Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-678/2023 12.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı əsassız hesablanmış borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1267,86 manat əsassız borcun silinməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 101 ünvanında yerləşən fərdi yaşayış evi uzun illərdir ki, onun istifadəsindədir. Həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Elektrik enerjisindən istifadəyə görə qəbzlər əsasında müntəzəm olaraq ödənişlər etmişdir. Sayğac işlək vəziyyətdə olmuş, plombu isə heç bir müdaxiləyə məruz qalmamışdır. Yaxın günlərdə onun elektrik enerjisindən istifadəyə görə 1267,86 manat borcu olduğunu bildirmişlər. Ona 2015-ci ilə qədər olan borc hesablanmışdır. Həmin borc əsassızdır. Özü 15 oktyabr 2022ci il tarixdə sayğacın avtomatının dəyişdirilməsi üçün müraciət etmiş, lakin sayğacı da dəyişən zaman ona borcu olduğunu bildirmişlər. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında verdiyi əlavə ərizəsində iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş "xxxx" ASC-nin müştəri xidmətləri idarəsinin rəisi Mahir Abdullayev tərəfindən Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 101 ünvanında yaşayan İddiaçı ünvanlanmış 24 yanvar 2023-cü il tarixli müraciətin araşdırılmasına dair məktubdan görünür ki, **********43 saylı abunə kodu üzrə obyektin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, xx.xx.2023-cü il tarixinə yaranmış 1267,86 manat məbləğində borcun istehlak edilmiş elektrik enerjinin dəyəri olduğu müəyyən edilmişdir. Elektrik enerji sərfiyyatına görə yaranmış borcun hissə-hissə ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə obyektdə yeni smart tipli sayğac quraşdırılmışdır. Məhkəmədə elan olunmuş 31 yanvar 2023-cü il tarixli abunə haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli akta əsasən 1948,40 manat borc hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, İddiaçı abonent kimi borc 2015-ci ilə qədər yaranmışdır.Cavabdeh təşkilat həmin vaxtdan sonrakı 3 il ərzində qeyd olunan məbləği tələb etməmiş və 14 dekabr 2022-ci ildə smart tipli sayğac quraşdırıldıqdan sonrakı müddətlərdə abonentdən tutulmalar olmuşdur.Göründüyü kimi cavabdeh təşkilat qanunda qeyd olunmuş iddia müddətini ötürmüşdür.Belə olan halda iddiaçıdan həmin məbləğ tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində qeyd olunmuşdur ki, ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375.1-ci maddəsində qeyd olunmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin tərəfindən abonent İddiaçı hesablanmış 1267,86 manat əsassız borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-678/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-678/2023
12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver