Məhkəmə qərarları › İş №2(057)-598/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-598/2024

16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-598/2024 16.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə Salyan rayonu, Qarabağlı kəndinin ərazisində yerləşən 0,22 hektar torpaq sahəsinə aid olan KOD 80906018, JN-1648 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının Ərizəçi və X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 Noyabr 2001-ci il tarixli 12 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Salyan rayonu Qarabağlı kəndinin ərazisində 0,22 hektar sahəsi verilmişdir. Bu barədə onlara “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-1648 saylı, KOD 80906018 nömrəli akt verilmişdir. Onlara məxsus “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-1648 saylı KOD 80906018 nömrəli Dövlət Aktında “Ərizəçi” əvəzinə səhvən “X19”, “X8” əvəzinə səhvən “X14” yazılmışdır. Bu səhvləri aradan qaldırmaq üçün, yerli icra hakimiyyəti orqanının və Azərbaycan Respublikası İN-yi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişlər. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsində məqsədləri həm daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına aldırmaqdır. Lakin həmin sənəddə ailə üzvləri olmayan şəxsin olması onların hüquqlarını məhdudlaşdırır, lakin 1922-ci ildə anadan olmuş X2nın ölüm haqqında şəhadətnaməsi alınmamışdır. O X16 ilə evlənsədə hər ikisi vəfat etmişdir. Onun tərəfindən ölüm haqqında şəhadətnamə alınmamışdır. Onu Göygöl rayon qəbirstanlığında dəfn etmişlər. 1922-ci il təvəllüdlü anası X10 1992-ci ildə ölməsi faktının qeydə alınması barədə müraciətinə Maraqlı şəxs2ndə baxılmışdır. Müəyyən olunmuşdur ki, görülmüş tədbirlər üzrə 1992-ci ildən xx.xx.2024-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və 1922-ci il təvəllüdlü X14 adlı şəxsin ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Bundan başqa həmin mənbə üzrə aparılmış yoxlama zamanı X8 adlı şəxsin ölümü haqqında Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixli 60 nömrəli akt qeydinin tərtib olunduğu müəyyən edilmiş və həmin qeyddə ölən şəxsin adı — Hamayıl, soyadı — Haqverdiyeva , təvəllüdü- 1917-ci il , doğum yeri-Gəncə şəhəri , ölüm yeri — Xanlar rayonu olaraq qeyd edilmişdir. Qeyd olunlara əsasən Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0,22 ha torpaq sahəsinə aid “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-1648 saylı KOD 80906018 nömrəli Dövlət Aktında səhv olaraq yazılmış “X19” ilə “Ərizəçi”na, “X14” ilə “X8”na eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair KOD 80906018, JN- 1648 saylı dövlət aktının Ərizəçi və X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Ərizəçi ərizə üzrə tələbi tam müdafiə edərək göstərmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə onun və arvadı X5 mülkiyyətinə 0,22 hektar torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində mülkiyyət hüququ KOD 80906018, JN-1648 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətnamədə müəyyən səhvlərə yol verilmiş, onun və arvadının adı səhv göstərilmişdir. Belə ki, həmin sənəddə onun adı “Ərizəçi” əvəzinə “X19” yazılmışdır. Həmçinin, arvadı X5 adı yazılmaq əvəzinə mərhum X2nın adı yazılmışdır. Halbuki, sənədin verildiyi tarixdə, yəni 2001-ci ildə onun anası çoxdan vəfat etmişdir. X2 1992-ci il tarixdə ölmüşdür. Səhvlərin düzəliş edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən isə həmin səhvlərin düzəldilməsinin onun səlahiyyətinə aid olmadığı bildirilərək bu barədə müvafiq məktub verilmişdir. Ərizəçi qeyd olunanlara əsasən, ərizənin tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; KOD 80906018, JN-1648 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə X19 və X10 mülkiyyətinə 0.22 hektar torpaq sahəsi verilmişdir. AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə anadan olmuş, atası X16, anası X11r. Salyan rayon İHB-nın Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 457 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Salyan rayon Kərimbəyli kənd sakini X6 bələdiyyə torpaqlarının islahatı zamanı torpaq sahəsi verilməmişdir. Salyan rayon İHB-nın Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 456 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Salyan rayon Kərimbəyli kənd sakini Ərizəçi X19 adında qardaşı olmamışdır. Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X16 ilə X9 nikahı haqqında xx.xx.1959-cu il tarixdə 42 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Verdiyev, arvada Verdiyeva soyadı verilmişdir. Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 1922-ci il təvəllüdlü X9 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci ildə Gəncə rayonu, Bağmanlar qəsəbəsində anadan olmuşdur. AZE 18047199 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1959-cu ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuşdur. İV-JQ 259877 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X13 arasında nikah xx.xx.1986-cı il tarixdə Salyan rayon Qaraçala qəsəbəsində rəsmiləşdirilmişdir. Onların nikahları 36 nömrəli qeyd ilə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Verdiyev”, arvada “Verdiyev” soyadı verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 3-16-5/8-15-V-01/2023 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi müraciəti əsasında ona hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilmişdir. Salyan rayon İHB-nın Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, akt tərtib olunmuşdur, ondan ötrü ki, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında ad və soyad səhv yazılmışdır. Belə ki, Ərizəçi adı səhvən X7, X1 adı isə səhvən X3 qeyd edilmişdir. Əslində isə Ərizəçi və X8 olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənediji sənədlərin (həmkarlar ittifaqı və digər ijtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq ijra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 6.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüq müəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü bəndinə əsasən, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə Salyan rayonu, Qarabağlı kəndinin ərazisində 0,22 hektar torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibi kimi göstərilmiş şəxs məhz ərizəçinin özü Ərizəçidur. “Ərizəçi” əvəzinə isə səhvən “X19” yazılmışdır. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Lakin ərizəçi ərizəsində Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001ci il tarixli, 12 saylı qərarı ilə Salyan rayonu, Qarabağlı kəndinin ərazisində yerləşən 0,22 hektar torpaq sahəsinə aid olan KOD 80906018, JN-1648 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının arvadı X6 məxsus olması faktının təsdiq edilməsini tələb etsə də, həmin sənədin məhz ona məxsus olması faktına dair həmin şəxs tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından, ərizə həmin hissədə rədd edilməlidir. Ərizəçi tərəfindən ərizənin həmin hissədə təmin olunması üçün təqdim olunan sənədlər və sübutlar bir-birilə ziddiyyət təşkil etmişdir. Belə ki, Salyan rayon İHB-nın Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 457 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Salyan rayon Kərimbəyli kənd sakini X6 bələdiyyə torpaqlarının islahatı zamanı torpaq sahəsi verilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, ərizə qismən təmin edilməli, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə Salyan rayonu, Qarabağlı kəndi ərazisində 0,22 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair KOD 80906018, JN-1648 saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə Salyan rayonu, Qarabağlı kəndi ərazisində 0,22 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair KOD 80906018, JN-1648 saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar