Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-59/2024 07.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi vəkil Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “tikililərin öz hesabına sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “tikililərin öz hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 qeyri-qanuni uzunluğu 14 metr, eni 07 metr olan saray, uzunluğu 25 metr, eni 10 metr olan dam tikintisinin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Salyan rayonu, Xurşud kənd sakini onunla X14 birgə mülkiyyətində Salyan rayonu, Xurşud kəndi ərazisində torpaq sahəsi və fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinin üzərində qonşu sakin X2 tərəfindən mülkiyyət hüququ pozulmaqla müxtəlif ölçüdə özbaşına uzunluğu 14 metr, eni 7 metr olan saray, uzunluğu 25 metr, eni 10 metr olan dam tikintisi aparmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin verdiyi reyestr nömrəsi **********69-10301 olan, xx.xx.2017-ci il tarixdə tərtib olunmuş Texniki Pasportdan görünür ki, fərdi yaşayış evi və həyətyanı sahəyə o və X18 birgə mülkiyyətlə sahibdirlər. Salyan Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, miras qalmış evin bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi məsələsinə dair X18 iddia qaldırmışdır. Qətnamədə mərhum X5 məxsus olan Salyan rayonu, Xurşud kəndində yerləşən yaşayış sahəsi 39 kvm olan iki otaqlı evin bölünüb baş fasadın sol hissəsində 2 saylı qeyd edilən yaşayış sahəsinin 18.6 kvm olan otağın, açıq eyvanın yarısının və ümumi sahəsi 2500 kvm olan torpaq sahəsinin ½ hissəsinin iddiaçı Vaqif İlyasova, evin baş fasadının sağ hissəsində 3 saylı qeyd edilən yaşayış sahəsi 20,4 kvm olan otağın açıq eyvanın həmin otağa bitişik tərəfin yarısı və evin bölgüsünə uyğun torpaq sahəsinin ½ hissəsinin bölünüb onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmışdır. Həmçinin Salyan Rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupunun 306 nömrəli xx.xx.2001-ci il tarixli məktubundan da, bu hal təsdiq olunur. Hal-hazırda X2 qeyri-qanuni olaraq onun mülkiyyətində tikili aparır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1.-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Cavabdeh X2 onun icazəsi olmadan və onunla razılaşdırılmadan qeyri-qanuni olaraq uzunluğu 14 metr, eni 7 metr olan saray, uzunluğu 25 metr, eni 10 metr olan dam tikintisi işləri aparmışdır. Bunları nəzərə alaraq cavabdeh X1 qeyri-qanuni tikinti işləri öz vəsaiti hesabına sökülməlidir. Ona görə də, cavabdeh X1 qeyri-qanuni uzunluğu 14 metr, eni 07 metr olan saray, uzunluğu 25 metr, eni 10 metr olan dam tikintisinin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil bildirmişdir ki, iddiaçı cavabdehə qarşı tikilinin sökülməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı torpağı ilə cavabdehin torpağı üst-üstə düşmür. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkilinin göstərdikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin və onun nümayəndəsi vəkilin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb tədqiq edərək belə qənaətə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 13 şaylı ərazi idarəsinin verdiyi reyestr nömrəsi **********69-10301 olan, xx.xx.2017-ci il tarixdə tərtib olunmuş Texniki Pasportdan görünür ki, paylı olan yaşayış evi və həyətyanı sahə X18 ilə İddiaçı birgə mülkiyyətindədir. İş materiallarında olan İddiaçı iddia tələbinə qarşı Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin verdiyi reyestr nömrəsi **********69-10301 olan xx.xx.2017-ci 11 tarixində tərtib olunmuş Texniki Pasportdan görünür ki,fərdi yaşayış evi və həyətyanı sahə İddiaçı və X14 birgə mülkiyyətindədir. Salyan Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, miras qalmış evin bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair X18 iddia qaldırmışdır. Qətnamədə mərhum X5 məxsus olan Salyan rayonunun, Xurşud kəndində yerləşən yaşayış sahəsi 39 kv.m olan iki otaqlı evin bölünüb baş fasadın sol hissəsində 2 saylı qeyd edilən yaşayış sahəsinin 18,6 kv.m olan otağın, açıq eyvanın yarısını və ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinin ½ hissəsinin iddiaçı Vaqif İlyasova, evin baş fasadının sağ hissəsində 3 saylı qeyd edilən yaşayış sahəsi 20,4 kv.m olan otağın açıq eyvanının həmin otağa bitişik tərəfin yarısı və evin bölgüsünə uyğun torpaq sahəsinin ½ hissəsinin bölünüb X13 mülkiyyətinə verilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin Salyan Rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupunun xx.xx.2001-ci il tarixli 306 nömrəli məktubu ilə də bu hal təsdiq edilir. Hal-hazırda o qeyri-qanuni olaraq iddiaçının mülkiyyətində tikili aparır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. O iddiaçının icazəsi olmadan və onunla razılaşmadan qeyri-qanuni olaraq uzunluğu 14 m, eni 7 m olan saray və uzunluğu 25 m, eni 10 m olan dam tikintisi işləri aparmışdır. Bunları nəzərə alaraq ondan qeyri-qanuni tikinti işləri öz hesabına sökülməlidir. İddiaçı həmin iddia ərizəsi ilə əlaqədar olaraq bildirir ki, İddiaçı mərhum anası X9 onun doğma bibisidir, o 26 iyul 1998-ci il tarixdə vəfat etmişdir. Bibisinə həmişə onlar baxıblar. Çünki oğlu X8 şəhərində, qızı İddiaçı isə ailə həyatı qurması ilə əlaqədar olaraq Bərdə rayonunun, Kətəlparaq kəndində yaşamışlar. Bibisi vəfat etməmişdən qabaq ona bildirmişdir ki, həyətyanı sahəsinin yanına olan odunluqda özünə dam və saray tikə bilər. Bibisi vəfat edəndən sonra onun oğlu Vaqif dəfn xərcləri üçün ondan birinci dəfə indiki pul ilə 3.000 manat, bibisinin qırxı ərəfəsi isə indiki pulla 1.600 manat borc pul almışdır. Yəni indiki pulla onlara təxminən 4.600 manat borc pul vermişdir. Sonra isə onlar ona bildirmişlər ki, həmin pulu qaytara bilməyəcəklər, odur ki, əvəzində həyət ona qalsın. Lakin o bildirdi ki, ona bu qədər torpaq sahəsi lazım deyildir. Bibisinin və qayınatasının odunluq kimi istifadə etdiyi yerdə özü üçün saray və dam tikdirmişdir. Qardaşıgil orada qoyun və mal-qara saxlayırdılar. Bir müddət sonra eşidib ki, bibisi qızı İddiaçı həyat yoldaşı və oğlu ilə birgə kəndə qayıdıblar və ata evində yaşamağa başlayıblar. Sonra eşidib ki, bibisi qızı İddiaçı onun tikdirdiyi sarayı və damı sökdürmək istəyir. Odur ki, o sarayın və damın yerləşdiyi ərazini rəsmiləşdirmək qərarına gəlmişdir. Ona məlum oldu ki, həmin torpaq sahəsi Arbatan bələdiyyəsinə məxsusdur. Odur ki, sarayın və damın yerləşdiyi 12 sot torpaq sahəsini Arbatan bələdiyyəsindən qardaşı Tahirin adına satın almışlar. 03 aprel 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Salyan rayonunun, Xurşud kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. X17 də öz növbəsində həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək üçün ona notarial qaydada 47 il müddətinə etibarnamə vermişdir. İşin faktiki halları barədə məlumat verdikdən sonra İddiaçı ona qarşı “tikintilərin öz hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə əlaqədar olaraq aşağıdakıları bildirmək istəyir: Belə ki, İddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə istinad etmişdir. Yəni guya onun iddiaçı ilə birlikdə paylı mülkiyyəti vardır. Onun, o cümlədən qardaşı Tahirin onunla birlikdə, yuxarıda qeyd etdiyi kimi, hər hansı paylı (birgə) mülkiyyətləri yoxdur. Aralarında hər hansı torpaq mübahisəsi olmadığı təqdirdə, iddiaçı onu haqsız olaraq məhkəmə mühahisəsinə cəlb etmişdir. O Əfqanıstan və Qarabağ müharibələri, habelə Silahlı Qüvvələr veteranıdır. Özü açıq ürək əməliyyatı keçirmişdir. Hazırda da Azərbaycan Respublikası MN-nin strukturunda fəaliyyətini davam etdirir. Əsassız məhkəmə çəkişmələrində iştirak etmək üçün onun vaxtı yoxdur. Həm də bu mübahisəni vaxtında anasının hüzürünə maddi cəhətdən yardım etdiyi bibisi qızı aparır. Odur ki, İddiaçı “tikintilərin öz hesabına sökülməsi” tələbinə dair iddiası tam şəkildə rədd edilməlidir. Bundan başqa dəfn və hüzür üçün iddiaçının ailəsinə 4.600 manat borc pul vermi, əvəzində onlar həyətyanı torpaq sahəsini ona verməli idilər. Lakin onlar bunu etmədilər və əvəzində onu lüzumsuz məhkəmə mübahisələrinə cəlb etdilər. Odur ki, hadisələr belə davam edərsə, həmin 4.600 manatın iddiaçıdan alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmalı olacaqdır. Odur ki, İddiaçı ona qarşı “tikintilərin öz hesabına sökülməsi” tələbinə dair iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Xurşud kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları məqsədli 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 məxsusdur. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan rayonu, Xurşud kəndində X6 məxsus faktiki sahəsi 0.12 ha torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Salyan rayonu, Xurşud kəndində yaşayış məntəqələrinin torpaqları məqsədli 0.12 ha torpaq sahəsində yerləşən 38.9 kvadratmetr fərdi yaşayış evi İddiaçı və X14 ümumi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi mütəxəssisi M.Vəliyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, iş üzrə cavabdeh X2 tərəfindən Salyan rayonu, Xurşud kəndinin ərazisində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş uzunluğu 14 metr, eni 07 metr olan sarayın yerləşdiyi torpaq sahəsi, reyestr nömrəsi **********04 olan çıxarışa əsasən X4 mülkiyyətində olan torpaq sahəsi, uzunluğu 25 metr, eni 10 metr olan damın yerləşdiyi torpaq sahəsi isə X4 həyətyanı sahəsinə giriş üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı və X1 istifadəsində olan torpaq sahəsinin sərhədləri elektron kadastr baza məlumatları əsasında müəyyənləşdirilmişdir. İddiaçının iddia etdiyi uzunluğu 14 metr, eni 07 metr olan sarayın yerləşdiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən, reyestr nömrəsi **********04 olan çıxarışla X4 mülkiyyətində olan, uzunluğu 25 metr, eni 10 metr olan damın yerləşdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7567 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İş üzrə cavabdeh X2 tərəfindən Salyan rayonu Xurşud kəndinin ərazisində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş uzunluğu 14 metr, eni 07 metr olan sarayın yerləşdiyi torpaq sahəsi, reyestr nömrəsi **********04 olan çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsi, uzunluğu 25 metr, eni 10 metr olan damın yerləşdiyi torpaq sahəsi isə X3 həyətyanı sahəsinə giriş üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı və X1 mülkiyyətində olan torpaq sahəsinin sərhədləri elektron kadastr baza məlumatları əsasında müəyyənləşdirilmişdir. İddiaçının iddia etdiyi uzunluğu 14 metr, eni 07 metr olan sarayın yerləşdiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən, reyestr nömrəsi **********4 olan çıxarışla X3 mülkiyyətində olan uzunluğu 25 metr, eni 10 metr olan damın yerləşdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Salyan rayonu, Xurşud kəndində İddiaçı və X14 adına fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 13 şaylı Ərazi İdarəsinin tərəfindən reyestr nömrəsi **********69-10301 olan, xx.xx.2017-ci il tarixli Texniki Pasport tərtib olunmuş, paylı olan yaşayış evinin 2 saylı sahəsi (yaşayış otağı) X14 3 saylı sahəsi isə İddiaçı mülkiyyətindədir. Salyan rayonu, Xurşud kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları məqsədli 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 məxsusdur. İddiaçının vəsatəti əsasında Cavabdeh tərəfindən Salyan rayonu, Xurşud kəndinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsində inşa edilmiş uzunluğu 14 metr, eni 07 metr olan saray, uzunluğu 25 metr, eni 10 metr olan damın yerləşdiyi torpaq sahəsi kimin mülkiyyətində olmasını müəyyən etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin mütəxəssislərinin rəyi əsasında mühəndis-texniki ekspertizası keçirilmişdir. Ekspert müəyyən etmişdir ki, Cavabdeh tərəfindən Salyan rayonu, Xurşud kəndinin ərazisində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş uzunluğu 14 metr, eni 07 metr olan sarayın yerləşdiyi torpaq sahəsi, reyestr nömrəsi **********04 olan çıxarışa əsasən X4 mülkiyyətində olan torpaq sahəsi, uzunluğu 25 metr, eni 10 metr olan damın yerləşdiyi torpaq sahəsi isə X4 həyətyanı sahəsinə giriş üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçılar özlərinə aid olmayan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X10 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Mülki Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə təqdim edilmiş ekspert rəyini işin müəyyən edilmiş halları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən Salyan rayonu Xurşud kəndinin ərazisində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş uzunluğu 14 metr, eni 07 metr olan sarayın yerləşdiyi torpaq sahəsi, reyestr nömrəsi **********04 olan çıxarışa əsasən onun mülkiyyətində olan torpaq sahəsi, uzunluğu 25 metr, eni 10 metr olan damın yerləşdiyi torpaq sahəsi isə X4 həyətyanı sahəsinə giriş üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı və Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin sərhədləri elektron kadastr baza məlumatları əsasında müəyyənləşdirilmişdir. İddiaçının iddia etdiyi uzunluğu 14 metr, eni 07 metr olan sarayın yerləşdiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən, reyestr nömrəsi **********4 olan çıxarışla X4 mülkiyyətində olan uzunluğu 25 metr, eni 10 metr olan damın yerləşdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmə hesab edir ki, ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğundan onunla razılaşmamaq üçün əsas yoxdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 87.2-ci maddəsinə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-in 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı tikililərin öz hesabına sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı tikililərin öz hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq X12 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ 41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-59/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-59/2024
07.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver