Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-469/2025 07.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02794 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Ərizəçi ilə Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-02794 saylı xx.xx.2024-ci il tarixli “Barışıq Sazişi” əsasən Maraqlı şəxs ondan aldığı 73.000 (yetmiş üç min) AZN pulun əvəzinə, 19 fevral 2020-ci il tarixli No 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan "Mənzil Tikinti Haqqında Müqavilə"yə əsasən ona məxsus olan (daşınmaz əmlak) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,87 kv.m olan mənzilini Ərizəçi təklif edərək adına özgəninkiləşdirəcəyini, daşınmaz əmlakla bağlı mənzilin kommunal xidmətlərinin onun İkinci tərəfin adına keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün addımlar atacağı (zəruri ərizələr verəcəyi, istənilən orqana, ASAN kommunal, MMC-nə daşınmaz əmlakla bağlı payçılıqdan çıxacağı ilə bağlı ərizə verəcəyi və s.) ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə götürmüş və eyni zamanda onu bu mənzillə bağlı üçüncü şəxslərin iddia və tələblərindən azad edəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Maraqlı şəxs 19 fevral 2020-ci il tarixli Ne 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan "Mənzil Tikinti Haqqında Müqavilə"yə əsasən, ona məxsus olan (daşınmaz əmlak) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62,87 kv.m olan mənzili, 5 (beş) gün müddətində boşaldaraq ona mənə təhfil verəcəyini öhdəlik götürmüşdür. Ancaq maraqlı şəxs Kərimova X1 şərtlərinə əməl etməmiş, şərtləri pozmuşdur. Odur ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02794 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 28 dekabr 2024-cü il tarixində keçirilmiş iclasında iştirak edən Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; X2 tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02794 saylı Maraqlı şəxs ilə Ərizəçi arasında barışıq sazişindən görünür ki, 1. Birinci tərəf: Kərimova X4 imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi aldığı 73.000 (yetmiş üç min) AZN pulun əvəzinə, 19 fevral 2020-ci il tarixli № 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı “Mənzil Tikinti Haqqında Müqavilə”yə əsasən ona məxsus olan (daşınmaz əmlak) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.87 kv.m olan mənzilini İkinci tərəf: Ərizəçi təklif etdiyini (adına özgəninkiləşdirəcəyini) təsdiq edir. Bu daşınmaz əmlakla bağlı mənzilin kommunal xidmətlərinin İkinci tərəfin adına keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün addımlar atacağı (zəruri ərizələr verəcəyi, İkinci tərəfin xeyrinə istənilən orqana, ASAN kommunal, MMC-nə daşınmaz əmlakla bağlı payçılıqdan çıxacağı ilə bağlı ərizəsi verəcəyi və s.) ilə bağlı öz üzərinə öhdəlik götürür. Eyni zamanda İkinci tərəfin bu mənzillə bağlı üçüncü şəxslərin iddia və tələblərindən azad edəcəyinə dair öz üzərinə öhdəlik götürür.
2. Birinci tərəf: Kərimova X4 imzalandıqdan sonra 19 fevral 2020-ci il tarixli № 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı “Mənzil Tikinti Haqqında Müqavilə”yə əsasən ona məxsus olan (daşınmaz əmlak) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62,87 kv.m olan mənzili, 5 (beş) gün müddətində boşaldaraq İkinci tərəf: Ərizəçi təhfil verəcəyinə dair öz üzərinə öhdəlik götürür.
3. Birinci tərəf: Kərimova X4 imzalanmaqla mülki xaraktəri mübahisənin tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunduğunu təsdiq edir. Bu saziş üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, bu saziş şərtlərinin müvafiq orqanlarda mötəbər sübut kimi qiymətləndiriləcəyi ilə razıdır və İkinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.
1. İkinci tərəf: Əliyev X3 imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs ondan aldığı 73.000 (yetmiş üç min) AZN pulun əvəzinə, 19 fevral 2020-ci il tarixli № 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan “Mənzil Tikinti Haqqında Müqavilə”yə əsasən Birinci tərəfə məxsus olan (daşınmaz əmlak) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,87 kv.m olan mənzilini ona İkinci tərəf: Ərizəçi təklif edərək adına özgəninkiləşdirəcəyini təsdiq etməsi ilə razıdır. Bu daşınmaz əmlakla bağlı mənzilin kommunal xidmətlərinin onun İkinci tərəfin adına keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün addımlar atacağı (zəruri ərizələr verəcəyi, istənilən orqana, ASAN kommunal, MMC-nə daşınmaz əmlakla bağlı payçılıqdan çıxacağı ilə bağlı ərizə verəcəyi və s.) ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Eyni zamanda onu İkinci tərəfİ bu mənzillə bağlı üçüncü şəxslərin iddia və tələblərindən azad edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf: Əliyev X3 imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs, 19 fevral 2020-ci il tarixli No 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan “Mənzil Tikinti Haqqında Müqavilə”yə əsasən, Birinci tərəfə məxsus olan (daşınmaz əmlak) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62,87 kv.m olan mənzili, 5 (beş) gün müddətində boşaldaraq ona ikinci tərəf: Ərizəçi təhil verəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
3. İkinci tərəf: Əliyev X3 imzalanmaqla mülki xarakterli mübahisənin tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunduğunu təsdiq edir. Birinci tərəfin Bu saziş üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozduqda bu saziş şərtlərinin mötəbər sübut kimi qiymətləndiriləcəyi ilə razıdır və aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmiək) hüququnu öz üzərində saxlayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, maraqlı şəxs Ərizəçi ilə Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-02794 saylı xx.xx.2024-ci il tarixli “Barışıq Sazişi” əsasən Maraqlı şəxs ondan aldığı 73.000 (yetmiş üç min) AZN pulun əvəzinə, 19 fevral 2020-ci il tarixli № 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan "Mənzil Tikinti Haqqında Müqavilə"yə əsasən ona məxsus olan (daşınmaz əmlak) ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 62,87 kv.m olan mənzilini Ərizəçi təklif edərək adına özgəninkiləşdirəcəyini, daşınmaz əmlakla bağlı mənzilin kommunal xidmətlərinin onun İkinci tərəfin adına keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün addımlar atacağı (zəruri ərizələr verəcəyi, istənilən orqana, ASAN kommunal, MMC-nə daşınmaz əmlakla bağlı payçılıqdan çıxacağı ilə bağlı ərizə verəcəyi və s.) ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə götürmüş və eyni zamanda onu bu mənzillə bağlı üçüncü şəxslərin iddia və tələblərindən azad edəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Maraqlı şəxs 19 fevral 2020-ci il tarixli Ne 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan "Mənzil Tikinti Haqqında Müqavilə"yə əsasən, ona məxsus olan (daşınmaz əmlak) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62,87 kv.m olan mənzili, 5 (beş) gün müddətində boşaldaraq ona mənə təhfil verəcəyini öhdəlik götürmüşdür. Ancaq maraqlı şəxs Kərimova X1 şərtlərinə əməl etməmiş, şərtləri pozmuşdur. Hazırda ərizəçi MŞB/8/2024-02794 saylı xx.xx.2024-ci il tarixli Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişini məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin materiallarından müəyyən edilir ki, sözü gedən MŞB/8/2024-02794 saylı xx.xx.2024-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02794 saylı barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/8/2024-02794 saylı xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin:
1. Birinci tərəf: Kərimova X4 imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi aldığı 73.000 (yetmiş üç min) AZN pulun əvəzinə, 19 fevral 2020-ci il tarixli № 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı “Mənzil Tikinti Haqqında Müqavilə”yə əsasən ona məxsus olan (daşınmaz əmlak) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.87 kv.m olan mənzilini İkinci tərəf: Ərizəçi təklif etdiyini (adına özgəninkiləşdirəcəyini) təsdiq edir. Bu daşınmaz əmlakla bağlı mənzilin kommunal xidmətlərinin İkinci tərəfin adına keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün addımlar atacağı (zəruri ərizələr verəcəyi, İkinci tərəfin xeyrinə istənilən orqana, ASAN kommunal, MMC-nə daşınmaz əmlakla bağlı payçılıqdan çıxacağı ilə bağlı ərizəsi verəcəyi və s.) ilə bağlı öz üzərinə öhdəlik götürür. Eyni zamanda İkinci tərəfin bu mənzillə bağlı üçüncü şəxslərin iddia və tələblərindən azad edəcəyinə dair öz üzərinə öhdəlik götürür.
2. Birinci tərəf: Kərimova X4 imzalandıqdan sonra 19 fevral 2020-ci il tarixli № 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı “Mənzil Tikinti Haqqında Müqavilə”yə əsasən ona məxsus olan (daşınmaz əmlak) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62,87 kv.m olan mənzili, 5 (beş) gün müddətində boşaldaraq İkinci tərəf: Ərizəçi təhfil verəcəyinə dair öz üzərinə öhdəlik götürür.
3. Birinci tərəf: Kərimova X4 imzalanmaqla mülki xaraktəri mübahisənin tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunduğunu təsdiq edir. Bu saziş üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, bu saziş şərtlərinin müvafiq orqanlarda mötəbər sübut kimi qiymətləndiriləcəyi ilə razıdır və İkinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.
1. İkinci tərəf: Əliyev X3 imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs ondan aldığı 73.000 (yetmiş üç min) AZN pulun əvəzinə, 19 fevral 2020-ci il tarixli № 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan “Mənzil Tikinti Haqqında Müqavilə”yə əsasən Birinci tərəfə məxsus olan (daşınmaz əmlak) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,87 kv.m olan mənzilini ona İkinci tərəf: Ərizəçi təklif edərək adına özgəninkiləşdirəcəyini təsdiq etməsi ilə razıdır. Bu daşınmaz əmlakla bağlı mənzilin kommunal xidmətlərinin onun İkinci tərəfin adına keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün addımlar atacağı (zəruri ərizələr verəcəyi, istənilən orqana, ASAN kommunal, MMC-nə daşınmaz əmlakla bağlı payçılıqdan çıxacağı ilə bağlı ərizə verəcəyi və s.) ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Eyni zamanda onu İkinci tərəfİ bu mənzillə bağlı üçüncü şəxslərin iddia və tələblərindən azad edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf: Əliyev X3 imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs, 19 fevral 2020-ci il tarixli No 063 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan “Mənzil Tikinti Haqqında Müqavilə”yə əsasən, Birinci tərəfə məxsus olan (daşınmaz əmlak) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62,87 kv.m olan mənzili, 5 (beş) gün müddətində boşaldaraq ona ikinci tərəf: Ərizəçi təhil verəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
3. İkinci tərəf: Əliyev X3 imzalanmaqla mülki xarakterli mübahisənin tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunduğunu təsdiq edir. Birinci tərəfin Bu saziş üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozduqda bu saziş şərtlərinin mötəbər sübut kimi qiymətləndiriləcəyi ilə razıdır və aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmiək) hüququnu öz üzərində saxlayır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vəsilə Əliyeva