Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-470/2025 07.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Ərizəçi oğlu ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mediator X1 tərəfindən xx.xx.2024-cü ildə Ərizəçi ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında barışıq sazişi təsdiq etməklə Ərizəçi 10000 manat pulunun 2023-cü ilin aprel ayında verildiyini Maraqlı şəxs1 və Maraqlı şəxs2 təsdiq edir. Ərizəçi 10000 manat pulunun qaytarılmasını Maraqlı şəxs1 və Maraqlı şəxs2 hissəhissə olmaqla hər ay 700 manat verilməsini öz öhdəsinə götürmüşdür. Ərizəçi 10000 manat pulunu Maraqlı şəxs1 və Maraqlı şəxs2 qaytarmadığı halda Salyan Rayon Məhkəməsinə barışıq sazişinin təsdiq edilməsi üçün veriləcəkdir. Maraqlı şəxs1 və Maraqlı şəxs2 pulu qaytarmadığı halda Salyan Rayon Məhkəməsinə verilməsinə etiraz etmir və buna görə də heç bir narazılığı yoxdur. Maraqlı şəxs1 və Maraqlı şəxs2 hər ay ödəməli olduğu 700 manat puldan az ödədiyi halda bu barədə mütləq şəkildə Ərizəçi məlumat verməyi öhdəsinə götürmüşdür. Pulun ödənilməsi hər ayın 26-29 tarixləri arasında həyata keçiriləcəkdir. Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən qeyd olunmuş xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindəki öhdəlikləri könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə saziş məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icrasından imtina edilməsinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Maraqlı şəxs tərəfindən sazişin şərtlərinə əməl edilməməsi aşkardır. Məhkəmə bildirir ki, hazırki mülki iş üzrə sazişin prosessual baxımdan etibarlılığı halları yoxlanılır. Əgər sözügedən saziş etibarlı deyildir ki, kateqoriya olaraq əhəmiyyətsiz (puç) deyil, mübahisələndirilən əqd nöqteyi-nəzərdən etibarsız hesab edilə bilər ki (aldatma əsası ilə), bu xüsusatın hazırki ərizəyə baxılması çərçivəsində (10 gün) araşdırılmaslı mümkün deyildir. Hazırki icraatda məhz sazişin prosessual baxımdan təsdiq edilməsi xüsusatı yoxlanılır. Lakin, həmin sazişin etibarsızlığının ayrıca icraat qaydasında mübahisələndirilməsi yolveriləndir. Məhkəmə ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, Ərizəçi 10000 manat pulunun 2023-cü ilin aprel ayında verildiyini Maraqlı şəxs1 və Maraqlı şəxs2 təsdiq edir. Ərizəçi 10000 manat pulunun qaytarılmasını Maraqlı şəxs1 və Maraqlı şəxs2 hissə-hissə olmaqla hər ay 700 manat verilməsini öz üzərlərinə götürür. Ərizəçi 10000 manat pulunu Maraqlı şəxs1 və Maraqlı şəxs2 qaytarmadığı halda Salyan Rayon Məhkəməsinə barışıq sazişi təsdiq edilməsi üçün veriləcəkdir. Maraqlı şəxs1 və Maraqlı şəxs2 pulu qaytarmadığı halda Salyan Rayon Məhkəməsinə verilməsinə etiraz etmir və buna görə heç bir narazılığı yoxdur. Maraqlı şəxs1 və Maraqlı şəxs2 hər ay ödəməli olduğu 700 manat puldan az ödədiyi halda bu barədə mütləq şəkildə Ərizəçi məlumat verməyi öhdəsinə götürmüşdür. Ərizəçi hər ay pulu aldıqda tərtib edilmiş aktı Maraqlı şəxs1 və Maraqlı şəxs2 ilə birlikdə imzalayırlar. Pulun ödənilməsi hər ayın 26-29 tarixləri arasında həyata keçiriləcəkdir. Barışıq sazişinin rüsumunun ödənilməsi Ərizəçi tərəfindən veriləcəkdir. Məhkəmə qeyd edir ki, MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. MPM-in 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Ərizəçi 10000 manat pulunun 2023-cü ilin aprel ayında verildiyini Maraqlı şəxs1 və Maraqlı şəxs2 təsdiq etməsi, Ərizəçi 10000 manat pulunun qaytarılmasını Maraqlı şəxs1 və Maraqlı şəxs2 hissə-hissə olmaqla hər ay 700 manat verilməsini öz üzərlərinə götürməsi, Ərizəçi 10000 manat pulunu Maraqlı şəxs1 və Maraqlı şəxs2 qaytarmadığı halda Salyan Rayon Məhkəməsinə barışıq sazişi təsdiq edilməsi üçün verilməsi, Maraqlı şəxs1 və Maraqlı şəxs2 pulu qaytarmadığı halda Salyan Rayon Məhkəməsinə verilməsinə etiraz etməməsi və buna görə heç bir narazılığının olmaması, Maraqlı şəxs1 və Maraqlı şəxs2 hər ay ödəməli olduğu 700 manat puldan az ödədiyi halda bu barədə mütləq şəkildə Ərizəçi məlumat verməyi öhdəsinə götürməsi, Ərizəçi hər ay pulu aldıqda tərtib edilmiş aktı Maraqlı şəxs1 və Maraqlı şəxs2 ilə birlikdə imzalaması, pulun ödənilməsi hər ayın 26-29 tarixləri arasında həyata keçirilməsi, barışıq sazişinin rüsumunun ödənilməsi Ərizəçi tərəfindən veriləcəyi barədə razılıq əldə edilmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında bağlanmış barışıq sazişini məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin materialları müəyyən edilir ki, sözü gedən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi - “1.Ərizəçi 10000 manat pulunun 2023-cü ilin aprel ayında verildiyini Maraqlı şəxs1 və Maraqlı şəxs2 təsdiq edir. 2. Ərizəçi 10000 manat pulunun qaytarılmasını Maraqlı şəxs1 və Maraqlı şəxs2 hissə-hissə olmaqla hər ay 700 manat verilməsini öz üzərlərinə götürür. 3. Maraqlı şəxs1 və Maraqlı şəxs2 hər ay ödəməli olduğu 700 manat puldan az ödədiyi halda bu barədə mütləq şəkildə Ərizəçi məlumat verməyi öhdəsinə götürür. 4. Ərizəçi hər ay pulu aldıqda tərtib edilmiş aktı Maraqlı şəxs1 və Maraqlı şəxs2 ilə birlikdə imzalayır. 5. Pulun ödənilməsi hər ayın 26-29 tarixləri arasında həyata keçirilir.” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi: “1.Ərizəçi 10000 manat pulunun 2023-cü ilin aprel ayında verildiyini Maraqlı şəxs1 və Maraqlı şəxs2 təsdiq edir. 2. Ərizəçi 10000 manat pulunun qaytarılmasını Maraqlı şəxs1 və Maraqlı şəxs2 hissə-hissə olmaqla hər ay 700 manat verilməsini öz üzərlərinə götürür.
3. Maraqlı şəxs1 və Maraqlı şəxs2 hər ay ödəməli olduğu 700 manat puldan az ödədiyi halda bu barədə mütləq şəkildə Ərizəçi məlumat verməyi öhdəsinə götürür. 4. Ərizəçi hər ay pulu aldıqda tərtib edilmiş aktı Maraqlı şəxs1 və Maraqlı şəxs2 ilə birlikdə imzalayır. 5. Pulun ödənilməsi hər ayın 26-29 tarixləri arasında həyata keçirilir” hissəsində təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ənnağı Məmmədli