Məhkəmə qərarları › İş №2(057)-574/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-574/2023

02.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-574/2023 02.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Şirin Elton oğlu İsmayılovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı aktın ləğv edilməsi və əsassız yazılmış cərimənin silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqında tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli 267255 saylı (723,58 manat) və xx.xx.2023-cü il tarixli 030949 saylı (2378,35 manat) saylı aktın ləğv edilməsi və akt əsasında əsassız hesablanmış ümumilikdə 3101,93 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş temşdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, yaşadığı Beşdəli kəndində evində 3 fazalı elektrik sayğacından istifadə edir. 2022-ci ilin oktyabr ayında Şirvan regional işıq idarəsinin əməkdaşları evdə olmadığı vaxt gələrək elektrik sayğacına baxış keçirmiş və sayğaca gələn faza xəttində zədə olduğunu və xəttə qoşulduğunu bildirmişlər.Ona görə də onun işığını kəsmək istədikləri üçün məcburiyyət qarşısında qalaraq işıq idarəsinin tələb etdikləri məbləğ ödəmişdir.Daha sonra yenə 01 fevral 2023-cü ildə işıq idarəsinin əməkdaşları gəlib yenidən sayğacına onların iştirakı olmadan baxış keçirmiş və dayaqdan sayğaca kənar xəttin götürüldüğünü bildirmişlər.Lakin çəkilmiş videolentdə belə bir kənar xəttin çəkilməsi aşkar olunmamışdır. Hər iki akt əsassız yazılmış və heç bir bir sübut olmadığından ona yazılmış cərimələr silinməklə iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 28 oktyabr 2022-ci il tarixli Cavabdeh tərəfindən tərtib olunmuş 267255 saylı aktdan görünür ki, abonent İddiaçı EEİQ pozaraq sayğacın giriş xəttinə sıxac qoşaraq sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etmişdir. 01 fevral 2023-cü il tarixli Cavabdeh tərəfindən tərtib olunmuş 030949 saylı aktdan görünür ki, abonent İddiaçı dayaqdan kənar elektrik xətti götürməklə sayğacını qismən sxemdən kənarlaşdırmışdır. Məhkəmədə baxış keçirilmiş cavabdeh tərəfin təqdim etdiyi videodiskdən görünür ki,abonentin sayğacına baxış keçirilmişdir. Videodiskdən görünür ki, 28 oktyabr 2022-ci ildə sayğaca baxış keçirilən zaman aydın olmuşdur ki, sağaca daxil olan faza üzərində naqilin qoruyucu örtüyü zədələnmiş, 01 fevral 2023-cü ildə keçirilən baxış zamanı isə şəbəkəyə hər hansı bir kənar xəttin qoşulması əks olunmamışdır. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının tələb etdiyi 28 oktyabr 2022-ci il tarixli 267255 saylı aktın ləğv olunması üçün heç bir əsas yoxdur.Belə ki, həmin akt tərtib olunarkən sağaca daxil olan naqil üzərində zədə aşkar olunmuş və hal çəkiliş zamanı öz əksini tapmış və həmçinin cavabdeh də dolayısı ilə həmin akt əsasında yazılmış borcu ödəmiş və buna etiraz etməmişdir.Ona görə də məhkəmə birinci akt üzrə tələb olunan məbləğin silinməsi tələbi ilə razılaşmayaraq iddianı həmin hissədə rədd olunmasını əsaslı hesab edir. xx.xx.2023-cü il tarixli 030949 saylı aktla bağlı məhkəmə qeyd edir ki, həmin aktın tərtib olunması zamanı abonent iştirak etməmiş, aktda qeyd olunmuş abonentin dayaqdan kənar xətt götürməklə sayğacı sxemdən kənarlaşdırması qeyd olunmuş olsa belə, çəkiliş zamanı həmin hal öz əksini tapmamışdır.Bundan başqa cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi etirazda həmin məbləğin hansı qaydada hesablanması və hansı müddət üçün hesablanması və hansı elektrik qəbuledicilərin gücü vasitəsi ilə hesablanması qeyd olunmamışdır. Ona görə də məhkəmə iddianı həmin hissədə təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.17-ci bəndində qeyd olunmuşdur ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin İddiaçı barəsində tərtib etdiyi 01 fevral 2023-cü il tarixli, 030949 nömrəli akt ləğv edilsin və akt əsasında yazılmış 2378,35 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar