Məhkəmə qərarları › İş №2(057)-476/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-476/2023

26.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-476/2023 26.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X22 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlak bölgüsü və əmlakdan istifadəyə görə əldən çıxmış gəlir” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “miras əmlak bölgüsü və əmlakdan istifadəyə görə əldən çıxmış gəlir” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6, X8, X2ndan miras qalmış Salyan rayonu, Şorsulu kəndində fərdi yaşayış evi və 0.28 ha həyətyanı torpaq sahəsi, 2.0585 ha və 0.9766 ha olan torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi onun, Cavabdeh qanun üzrə vərəsə kimi paylarının və eyni zamanda X8nın vəsiyyət üzrə vərəsəsi kimi əlavə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi və Cavabdeh ona aid olan 0.607 ha və ona düşən miras əmlakdan qanunsuz olaraq istifadə edib gəlir əldə etdiyinə görə 825 manat və 30 manat dövlət rüsumu alınaraq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə, bacısı Cavabdeh xx.xx.1981-ci ildə, X2 xx.xx.1979-cu ildə anadan olub. X12 xx.xx.2013-cü ildə evdən çıxıb getmişdir. X6 xx.xx.2007-ci ildə, X8 xx.xx.2021-ci ildə vəfat etmişdir. Bacısı Salyan Rayon Məhkəməsinin 2(057)-1024/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X7 2013-cü ilin 31 avqust tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi və Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə ölmüş hesab edilməsi qət edilmişdir. O, X8nın əmlakına vəsiyyət üzrə vərəsədir. Eyni zamanda X6 və X2nın qanun üzrə vərəsəsidir. Cavabdeh təkcə qanun üzrə vərəsədir. Onun vəsiyyət üzrə vərəsə kimi əlavə payı da vardır. Belə ki, miras barədə aralarında mübahisə yarandığından Salyan 2 saylı Notariat Ofisinə müraciət edərək bacısı ilə arasında mübahisə yarandığından məhkəməyə müraciət edəcəyini bildirmiş və bu barədə Notarius qərar qəbul etmişdir. X2 subay olmuşdur. Cavabdeh ona aid olan 0.607 ha və ona düşən miras əmlakdan qanunsuz olaraq istifadə edərək gəlir əldə edir və nə qədər tələb etsədə bu torpaq sahəsindən gəlir əldə etdiyinə görə pulunu vermir. Orta hesabla həmin 0.607 ha torpaq sahəsindən və ona düşəsi payından 1.5 ton dənli bitki əkib gəlir əldə edə bilərdi ki bu da 1 kq arpa təqribən 45 və 60 qəpik arasında qiyməti dəyişir. Onun gəliri 55 qəpikdən 1.5 ha torpaq sahəsi üzrə 825 (səkkiz yüz iyirmi beş) manat edir. X6, Anası X4 Cavabdeh, X12 daxil olmaqla 5 nəfərdən ibarət paylı mülkiyyətdə Salyan rayonu, Şorsulu kəndində fərdi yaşayış evi və 0.28 ha həyətyanı torpaq sahəsi (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN 500A KOD ********), 2.0585 ha (qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********18 olan Çıxarış) və 0.9766 ha (qeydiyyat nömrəsi ********** reystr nömrəsi **********17 olan Çıxarış) o 2 konturda xüsusi mülkiyyətdə olan torpaq sahəsi vərəsələr də daxil olmaqla miras qalmışdır. Eyni zamanda anası xx.xx.2021-ci ildə 3 saylı Asan Xidmət Mərkəzi Notariat ofisində vəsiyyətnamə verməklə payını ona vermişdir. Göstərilənlərə əsaslanaraq X6, X8, X2ndan miras qalmış Salyan rayonu, Şorsulu kəndində fərdi yaşayış evi və 0.28 ha həyətyanı torpaq sahəsi, 2.0585 ha və 0.9766 ha olan torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi onun, Cavabdeh qanun üzrə vərəsə kimi paylarının və eyni zamanda X8nın vəsiyyət üzrə vərəsəsi kimi əlavə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi və Cavabdeh ona aid olan 0.607 ha və ona düşən miras əmlakdan qanunsuz olaraq istifadə edib gəlir əldə etdiyinə görə 825 manat və 30 manat dövlət rüsumu alınaraq ona ödənilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, X6, X8, X2ndan miras qalmış Salyan rayonu, Şorsulu kəndində fərdi yaşayış evi və 0.28 ha həyətyanı torpaq sahəsi, 2.0585 ha və 0.9766 ha olan torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi onun, Cavabdeh qanun üzrə vərəsə kimi paylarının və eyni zamanda X8nın vəsiyyət üzrə vərəsəsi kimi əlavə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi və Cavabdeh ona aid olan 0.607 ha və ona düşən miras əmlakdan qanunsuz olaraq istifadə edib gəlir əldə etdiyinə görə 825 manat və 30 manat dövlət rüsumu alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, o, əri və azyaşlı uşağı ilə birlikdə ata yurdunda yaşayır. Atası ilə anası vəfat etsə də, bacısı Ramella Bayramova sağdır. Bacısı Ramella sağ olsa da o ilk öncə itkin düşmüş elan edilmiş və daha sonra ölmüş elan edilmişdir. İddiaçının əsas məqsədi bacısı Ramellaya düşən payı mənimsəmək istəməsidir. İddiaçı ona və qohumlarına qarşı böhtanlar atmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********17 nömrəli Çıxarışının sürətindən görünür ki, Salyan rayonu, Şorsulu kəndində yerləşən 0.9766 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, Cavabdeh, X15, X9 məxsus olmaqla X11 adına ümumi birgə əmlak kimi rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********18 nömrəli Çıxarışının sürətindən görünür ki, Salyan rayonu Şorsulu kəndində yerləşən 2.0585 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, Cavabdeh, X15, X9 məxsus olmaqla X11 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli X13 surətindən görünür ki, X15 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli X13 surətindən görünür ki, X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiqlənmiş Vəsatətnamədən görünür ki, X16 mülkiyyətində olan Salyan rayonu, Şorsulu kəndində yerləşən 0.9766 ha torpaq sahəsini və 2.0585 ha torpaq sahəsini ona məxsus olan hissəsini qızı İddiaçı vəsiət etmişdir. İş materiallarına əlavə olunmuş Salyan Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(057)-1024/2022 saylı qətnamədən görünür ki, xx.xx.1979-cu il tarixdə Salyan rayonu, Şorsulu kəndində anadan olmuş X12 31 avqust 2013-cü il tarixdən xəbərsiz itkin düşmüş elan edilmişdir. İş materiallarına əlavə olunmuş Salyan Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(057)-1807/2022 saylı qətnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X12 ölmüş elan edilmiş və itkin düşmüş hesab edildiyi 31 avqust 2013-cü il tarixi onun ölüm günü sayılmışdır. İş materiallarına əlavə olunmuş Salyan rayon İHB-nın Şorsulu kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin arayışlarından görünür ki, X15 03 iyul 2007-ci il tarixdə və X16 09 dekabr 2021-ci il tarixdə Salyan rayonunun, Şorsulu kəndində vəfat etmişdir. Onların vərəsələri İddiaçı, X12 və Cavabdehdır. İş materiallarına əlavə olunmuş Notariat hərəkətlərin aparılmasından imtina edilməsi barədə 01 saylı qərardan görünür ki, İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsiidən imtina edilmiş və İddiaçı mərhum valideynlərindən qalan miras əmlaklarla əlaqədar vərəsələr arasında yaranmış mübahisənin həll olunması üçün Salyan Rayon Məhkəməsinə müraciət etməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi Salyan X27 Mərkəzinin 23 iyun 2023-cü il tarixli 46 saylı məktubundan görünür ki, 06 iyun 2023-cü il tarixində Salyan DAİM-in hüquqşünası X21 ilə birlikdə Şorsulu kəndində yerləşən həmin 0.607 ha sahəyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 2023-cü ildə həmin sahədə heç bir bitki əkilməmişdir. Keçən ildən qalan pambıq çöpləri sahədədir. Beləliklə, 2021-ci ildə qeyd edilən 0.607 ha sahədə yonca olduğu və 2022-ci ildə pambıq əkildiyini nəzərə alaraq torpağın keyfiyyətinə uyğun və bazar qiymətləri ilə əldə olunan məhsulu və onun dəyərini yonca məhsulu üçün cəmi 1108 manat, pambıq əkini üçün 2263 manat gəlir əldə etmək olar. Məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün ilk növbədə, vərəsəlik hüququnun ümumi müddəaları, qanun üzrə vərəsəlik, mirasın qəbul edilməsi anlayışları ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159. Miras qoyana məxsus əmlakda mirası qəbul etmiş vərəsələrin payları bərabər müəyyən edilməlidir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi müəyyən edilmişdir. Hazırkı işdə mərhum X16 ölümündən əvvəl mülkiyyətində olan əmlakı xx.xx.2021-ci il tarixli vəsiyyətnamə ilə qızı İddiaçı vəsiyyət etdiyindən miras əmlakla bağlı vəsiyyət və qanun üzrə vərəsəlik qüvvədədir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olundu ki, iddiaçının məhrum X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X16 ölümündən əvvəl xx.xx.2021-ci il tarixli vəsiyyətnamə ilə ümumi birgə mülkiyyətdə olan Salyan rayonu, Şorsulu kəndində yerləşən 0.9766 ha və 2.0585 ha torpaq sahəsinin ona məxsus olan hissəsini qızı İddiaçı vəsiyyət etmişdir. Hazırda iddiaçının torpaq sahələri üzrə məcburi pay hüququ vardır və o, mirasdakı məcburi payını tələb edir. Bununla bağlı cavabdehlə aralarında mübahisə olduğundan İddiaçı miras əmlakla əlaqədar yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə cavabdeh miras əmlaklarla bağlı iddiaçının payının müəyyən olunmasına etiraz etməmişdir. Məhkəmə həmçinin müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh mərhum X15 və X11 uşaqları X7 isə bacılarıdır. Onların ümumi birgə mülkiyyətində Salyan rayonu, Şorsulu kəndində 0.28 ha həyətyanı, 2.0585 ha və 0.9766 ha olan torpaq sahələri var. Ümumi birgə mülkiyyətində olan torpaq sahəsində X15, X16, X12, İddiaçı və Cavabdeh payları hər birinin ayrı-ayrılıqda 1/5 hissədə olmuşdur. X15 03 iyul 2007-ci ildə vəfat etmiş və onun 4 vərəsəsi qalmış, vərəsələr mirasa faktiki olaraq yiyələnməklə onu qəbul etmişlər. Bilman Bayramov vəsiyyətnamə saxlammamış və buna görə də miras qanuni vərəsəlik əsasında hesablanmalıdır. Vərəsələr - X16, X12, İddiaçı və Cavabdehdır. Bilman Bayramovdan miras qalmış 1/5 hissə miras əmlak vərəsələr tərəfindən qəbul edilmişdir. Hər birinin həmin vərəsəlikdə payı 1/20-ə bərabər olub (1/5 : 4 = 1/20). İddiaçı ərizəsi əsasında Salyan Rayon Məhkəməsinin 2(057)-1807/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə vərəsələrdən X12 ölmüş hesab edilmiş və 31 avqust 2013-cü il tarixi onun ölüm günü sayılmışdır. X7 birinci növbəli vərəsəsi onun anası Zenfira Bayramovadır. Cavabdeh və İddiaçı ikici növbə vərəsədirlər. Zenfira Bayramova birinci növbəli vərəsə kimi mirası qəbul etmişdir. Ramella Bayramovadan miras qalmış ¼ hissədə pay bütövlükdə Zenfira Bayramovaya keçmişdir. Zenfira Bayramova 1/2 hissədə (özünün ¼ hissəsi + Ramella Bayramovanın ¼ hissəsi + ½). Ümumi birgə əmlakda X14 Bayramovanın 1/2 hissədə, digər vərəsələr olan İddiaçı ilə Cavabdeh 4/1 hissədə payı olmuşdur. Zenfira Bayramova 09 dekabr 2021-ci ildə vəfat etmiş və ölməmişdən əvvəl qızı İddiaçı bütün əmlakını (2.0585 ha və 0.9766 ha olan torpaq sahələrini) vəsiyyət etmişdir. Onun 1-ci növbəli vərəsələrindən yalnız İddiaçı və Cavabdeh sağdırlar. Vəsiyyətnamə olduğu üçün mirasdakı pay, yəni 3/8 İddiaçı vəsiyyət üzrə vərəsəliklə keçir. Nəzərə alsa ki, analarının vəfatından əvvəl onların hər birinin ayrı-ayrılıqda öz payları kimi torpağın ¼ hissəsi olub, onda son olaraq torpaqda paylar aşağıdakı hissələrdə olacaqdır: Cavabdeh özünün ¼ + məcburi pay olan 1/8 = 3/8, İddiaçı özünün ¼ + vəsiyyət üzrə pay olan 3/8 = 5/8 hissədə. Beləliklə miras əmlakda İddiaçı payı 5/8 hissədə, Cavabdeh payı isə 3/8 hissədə müəyyən edilməlidir. X1 adına olan Salyan rayonu, Şorsulu kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsində Cavabdeh və İddiaçı 1/2 hissədə miras payı müəyyən edilmişdir. İddiaçı cavabdehin miras əmlakdan qanunsuz olaraq istifadə edərək gəlir əldə etdiyini görə 825 manat qaytarmalı olduğunu qeyd etsə də, bu barədə sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İddiaçı tərəfindən mərhum X6, X8, X2ndan miras qalmış Salyan rayonu, Şorsulu kəndində fərdi yaşayış evinin olması, həmin əmlakın onlara məxsusluğu barədə hər hansı sənədi təqdim edilməmiş, eyni zamanda məhkəmə iclasında, həmin evə dair onlarda hər hansı bir sənədin olmamasını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, evə dair onda sənəd olmasa da, faktiki olaraq həmin ev ailəsinin istifadəsində olmuş və həmin evdə də yaşamışlar. Məhkəmə araşdırması zamanı iddiaçının mərhum X6 öldüyü zaman iddia tələbində qeyd edilən əmlakın (evin) ona məxsus olması barədə hər hansı bir sənəd tədqim edilmədiyindən iddianın predmetini təşkil edən əmlakın miras əmlak kütləsinə daxil edilməsi, həmin əmlakda iddiaçının payının müəyyən edilməsi hazırki halda mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Salyan rayonu, Şorsulu kəndində yerləşən ümumi birgə mülkiyyətində olan 09766 ha (qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********17) və 2.0585 ha (qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********18) torpaq sahəsi üzərində 5/8, 0.28 ha həyətyanı torpaq (JN – 500A KOD ********) sahəsində 1/2 hissə müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiası qismən təmin edilsin. İddiaçı Salyan rayonu, Şorsulu kəndində yerləşən ümumi birgə mülkiyyətində olan 09766 ha (qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********17) və 2.0585 ha (qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********18) torpaq sahəsində 5/8 hissədə və 0.28 ha həyətyanı torpaq (JN – 500A KOD ********) sahəsində isə 1/2 hissədə miras payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar