Məhkəmə qərarları › İş №2(057)-63/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-63/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-63/2024 17.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsinə” dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsinə” dair iddia ərizəsi ilə (xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə vermişdir) məhkəməyə müraciət edərək mülkiyyətində olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli “Əmlakın qiymətləndirilməsi haqqında” M 010/06/22 saylı Hesabat ilə qiymətləndirilməsi barədə nəticələrin ləğv edilməsi və yenidən müstəqil qiymətləndirmə keçirilməsi, daşınmaz əmlakın bazar və likvid qiymətini təmin edərək qiymətləndirici dəvət edilməsi öhdəliyinin Yasamal rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(004)-56/2012 saylı qətnaməsi ilə “iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə bağlanmış 37/ SK saylı kredit müqaviləsinin ləğv edilməsi, gecikdirilməyə görə 3200 manat məbləğində dəbbə pulunun 300 manat məbləğinədək azaldılması, cavabdeh "xxxx" MMC-dən 150000 manat məbləğində əsas borc, 15826 manat məbləğində kreditə hesablanmış faiz borcu, 300 manat məbləğində dəbbə pulu, cəmi 166126 manat məbləğində borcun tutulub iddiaçı "xxxx" ASC-yə verilməsi, tutmanın cavabdeh X1 məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti ünvanda istifadədə olan 0,0824 ha torpaq sahəsində yerləşən 6 girişli, 704.9 ümumi sahədən ibarət 1 mərtəbəli 6 saylı qeyri-yaşayış sahəsinə və cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada 46,2 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehin "xxxx" ASC-yə olan borcunun ödənilməsi, ipotekaya qoyulmuş qeyri-yaşayış sahəsi və mənzil satıldıqdan sonra cavabdehlər Mahmud qızı Hüseynova və İddiaçı 1 ay ərzində könüllü olaraq qeyri-yaşayış sahəsindən və mənzildən çıxmazlarsa, məcburi qaydada çıxarılmalarını, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun iddia tələbinin təmin edildiyi hissəyə uyğun olaraq 98 faizi, yəni 19,6 manatı cavabdehdən alınıb iddiaçıya verilməsi, 2 faizi,yəni 0,4 manatın iddiaçıya aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcra hərəkətləri üzrə borclu qismində ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada 402 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzilə yönəldilmə olunması üçün qiymətləndirmə təyin olunmuş və "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli 214 saylı “Əmlakın Qiymətləndirilməsi Barədə Hesabat” tərtib olunmaqla mənzilə 130000 manat qiymət qoyulmuşdur. Sonradan hansı əsaslarlasa yenidən qiymətləndirmə aparılmış və əmlakımın dəyəri Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli “Əmlakın qiymətləndirilməsi haqqında” M 010/06/22 saylı Hesabat ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada 46,2 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzilə 118000 (bir yüz on səkkiz min) manat məbləğində real bazar qiyməti olaraq qiymət qoyulmuşdur. Mübahisələndirilən qiymətləndirmə barədə hesabatrəyin verilməsindən sonrakı müddət ərzində Azərbaycan Respublikasında iqtisadi göstəricilər dəyişmiş, əmlakların dəyəri dəfələrlə artmış, daşınmaz əmlak bazara yenilənməklə əmlak qiymətləri artmışdır. Təşəbbüsümüzlə keçirilmiş yeni qiymətləndirmə ilə mülkiyyətdə olan mənzilin bazar dəyəri 170000 manat, likvid dəyəri isə 165000 manat təşkil etməsi müəyyən olunmuşdur. Hərracı isə 5 il əvvəlki rəylə keçirilməyə hazırlaşırlar. Halbuki əmlakların qiymətləri çox qalxmışdır. Rəy də bunu təsdiq edir. İş materiallarına "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın Qiymətləndirilməsi Barədə” ƏEM/M 12-259/23 saylı Hesabatla müəyən olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada 46,2 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzilin həmin günə bazar dəyəri-170000 manat, likvid dəyəri-165000 manat təşkil edir. ”Belə olan halda hazırkı qiymətlərlə əvvəlki qiymətləndirmə əsasında ciddi fərq yarandığından hərracın keçirilməsi sonuncu dəyərlə müəyyən olunan qiymət əsaslarına dair keçirilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli “Əmlakın qiymətləndirilməsi haqqında” M 010/06/22 saylı Hesabat ilə qiymətləndirilməsi barədə nəticələrin ləğv edilməsi və yenidən müstəqil qiymətləndirmə keçirilməsi, daşınmaz əmlakın bazar və likvid qiymətini təmin edərək qiymətləndirici dəvət edilməsi öhdəliyinin Yasamal rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.4 və 185.5-ci maddələrinə əsasən baxmağı mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iş üzrə iddiaçı olaraq Salyan Rayon Məhkəməsinə müraciət olunmuş və Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli “Əmlakın qiymətləndirilməsi haqqında” M 010/06/22 saylı Hesbat ilə qiymətləndirilməsi barədə nəticələrin ləğv edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada 46,2 kv.metr yaşayış “sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzilin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın Qiymətləndirilməsi Barədə” ƏEM/M 12-259/23 saylı Hesabatla qiymətləndirilməsi barədə nəticələrdən istifadə olunmaqla hərracın - keçirilməsinin "xxxx" MMC-yə həvalə edilməsi haqqında” qətnamə qəbul - olunmasını məhkəmədən xahiş etmişlər. Həmin iddiaya 2(057)-63/2024 saylı qeydiyyat verilmişdir və hakim Ənnağı Məmmədlinin sədrliyi ilə baxılır. Məhkəmə hazırlıq mərhələsindədir və iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək, iş materialları rəy verilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Birinci dəfəsində ekspertin verdiyi geçikmiş vəsatətlərin icrası ilə əlaqədar əmlaka baxış mümkün olmamış və qərardad icra olunmadan geri qaytarılmışdır. Onların bu təyinatlardan vaxtında xəbəri olmamışdır və iddiaçıdan asılı olmayan səbəblərdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Belə ki, hər iki dəfəsində gün təyin olunma geçikmə ilə və Salyan rayonuna məhkəmənin ünvanına verilmişdir. Xatırladım ki, əmlak Bakı şəhərində yerləşir və baxış burada keçirilməklə tərəflərə əvvəlcədən bir neçə gün öncə xəbər verilməlidir. Sonradan yenidən yönləndirmə nəticəsində ekspertiza keçirilməsi təyin olunmuşdur. Bununla bağlı ekspert 26 avqust 2024-cü ildə vəsatət vermiş və 16 oktyabr 2024-cü il tarixə yerli baxış gününü təyin etmişdir. Həmin vəsatət Salyan Rayon Məhkəməsinin ünvanına 16 sentyabr 2024-cü il tarixdə daxil olmuş və qeydə alınmışdır. Yerli baxış günü Biz lazımı ünvanda olmuş və eksperti gözləmişlər. Lakin ekspert Kamran Dünyamalıyev Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən ünvan gəlməmişdir. Ekspertin verdiyi vəsatətlərdə işin nömrəsi və qərardadların tarixi dəqiq göstərilməmiş və yanlışlıqla keçmiş işin məlumatları qeyd olunmuşdur. (2(057)-732/2023) Bu səbəbdən də yəqin ki, anlaşılmazlıq olmuş və ekspert lazımı ünvana gələ bilməmişdir. Ekspertiza tədqiqatı icra olunmadan geri qaytarılmışdır. Halbuki, işin mahiyyəti və hüquqi əsasları bu rəydən asılıdır və mütləq qaydada rəy verilməlidir. Bunsuz ədalətli qətnamə qəbul edilməsi çətin olar. Hazırda bununla bağlı Məhkəmə prosesi xx.xx.2024-cü il tarixə saat 14: 30 təyin olunmuşdur. Həmin vaxt Sabunçu Rayon Məhkəməsində hakim Ruslan Mirzəliyevin sədrliyi ilə baxılan e2(008)-6176/2024 saylı mülki işlə əlaqədar prosesə gələ bilməyəcək. Ona görə də, ekspert ilə tərəflərin görüşü üçün konkret gün təyin - olunmaqla iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkilinin elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizədə irəli sürülən vəsatətlər əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, MPM-in 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh 13 iyun 2022-ci il tarixli M 010/06/22 saylı əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 43 ünvanında yerləşən 65 nömrəli mənzilin xx.xx.2022-ci il tarixə olan real bazar qiyməti 118000 manat təşkil edir. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ƏEM/M12- 259/23 saylı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatından görünür ki, İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən mənzilin xx.xx.2023-cü il tarixə bazar qiyməti 170000 manat; likvid dəyəri 165000 manat təşkil edir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-56/2012 saylı, 26 dekabr 2012-ci il tarixli qətnaməsinin ksero surətindən görünür ki, həmin qətnamə ilə tutmanın cavabdeh X1 məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti ünvanda istifadədə olan 0,0824-ha torpaq sahəsində yerləşən 6 girişli, 704,9 ümumi sahədən ibarət 1 mərtəbəli 6 saylı qeyri-yaşayış sahəsinə və İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0,08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada 46,2 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehin "xxxx" ASC-yə olan borcunun ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2588/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin ksero surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-56/2012 saylı, 26 dekabr 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2421/15 saylı, xx.xx.2015-ci il tarixli qərarının ksero surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(103)- 2588/2013 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-732/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iş üzrə “məhkəmə-əmətəəşünaslıq” ekspertizası təyin olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının mübahisələndirdiyi Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” M 010/06/22 saylı hesabatı ilə "xxxx"nin ƏEM/M12-259/23 saylı, xx.xx.2023-cü il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatı üzrə ziddiyyət təşkil edir. Belə ki, 13 iyun 2022-ci il tarixli qiymətləndirmə hesabatında mənzilin xx.xx.2022-ci il tarixə olan real bazar qiyməti 118000 manat təşkil etdiyi göstərildiyi halda, xx.xx.2023-cü il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatda mənzilin bazar qiyməti 170000 manat, likvid dəyəri 165000 manat təşkil etdiyi göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, Cavabdeh MMC-nin 25 iyun 2021-ci il tarixli 099/21 saylı əmlakın qiymətləndirilməsi haqqında hesabatı ləğv edilərək yenidən müstəqil qiymətləndirmə keçirilməsi, əmlakın hazırki bazar və likvid qiymətini təmin edərək qiymətləndirici dəvət edilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin üzərinə qoyulmalıdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 41.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanunun 41.4-cü maddəsinə əsasən, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Həmin Qanunun 42.1-ci maddəsində qeyd olunmuşdur ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli “Əmlakın qiymətləndirilməsi haqqında” M 010/06/22 saylı Hesabatının nəticələri ləğv edilməli və yenidən müstəqil qiymətləndirmə keçirilməsi, daşınmaz əmlakın bazar və likvid qiymətini təmin edərək qiymətləndirici dəvət edilməsi öhdəliyinin Yasamal rayon İcra Şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən, MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli “Əmlakın qiymətləndirilməsi haqqında” M 010/06/22 saylı Hesabatının nəticələri ləğv edilsin və yenidən müstəqil qiymətləndirmə keçirilməsi, daşınmaz əmlakın bazar və likvid qiymətini təmin edərək qiymətləndirici dəvət edilməsi öhdəliyinin Yasamal rayon İcra Şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar