Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-517/2024 29.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı) X8 və X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı) əri 04 avqust 1963-ci il təvəllüdlü X8 və oğlu 01 avqust 1988-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X15 onun əri, X18 isə onun oğludur. 04 avqust 1963-cü il tarixdə Salyan şəhərində anadan olmuş X15 müddətsiz 1-ci qrup, 01 avqust 1988-ci il tarixdə Salyan şəhərində anadan olmuş X18 anadan gəlmə müddətsiz 1-ci qrup əlildirlər. Onların əmək qabiliyyəti yoxdur. X15 və X18 xəstə olduqları üçün kənar şəxslərin himayəsi olmadan özlərini idarə edə bilmirlər. Dəfələrlə müalicə olunmasına baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışa əsasən əri X15 və oğlu X18 müddətsiz 1-ci qrup əlil hesab olunmuşdurlar. Həmin arayışa əsasən onların kənar şəxsin qulluğuna ehtiyacı vardır. Salyan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən verilmiş qərara əsasən X15 və X18 digər oğlu X11 qəyyumluğuna verilmişdir. Odur ki, X8 və X10 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Salyan rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Salyan rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx xxx 1954-cü ildə Naxçıvan MR, İliç rayonu, Düdəngə kəndində doğulmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Seriya AZE № 15460005 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, 04 avqust 1963-cü ildə Salyan şəhərində doğulmuş X5 şəhəri, X.R.Ulutürk küçəsi, ev 6, mənzil 5-də ünvanında qeydiyyatdadır. Seriya AZE № 15460001 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, 01 avqust 1988-ci ildə Salyan şəhərində doğulmuş X6 şəhəri, X.R.Ulutürk küçəsi, ev 6, mənzil 5-də ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin SER TSE-01 N491640 saylı arayışından görünür ki, X12 birinci qrup, müddətsiz əlillik verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSE-01 N776426 saylı arayışından görünür ki, X14 birinci qrup, müddətsiz əlillik verilmişdir. X8 Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malik olması barədə 009783 nömrəli vəsiqə verilmişdir. X10 Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malik olması barədə 016907 nömrəli vəsiqə verilmişdir. Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti başçısının 83-s saylı xx.xx.2016-cı il tarixli sərəncamından olan çıxarışın surətindən görünür ki, X8 və X10 ünvan 2 ünvanda yaşayan X11 qəyyumluğuna verilməsi qərar alınmışdır. A3 507708 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 04 avqust 1963-cü il tarixdə Salyan şəhərində anadan olmuşdur. XİV JQ 271343 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 01 avqust 1988-ci il tarixdə Salyan şəhərində anadan olmuşdur. X7, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-psixiatrik ekspertiza mərkəzinin 30 mart 2024-cü il tarixli 830 saylı rəyindən görünür ki, mülki işdə olan tibbi sənədlər və şəxsin anasının məhkəməyə ünvanladığı ərizəsini tədqiq edərək aparılan (qiyabi) müayinə əsasında belə nəticəyə gəlinmişdir ki, X1 iflicin qalıq əlamətləri, dərin əqli geriliklə formasında psixi pozuntudan əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq xx.xx.1988-ci il təvəllüdlü X13 aşkar edilən “Keçirilmiş serebral iflicin qalıq əlamətləri, dərin əqli geriliklə ilə əlaqədar o, öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də, X18 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X18 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X18 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X18 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə həmin hissədə təmin edilərək, 01 avqust 1988-ci il təvəllüdlü X18 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizənin X8 fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hal məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-psixiatrik ekspertiza mərkəzinin 14 may 2024-cü il tarixli 2109 sayllı məktubundan görünür ki, mülki iş materiallarının araşdırılması zamanı məlum olmuşdur ki, X12 aid sənədlərdə onun birinci qrup əlilliyi göstərilsə də, şəxsin diaqnozu qeyd edilməmiş, psixi vəziyyəti təsvir olunmamışdır. Bu səbəbdən X2 üzrə (qiyabi) ekspertizasının keçirilməsi mümkün olmamışdır. X8 məhkəmə psixiatrik ekspertizasının sənədlər üzrə (qiyabi) keçirilməsi yalnız onun psixi vəziyyətini əks etdirən müvafiq tibbi sənədlər təqdim edildiyi təqdirdə mümkündür. Həmin sənədlər ərizəçi tərəfindən təqdim edilməmiş, həmçinin onun ekspertizanın keçirilməsində iştirakı təmin edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi qismən təmin edilsin. 01 avqust 1988-ci il təvəllüdlü X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan X10 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-517/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-517/2024
29.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver