Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-486/2023 31.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı aktın ləğv edilməsi və borcun hesabından silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdeh "xxxx" ASC Şirvan RETSİ X5 əməkdaşları tərəfindən tərtib edilmiş 13 iyun 2018-ci il tarixli, Rİ 101706 nömrəli aktın ləğv edilməsi və abonent hesabına yazılmış 365,86 manat məbləğində cərimənin silinməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan rayon Birinci Varlı kəndində yaşayış evi olmuş, lakin orada yaşamamışdır. 2016-cı ildən 31 oktyabr 2021-ci il tarixədək Ukraynada yaşamışdır. Geri qayıtdıqdan sonra ona məlum olmuşdur ki, Salyan rayonu, Birinci Varlı kəndində yerləşən fərdi yaşayış evinə "xxxx" ASC Şirvan RETSİ X5 əməkdaşları tərəfindən sayğacdan kənar xətt aşkar edilməsi barədə 13 iyun 2018-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında hesabına 365,86 manat cərimə yazılmışdır. Evdə heç kim yaşamamış, lakin qonşuları həyət işığını yandırdıqları üçün işıqdan istifadə olunmuşdur. "xxxx" ASC Şirvan RETSİ X4 müraciət etsə də,akt ona təqdim olunmamış və Şirvan REŞ ona məhkəməyə müraciət etməsi tövsiyyə etmişdir. Hər iki qurum ona cərimənin yazılması, bu vaxta qədər tələb olunmaması barədə məlumat verə bilməmiş, cərimənin yazılması üçün əsas olan aktın surətini təqdim etməmişlər. Akt tərtib olunan zaman hal şahidlərinin iştirakı təmin olunmamış, elektrik enerjisindən istifadə qaydalarını pozması barədə heç bir sübut olmamışdır.Ona görə bu səbəbdən akt əsassızdır. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 08 nömrəli arayışdan görünür ki, Göyçəyev X1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Birinci Varlı kəndində yaşayır və hal-hazırda işləmir. Məhkəmədə elan olunmuş abunə haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı 13 iyun 2018-ci il tarixli, Rİ 101706 nömrəli akta əsasən 365,86 manat borc hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh təşkilat abonentin elektrik sayğacına kənar xətt daxil etməsini göstərmiş, lakin onun kənar xətdən istifadə etməsini sübut edən hallar barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh təşkilat abonent barəsində elektrik enerjisindən istifadə qaydalarını pozması barədə akt tərtib edərkən abonentin iştirakı təmin edilməmişdir. Cavabdeh təşkilat iddiaçının hüquq pozuntusu törətməsi barədə məhkəməyə heç bir sübüt təqdim etməmiş, baş vermiş hüquq pozuntusunun nəticəsi ilə abonentin hərəkətləri arasında səbəbli əlaqənin olub olmaması müəyyən olunmamışdır. İddiaçı qeyd olunan pozuntunu etiraf etməmiş, cavabdeh təşkilat da həmin halın abonent tərəfindən yol verilməsini sübuta yetirməmişdir. Ona görə də məhkəmə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını daha əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-ci maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizat muəssisənin numayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edib və aktın bir nusxəsinin məişət abonentinə verir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" ASC Şirvan RETSİ X3 İddiaçı barəsində tərtib etdikləri 13 iyun 2018-ci il tarixli, Rİ 101706 nömrəli akt ləğv edilsin və abonent hesabına yazılmış 365,86 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-486/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-486/2023
31.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver