Məhkəmə qərarları › İş №2(057)-507/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-507/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-507/2024 07.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi,Zamanov Asif Xanoğlan oğlunun katibliyi,Ərizəçi,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində Salyan rayon 2 nömrəli Toxumçuluq sovxozunun xx.xx.1978-ci il tarixli 32 saylı, xx.xx.1979-cu il tarixli 66 nömrəli, xx.xx.1980-cı il tarixli 15 nömrəli, xx.xx.1981-ci il 6 nömrəli, xx.xx.1983-cü il tarixli 15 nömrəli, xx.xx.1983-cü il tarixli 101 nömrəli, xx.xx.1986-cı il 9 nömrəli əmrlərində soyadı “X8” adının ona - yəni “Ərizəçi”na aid olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə verdiyi digər ərizəsində 13 aprel 2023-cü il tarixli arxiv arayışının Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə bildirmişdir ki, ərizəçinin tələb etdiyi arxiv arayışında qeyd olunmuş 55, 32,66,15,6,15,101 və 55 saylı əmrlərdə qeyd olunmuş soyadlar ərizəçinin soyadı iə düz gəlmədiyi üçün ərizəni həmin hissələrdə qəbul etmir.Digər əmrlərdə isə Dəmirova kimi qeyd olunmuşdur.Odur ki, ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli AR X17 filialının verdiyi arxiv çıxarışında Salyan rayon 2 nömrəli Toxumçuluq sovxozunun xx.xx.1976-cı il tarixli 55 nömrəli əmrdə Məhərrəmova, xx.xx.1978-ci il tarixli 32 nömrəli Mahmudova, xx.xx.1979-cu il tarixli 66 nömrəli əmrdə Mahmudova, xx.xx.1980-cı il tarixli 15 nömrəli əmrdə Mahmudova, xx.xx.1981-ci il 6 nömrəli əmrdə Mahmudova, xx.xx.1983-cü il tarixli 15 nömrəli əmrdə Mahmudova, xx.xx.1983-cü il tarixli 101 nömrəli əmrdə Mahmudova, xx.xx.1985-ci il tarixli 55 nömrəli əmrdə Məhərrəmova, xx.xx.1986-cı il 9 nömrəli əmrdə Məhərrəmova, xx.xx.1987-ci il tarixli 72 nömrəli əmrdə Dəmirova, xx.xx.1988-ci il tarixli 11a nömrəli əmrdə Dəmirova, xx.xx.1988-ci il tarixli 58 nömrəli əmrdə Dəmirova, xx.xx.1991-ci il tarixli 9 nömrəli əmrdə Dəmirova, xx.xx.1993-cü il tarixli 12 nömrəli əmrdə Dəmirova, xx.xx.1995-ci il tarixli 24 nömrəli əmrdə Dəmirova, xx.xx.1996-cı il tarixli 23 nömrəli əmrdə Dəmirova, xx.xx.1998-ci il tarixli 02 nömrəli əmrdə Dəmirova, xx.xx.2000-ci il tarixli 13 nömrəli əmrdə Dəmirova, xx.xx.2002-ci il tarixli 14 nömrəli əmrdə Dəmirova kimi yazılmışdır. İş materiallarında olan Salyan RİHB-nın Qaraçala kənd İƏN-yi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Dəmirova X1 yaşayır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Ərizəçi ilə arasında nikah 12 dekabr 1985-ci il tarixdə Salyan rayonu Qaraçala qəsəbə İƏN-də 71 saylı akt qeydi ilə rəsmiləşdirilmiş və ərizəçiyə Dəmirova soyadını qəbul etmişdir. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X4 xx xxxx 1960-cı ildə Şirvan şəhərində anadan olmuş, bu barədə Salyan rayon Qaraçala qəsəbə İƏN-də 117 № doğum haqqında akt qeydi tərtib olunmuşdur. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi valideynləri X10 və X2 nikahlarını 14 oktyabr 1970-ci il tarixdə 43 №-li akt qeydi ilə rəsmiləşdirmişlər. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X3 12 yanvar 2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli məktubdan görünür ki, araşdırma nəticəsində Ərizəçi doğumu haqqında akt qeydinin Salyan rayonu Qaraçala kənd İƏN-li tərəfindən nikahda olmayan ananın ərizəsi əsasında tərtib edildiyi və uşağın soyadının “Məhərrəmova” kimi qeyd edildiyi məlum olmuşdur. X7 xx.xx.1985-ci ildə adı çəkilən icra nümayəndəliyində X9 ilə nikaha daxil olaraq onun soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialını tərəfindən verilmiş etirazda ərizəçinin təqdim etdiyi arxiv çıxarışında xx.xx.1976-cı il tarixli 55 nömrəli əmrdə soyadının Məhərrəmova olduğu qeyd edilmiş, lakin xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək olan qeydlərdə soyadının Mahmudova olduğu, xx.xx.1985-ci il tarixli 55 nömrəli əmrdə soyadının Məhərrəmova, xx.xx.1986-cı il tarixdən xx.xx.2002-ci il tarixədək olan qeydlərdə soyadının Dəmirova olduğu qeyd olunmuşdur. Salyan rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən ərizəçinin soyadının Məhərrəmova olduğu qeyd edilmiş, lakin ata adı və soyadı barədə hər hansısa bir qeyd göstərilməmişdir. Sözügedən arayışda və ərizəçinin təqdim etdiyi digər sənədlərdə ata adı və soyadına rast gəlinməmişdir. Odur ki, Ərizəçi “ hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət X15 tərəfindən verilmiş 3-48 DA/9F/2-195/2023 saylı,13 aprel 2023-cü il tarixli arxiv arayışı Ərizəçi məxsusdur.Arayışda ərizəçinin müxtəlif soyadlarla qeyd olunması həmin arayışın ona məxsus olması faktını istisna etmir.Ərizəçi əmək stajı barədə sənədi başqa qaydada ala bilmədiyi üçün məhkəmə ərizənin təmin olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının Həmin Məcəllənin 308-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 339-341 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Azərbaycan Respublikası Dövlət X15 tərəfindən verilmiş 3-48 DA/9F/2-195/2023 saylı,13 aprel 2023-cü il tarixli arxiv arayışı Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar