evi alanda Əlqulu ona Rəsmiyyənin 2 aya evdən köçüb gedəcəyini demiş, o da ona inandığı üçün mənzili almışdır. Ancaq sonradan aldadıldığını bilmişdir. İddiaçı mübahisəli mənzildən çıxmamış, nəticədə o, qanunsuz olaraq mülkiyyətindən məhrum edilmişdir. O, bununla bağlı “evdən çıxarılma” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərarı ilə onun iddiası təmin edilmiş və apellyasiya məhkəməsində qüvvədə saxlanılmışdır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; X26 Xidmət Mərkəzinin Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə X10 arasında xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-787 reyestr nömrəli və Cavabdeh5 ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1191 reyestr nömrəli alqı-satqı müqaviləsinin surəti Salyan Rayon Məhkəməsinə göndərilmiş, əlavə olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli 016176 saylı işlə bağlı Cavabdeh3 elektron notariat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət reyestrindən RX ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Salyan şəhəri, X28 prospekti, ev 30, mənzil 25 ünvanında yerləşən ümumi sahəsi 52.1 kv/m olan mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı Salyan şəhəri, X28 prospekti, ev 30, mənzil 25 ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv/m olan mənzili alıcı Cavabdeh5 satmışdır. Daşınmaz Əmlakın Dövlət reyestrindən RX ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Salyan şəhəri, X28 prospekti, ev 30, mənzil 25 (yeni qaydalarla: Salyan şəhəri, X28 küçəsi, 170 M3, m1) ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv/m olan mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh5 adına rəsmiləşdirilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X7 cavabdeh İddiaçı qarşı ona məxsus Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən 30 nömrəli ev, 25 nömrəli mənzildən çıxarılmaqla sonuncuya məxsus əşyaların və ya əmlakların evdən çıxarılması barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh5 Salyan şəhəri, X28 prospekti, ev 30, mənzil 25 (yeni qaydalarla: Salyan şəhəri, X28 küçəsi, 170 M3, m1) ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv/m olan mənzili alıcı X3. Salyan Rayon Məhkəməsinin 2(057)-935/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X13 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia təmin edilərək, cavabdeh İddiaçı X15 məxsus Salyan şəhəri, X28 küçəsi, 170 M3, m1 ünvanında yerləşən mənzildən cavabdehə məxsus əşya və əmlakla birlikdə çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı vəkili və nümayəndəsi X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)- 935/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə araşdrıması nəticəsində müəyyən olundu ki, cavabdeh İddiaçı mülkiyyətində olan Salyan şəhəri, X28 prospekti, bina 30, mənzil 25, yeni qaydalarla AZ 5201, Salyan şəhəri, X28 küçəsi, 170 M3, m1 ünvanında yerləşən 52.1 kv/m olan mənzili 26000 (iyirmi altı min) manata X1, bununla bağlı tərəflər arasında Salyan rayon 2 saylı notariat ofisində 26 avqust 2021-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 22 dekabr 2022-ci il tarixdə X10 mülkiyyətində olan Salyan şəhəri, X28 prospekti, bina 30, mənzil 25, yeni qaydalarla AZ 5201, Salyan şəhəri, X28 küçəsi, 170 M3, mənzil 1 ünvanında yerləşən 52.1 kv/m olan mənzili 28000 (iyirmi səkkiz min) manata iddiaçı Cavabdeh4 satmış, bununla bağlı tərəflər arasında Salyan rayon 2 saylı notariat ofisində 22 dekabr 2022-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək mənzili satmadığını, aldığı borca təminat olaraq girov qismində alqı-satqı etdiyini, borcunu qaytardıqdan sonra evin ona geri qaytarılmalı olduğunu bildirib iddianın təmin edilməsini xahiş etmiş, cavabdehlər isə iddianı qəbul etməmiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istinad edilən mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.vsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.337.1. maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 18 yanvar 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı müqavilənin etibarsız sayılmasına dair göstərdiyi hallar sübuta yetirilməmiş, o, öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İşin məhkəmə iclasında araşdırılması zamanı Salyan şəhər 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən müqavilənin etibarsız sayılmasına əsas verəcək hər hansı hal aşkar edilməmiş, iddia tələbi öz təsdiqini tapmamışdır. İddiaçının aldadılması barədə dəlilinə gəldikdə isə bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə, iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas verəcək hər hansı halın mövcudluğuna dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin müqavilə üzrə iradə ifadəsinin zədələndiyi sübuta yetirilməmişdir. İşin məhkəmə iclasında tədqiq edilən hallarına əsasən, İddiaçı ilə X10 arasında alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunduğundan, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. xx.xx.2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin heç bir tələbləri pozulmamış, əksinə, həmin Məcəllənin tələblərinə tam uyğun bağlanmışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, həmin müqavilə etibarsız hesab edilə bilməz və buna görə də, iddia rədd edilməlidir. Bundan başqa, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından (xx.xx.2021-ci il) 4 ilə yaxın müddət keçdikdən sonra həmin müqaviləni mübahisələndirmişdir. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş kəsici müddət ötürülmüş və onun yuxarıda göstərilən müqavilənin mübahisələndirilməsi hüququna xitam verilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində iddia tələbi təmin edilmədiyindən, həmin müqavilə əsasında X13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Məhkəmə iddia tələbinin “05 yanvar 2022-ci il tarixli, 016176 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, İddiaçı tərəfindən belə bir müqavilə sübut qismində məhkəməyə təqdim olunmamış, o, ərizəsində həmin sübutun Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı mülki iş üzrə materiallara əlavə olunduğunu bildirmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı mülki işi üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, “iş materiallarında olan xx.xx.2002-ci il tarixli, ƏKA 016176 nömrəli girov biletinin surətindən görünür ki, cavabdeh 37180 manat pul götürmüşdür”. Göründüyü kimi, iddiaçı tərəfindən etibarsız sayılması tələb olunan “müqavilə” iş materiallarında təqdim olunmamışdır. İşdə yalnız “girov bileti” adlı sənəd mövcuddur. Girov bileti isə mülki hüquqi baxımdan müqavilə hesab edilə bilməz. Belə olan halda, etibarsız sayılması tələb olunan müqavilə ümumiyyətlə olmadığı üçün məhkəmə iddianı həmin hissədə də əsassız hesab edir. Azərbaysan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X17 və X8 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar