Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-579/2023 07.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 26 yanvar 2021-ci il tarixli, № 209222 saylı aktın ləğv edilməsini və akt əsasında hesablanmış 393.85 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində tək yaşayır. 50 il müəllimə işləmişdir. Hal-hazırda təqaütdədir, həyətdə oğlunun da evi var. İşıq idarəsində abonet kimi qeydiyyatda olmaqla evdə tək yaşayır. Evi işıq tənzimləyicisinin çox yaxınlığındadır. Ayda bir neçə dəfə qapısının önündə köhnə işıq tənzimləyicisi partlayırmış. Bu səbəbdən kənd işıqsiz qalırdı. İşıq idarəsinin işçiləri bir çox vaxt gecələr işləyirmiş. Onlar həmin tənzimləyicidən işıqlanma üçün xətt çəkmişlər. 2021-ci ilin yanvar ayındada belə hal baş vermişdir. Bir neçə vaxt sonra xəbəri olub ki, işıq idarəsininin əməkdaşlarının özləri üçün çəkdiyi xətdə əsasən digər məlumatı olmayan işçilər tərəfindən ona cərimə yazaraq həmin sayğacı dəyişərək smartkart tipli aparat quraşdırıblar. Bu barədə idarəyə müraciət etmiş, oradan ona cərimənin səhf yazıldığını, anlaşılmamazlığın olduğunu bildirsələrdə cəriməni silməmişlər. Pul vurur çox hissəsi cəriməyə tutulduğundan işıqsız qalır. Aktı kimin neçə nə vaxt kimin iştirakı ilə yazılmağından xəbəri yoxdur. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 26 yanvar 2021-ci il, № 209222 saylı aktın ləğv edilməsini və akt əsasında hesablanmış 393.85 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-cü maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını və yaşlı olması ilə əlaqədar ərizə təqdim edərək baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı izahatında göstərmişdir ki, həyətdə dam var, damın qapısı qırılmışdır, qonşuya dedim gəlib elektrik qaynaq edib qapını düzəltdi. Qonşu qaynaq işi görən zaman xətt atıb düzəltmişdir. 2 gündən sonra işıq idarəsinin işçiləri gəlib əlavə xətti görmüşlər. Onlara dedim ki, qapı qırılmışdı, mənim evimin elektrik xətti köhnə olduğu üçün başqa yerdən işıq gətirib mənim işimi görmüşdü desəm də heç bir nəticəsi olmadı. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1946-cı il təvəllüdlüdür və Salyan rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli, № R209222 saylı aktdan görünür ki, EEİQ-na uyğun olaraq baxış keçirilən zaman məlum olmuşdur ki, kənar xətdən istifadə edilir. Kabelin en kəsiyi 2x10 mm2- dir. İş materiallarında olan “Abunə haqqı” bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixli BOEO saylı müqaviləyə əsasən İddiaçı 768.74 manat borcu vardır. Məhkəmə hesab edir ki, akt yoxlama nəticəsində müəyyən edilən bir və ya bir neçə faktın təsdiqini əks etdirən bir sənəddir. İddiaçının mübahisələndirdiyi akt sayğaca baxış zamanı aşkar olunmuş qüsurları (kənar xəttən istifadə) özündə əks etdirmiş bir sənəddir. İddiaçı yaşadığı evdə kənar xəttən istifadə edilməsini, kənar xəttin olmasını məhkəmə iclasında izahatı ilə etiraf etmişdir. Yəni mübahisələndirlən akt mövcud vəziyyəti özündə əks etdirdiyindən, o, ləğv edilə və borc silinə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.20.2-ci bəndinə əsasən, kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar. Mülki işin materiallarında və iddiaçının vermiş olduğu izahatından müəyyən edilmişdir ki, iddiaçı elektrik enerjisində istifadə olunması zamanı kənar xətt vasitəsi ilə şəbəkədən istifadə etmişdir. Məhkəmə qeyd edir ki, istehlakçı enerji təchizatı müəssisəsinin verdiyi elektrik enerjisindən istifadə etməli, istifadə etdiyi elektrik enerjisinin dəyərini də yalnız sayğacın göstəricilərinə əsasən ödəməlidir. İddiaçı kənar xətt vasitəsi ilə şəbəkədən istifadə etdiyi üçün istehlak etdiyi elektrik enerjisinə görə ona borc hesablana bilməmişdir. Belə olan halda hazırkı mülki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən hər hansı qanun pozuntusu halının mövcudluğu aşkar edilməmişdir. İddiaçının həmin xəttdən yalnız qapının qaynaq edilməsində istifadə etməsinə münasibətdə məhkəmə hesab edir ki, bu halların mövcudluğu iddianın rədd edilməsi üçün əsasdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus Salyan rayonu, Ərəbqardaşbəyli kəndində olan fərdi yaşayış evinə sayğacından kənar xətdən istifadə etmişdir. Kabelin en kəsiyi 2x10 mm2 olmuşdur. Buna görə də, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 26 yanvar 2021-ci il, № 209222 saylı aktın ləğv edilməsini və akt əsasında hesablanmış 393.85 manat borcun silinməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 26 Yanvar 2021-ci il, № 209222 saylı aktın ləğv edilməsini və akt əsasında hesablanmış 393.85 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə ona rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-579/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-579/2023
07.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver