Məhkəmə qərarları › İş №2(057)-671/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-671/2024

17.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-671/2024 17.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1983-cü il təvəllüdlü X9 və oğlu xx.xx.1990-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə anadan olmuşdur. xx.xx.1981-ci ildə X12 ilə nikaha daxil olmuşdur. X6 xx.xx.2023-cü ildə vəfat etmişdir. Birgə nikahdan olan xx.xx.1983-cü il təvəllüdlü X9 və xx.xx.1990-cı il təvəllüdlü X7 ilə birlikdə yaşayırlar. Hər iki övladı eşitmə qabiliyyətlərinin itirilməsi, tetraparez hiperkinezlər və əqli inkişafdan qalmaqla dərin kəmağıllılıq xəstəsidir. Təqdim edilmiş sənədlərdən də, göründüyü kimi X7 90 faiz orqanizm funksiyaları pozulduğu, eşitmə qabiliyyətlərinin itirilməsi, tetraparez hiperkinezlər və əqli inkişafdan qalmaqla dərin kəmağıllılıq üçün birinci qrup, X9 üçüncü qrup əlil kimi anadangəlmə lal-karlıq, eşitmə qabiliyyətlərinin itirilməsi, tetraparez hiperkinezlər və əqli inkişafdan qalmaqla dərin kəmağıllılıq xəstəsi olduqları sübuta yetirilir. X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxarışında birinci qrup ömürlük əlil hesab edilmişdir. X3, X2 qəyyumu olduğu üçün 100 (bir yüz) manat qəyyumluq pulu almışdır. X8 ölümündən sonra bu pul X2 qəyyumu olduğu üçün onun tərəfindən alınmasını istəyir. Buna görə də, o hər iki övladı fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilmədiyi üçün bir çox idarələrə və sair orqanlara müraciət edərkən, ona düşən qəyyumluq puluna görə olan bank kartını əldə etmək istəyərkən çox çətinliklərlə üzləşir. Ona görə də, qızı xx.xx.1983-cü il təvəllüdlü X9 və oğlu xx.xx.1990-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X12 ilə birgə nikahından Xəyalə və Şəhriyar adlı 2 uşağı var. X6 xx.xx.2023-cü ildə vəfat etmişdir. Oğlu Vidadi danışmır, özünü idarə edə bilmir. Qızı Xəyalə isə əsəbi halda olur. Özü evdar qadındır. Ona görə də, məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan X15 Şəhadətnamənin ksero surətindən görünür ki, X12 ilə X13 arasında nikah 24 oktyabr 1981-ci il tarixdə Azərbaycan SSR Salyan rayon VVAQ Şöbəsində bağlanmışdır. İş materiallarında olan X10 ksero surətindən görünür ki, X9 05 yanvar 1983-cü ildə Salyan şəhərində doğulmuş, X3, anası Ərizəçidır. İş materiallarında olan X10 ksero surətindən görünür ki, X7 03 iyul 1990-cı ildə Salyan şəhərində doğulmuş, X3, anası Ərizəçidır. İş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosisl Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və ona anadangəlmə lal-karlıq diaqnozu təyin edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosisl Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə qiymətləndirilmiş və ona USİ-nin qalıq əlamətləri.Tetraparez hiperkinezlər və əqli inkişafdan qalmaqla dərin kəmağıllılıq diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X11” X22 xx.xx.2024-cü il tarixli 1619 saylı rəyi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, X4 təqdim olunmuş sənədlərə əsasən anadangəlmə lal-karlıq qeyd edilir. Anadangəlmə lal-karlıq əqli geriliklə müşayiət olunmadığı halda şəxsin öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətindən məhrum etmir. Mülki işdə təqdim olunmuş sənədlərə əsasən X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X11” X22 xx.xx.2024-cü il tarixli 1620 saylı rəyi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasına dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, xx.xx.1990-cı il təvəllüdlü X7 öz hərəkətləri üzərində nəzarəti həyata keçirə bilmir. Evdə nəzarətsiz qalması X2 həyatı üçün təhlükəlidir. Buna görə də, onun üzərində qəyyum təyin olunması zəruridir. Odur ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1620 saylı rəyi ilə X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1619 saylı rəyi ilə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas olmaması nəticəsinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə, Ərizəçi oğlu X7 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar