Məhkəmə qərarları › İş №2(057)-548/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-548/2024

02.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-548/2024 02.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı X1 yazılmış 338,87 manat borcun silinməsi və sözü gedən evdən elektrik enerjisindən maneəsiz istifadə etməyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda ünvan 1 ünvanda yaşayır. Mərdan Axundov yaşadığı dövrlərdə ona elektrik borcu yazılmışdır. X8 vəfat etmişdir. Həmin borcun qalması onun hazırkı sözü gedən evin elektrik enerjisindən istifadə etməyinə çətinlik yaradır. Hazırda istifadə etdiyi elektrik enerjisinə görə borcunu vaxtı vaxtında ödəmiş və heç bir borcu yoxdur. Odur ki, işıq enerjisindən istifadə etməyi üçün yaranmış maneələrin aradan qaldırılmalı və borcun silinməsi barədə iddianın təmin olunması məqsədə uyğun hesab edilməlidir. Odur ki, X1 yazılmış 338,87 manat borcun silinməsi və sözü gedən evin elektrik enerjisindən maneəsiz istifadə etməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili X6 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 tərəfindən məhkəməyə ünvanlanmış məktubun ksero surətindən görünür ki, İddiaçı yaşadığı mənzil abonent olaraq X3 adına qeydiyyatdadır. İddia ərizəsi üzrə tələbə dair tərəflərindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının yaşayış evində istifadə olunmuş elektrik eneriisinin dəyəri üzrə hal-hazirki tarixə 338,87 manat debitor borcu vardır. Həmin borc məbləği də ödənilməsi mütəmadi olaraq enerji təchizatı müəssisəsi olaraq EEİQ-nın tələblərinə əsasən hər ay rəsmi olaraq tələb olunur. Lakin abonent borcu ödəmək əvəzinə bundan çıxış yolunu, məhkəməyə müraciət etmək, sırf istifadə etdiyi elektrik enerjisinin dəyərini məhkəmə vasitəsi ilə sildirməkdə görür. İddiaçı EEİQ-nın 8.14-cü bəndini bilərəkdən və qərəzli şəkildə pozmuşdur. Eyni zamanda, faktiki istifadə olunmuş elektrik enerjisinin dəyərini ödəməkdən boyun qaçırmışdır. Odur ki, göstərilənlərin nəzərə alınması və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan X2 Agentliyinin Şirvan filialının İddiaçı ünvanladığı məktubun surətindən görünür ki, "xxxx" ASC-nin “Şirvan” RETSİ-yə əlavə məlumatların öyrənilməsi və müvafiq sənədlərin təqdim olunması ilə bağlı göndərilmiş sorğuya əsasən təqdim olunmuş sənədlərdən, dövriyyə üzrə elektrik enerjisinə görə xx.xx.2020-ci il tarixinə 333 manat məbləğində borcunun olduğu, bu borcun X5 nümayəndələri tərəfindən xüsusi yaşayış evinə aid hesablaşma elektrik sayğacına baxış zamanı kənardan əlavə “0” xətti vasitəsilə sxemin pozulması ilə bağlı xx.xx.2019-cu il tarixli, 136158 nömrəli akt tərtib edilməsi, “Şirvan” RETSİ-nin “Aktlar üzrə Komissiyası tərəfindən akta əsasən 180 gün müddətinə 3512 kVts sərfiyyat olmaqla, dəyəri 331,08 manat məbləğində xx.xx.2019-cu il tarixli hesabat aparılaraq abonent dövriyyəsinə daxil edilməsi nəticəsində yarandığı məlum olmuşdur. Akt tərtib edilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarxli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik eneriisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin tələbinə əsasən hal şahidləririn və iddiaçının iştirakını təmin edilmədiyi məlum olur. Digər tərəfdən kənar xətdən istifadə olunması halı ilə bağlı hər hansı bir sübutedici faktlar təqdim olunmamışdır. Nəticə olaraq, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin tələbləri pozulduğundan və sübutedici faktlar olmadığından akta əsasən hesablanaraq abonent dövriyyəsinə daxil edilmiş məbləğin silinməsi məqsədilə “Şirvan” RETSİ-yə müvafiq göstəriş verilmişdir. İş materialına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 11 iyul 2020-ci il vəfat etmişdir. Bu barədə ölüm haqqında qeyd kitabında xx.xx.2020-ci il tarixdə 238 nömrə ilə qeyd edilmişdir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən, istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 10.9-cu maddəsinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar və 11.7-ci dövlət elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsi bu Qaydaların 11.6-cı bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədlərə obyektiv qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğaca kənar xəttin aşkar olunması cavabdeh təşkilat tərəfindən sübut edilməmişdir. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Beləliklə, bütün qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin olunmaqla, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən evə hesablanmış 338,87 manat borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən X4 yazılmış 338,87 manat borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar