Məhkəmə qərarları › İş №2(057)-590/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-590/2024

08.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-590/2024 08.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə mirasın qəbul edilməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan şəhəri, H.Z.Tağıyev küçəsi 84 yeni qaydalarla ünvan 1 ünvanında olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə faktiki olaraq ona sahiblik etdiyindən miras əmlaka onun qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan şəhəri, H.Z.Tağıyev küçəsi 84-də yerləşən özünə aid olan evi var. X3 2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan regional “ASAN XİDMƏT” mərkəzinə müraciət edərək evi satmaq istədiyini bildirmiş, ona məhkəmə yolu ilə çıxarış ala bilcəyini bildirmişlər. Ev ona yoldaşından miras qalmışdır. X1 məxsus torpağın 3 sotunda özlərinə ev tikmişlər.Həmin evi satmaq istəyir, lakin sənəd düzəldə bilmir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı onun qardaşı X4 yoldaşı olmuşdur. Qardaşı Nəcəfqulu 2011-ci il tarixdə vəfat etmişdir. Mərhum qardaşı Nəcəfqulu atalarına məxsus torpaqda özünə ev tikmişlər. Həyətdə 2 ev var, onlardan biri atlarından miras qalmış evdir,həmin evdə özü yaşayır. Digər evi isə iddiaçı özü əri ilə yaşadığı müddətdə inşa edərək hazırda satmaq istəyir. Evin yerləşdiyi torpaq sahəsinin yəni ümumi torpağın yarısını verməyə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş X20 Xidmət Mərkəzində Notariat Ofisinin 24 iyul 2023-cü il tarixli 345 g saylı məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 xx.xx.2013-cü il tarixdə vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi arvadı X11 müəyyən edilmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin miras qoyan X5 mülkiyyətində olan Salyan şəhəri, X15 küçəsi ev 84,Yeni qaydalarla: AZ5201, Salyan şəhəri, X15 küçəsi giriş 152 ünvanında yerləşən 0.01035 ha torpaq sahəsi və üzərində olan 124 kv/m fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır və həmin əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almadan vəfat etmişdir. Odur ki,xx.xx.2015-ci ildə vəfat etmiş mərhumə anası X7 çatacaq paydan irsi transmissiya hüququ əsasında mirasdan pay almaq hüququ yaranmışdır. Lakin qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət edilməmişdir.Qeyd olunduğundan vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Məhkəmədə elan olunmuş 05/20563 nömrəli arayışdan görünür ki, X5 ƏMDX-nin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi dairəsi tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evi üçün qiymətləndirmə işi aparılmış və qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış evlərinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin xx.xx.2023-cü il tarixə bazar dəyəri 32000 manat təşkil etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin çıxarışdan görünür ki, Salyan şəhəri, X15 küçəsi ev 84,Yeni qaydalarla: AZ5201, Salyan şəhəri, X15 küçəsi giriş 152 ünvanında yerləşən 0.01035 ha torpaq sahəsi və üzərində olan 124 kv/m fərdi yaşayış X5 mülkiyyətindədir. İş metiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində ofisinin xüsusi notariusu tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Maraqlı şəxs2 xx.xx.2007-ci il tarixdə vəfat etmiş atası X2 irs qalmış (yaşayış ( ev, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən habelə digər əmlak hüquqlarından ibarət) əmlakdan ona çatası vərəsəlik payını qəbul etməmiş, istəmir, gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcək. İş metiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzində ofisinin xüsusi notariusu tərəfindən təqdim edilmiş ərizədən görünür ki, mərhum X9 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Maraqlı şəxs1 Əbülfət qızı tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüş yəni buraxılmışdır. Mərhumun ölümündən sonra mirası nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etmir və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Salyan Rayon QŞ-nin rəisi R.Hüseynov tərəfindən vermiş olduğu 01 may 2023-cü il tarixli 3-16-5/8-69-276/2023 saylı arayışdan görünür ki, X9 ilə X12 arasında nikah Neftçala rayon Cəngən kənd icra nümayəndəliyində 02 iyul 1957-ci ildə rəsmiləşdirilmişdir. Salyan Rayon QŞ-nin rəisi R.Hüseynov tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli 171 nömrəli arayışdan görünür ki, X9 27 iyul 2007-ci il tarixdə ölmüş və bu barədə Salyan rayon Qeydiyyat şöbəsində 164 №-li akt qeydi tərtib olunmuşdur. Salyan Rayon QŞ-nin rəisi R.Hüseynov tərəfindən verilmiş 02 may 2023-cü il tarixli 3-16-5/8-69-276/2023 saylı arayışdan görünür ki, X8 28 iyun 1959-cu ildə Salyan rayonunda anadan olmuşdur. 17 yanvar 2012-ci il tarixli AZ-İ № 517375 saylı Salyan Rayon QŞ-nin vəzifəli şəxsi N.Xəlilbəyli tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə ölmüşdür və bu barədə Salyan rayon Qeydiyyat şöbəsində 09 №-li ölüm akt qeydi tərtib olunmuşdur. Salyan Rayon QŞ-nin vəzifəli şəxsi N.Xəlilbəyli tərəfindən verilmiş 03 fevral 2016-cı il tarixli AZ-İ № 787057 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə ölmüşdür və bu barədə Salyan rayon Qeydiyyat şöbəsində 28 №-li akt qeydi tərtib olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı miras qoyan şəxsin birinci növ vərəsəsi deyildir. İddiaçı faktiki olaraq iddia etdiyi əmlaka dair heç bir hüquq müəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə ərizənin təmin olunmamasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X10 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsində qeyd olunmuşdur ki, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsində qeyd olunmuşdur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsində qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Salyan şəhəri, H.Z.Tağıyev küçəsi 84 yeni qaydalarla ünvan 1 ünvanında olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə faktiki olaraq sahiblik etdiyindən miras əmlaka onun qanun üzrə vərəsəlik hüququnun tanınması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar