Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-710/2023 12.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X44 qızının katibliyi, Ərizəçi X9, Ərizəçinin nümayəndəsi Ərizəçi iştirakı ilə Ərizəçi Cənnətova (Səlimova) Cəmalə Əlipənah qız (maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs6) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X35 məhkəməyə ərizə ilə müraciət edərək, Salyan rayon Aqrar İslahat Komissiyasının 11 avqust 2001-ci il tarixli, 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Salyan rayonu, İ Varlı kəndinin ərazisində onların mülkiyyətinə verilmiş 5,81 hektar çöl torpaq sahəsi verilməsi “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN- 0135 nömrəli, Kod 80904017 olan Dövlət Aktının onlara məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 11 avqust 2001-ci il tarixli, 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Salyan rayonu, İ Varlı kəndinin ərazisində ailə üzvlərinə 5,81 hektar çöl torpaq sahəsi verilmişdir. Bu barədə ailə üzvlərinə “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-0135 nömrəli, Kod 80904017 nömrəli akt verilmişdir. Onlara məxsus “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-0135 nömrəli, Kod 80904017 nömrəli dövlət aktında qızı X10 adı səhvən “X23”, X24 ata adı səhvən “X25” kimi yazılmışdır. Bu səhvləri aradan qaldırmaq üçün yerli icra hakimiyyəti orqanının yerli qurumlarına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı 13 saylı Ərazi İdarəsinin Salyan şöbəsinə müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir. O, bu məsələ ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə ona izah etmişdir ki, Salyan Rayon Məhkəməsinə müraciət etməlidir.X3 Sarvan Abasxan oğlu ilə rəsmi nikaha daxil olmuş, Məmmədova soyadını, X5 Coşğun Abid oğlu ilə rəsmi nikaha daxil olmuş, Zayıdova soyadını, digər qızı X4 Anar Qabil oğlu ilə rəsmi nikaha daxil olmuş və Cənnətova soyadını qəbul etmişdir. X12 25 noyabr 2000-ci il tarixdə ölmüşdür. Onun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məqsədi həmin daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına aldırmaq olmuşdur. Lakin həmin sənədlərdə səhvlərin olması onların hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə “əsl olmayan iddiaçının əsl olan iddiaçı ilə əvəz etmək haqqında” ərizə təqdim edərək göstərmişdir ki, “mən Salyan rayon Aqrar İslahat Komissiyasının 11 avqust 2001-ci il tarixli, 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Salyan rayonu, İ Varlı kəndinin ərazisində onların mülkiyyətinə verilmiş 5,81 hektar çöl torpaq sahəsi verilməsi “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-0135 nömrəli, Kod 80904017 olan Dövlət Aktının onlara məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən xahiş etmişdir ki, hazırda özünün iddiaçı olmadığını və özünün əsl iddiaçı olan qızı Cənnətova (Səlimova) Cəmalə Əlipənah qızı ilə əvəz edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 13 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cənnətova (Səlimova) Cəmalə Əlipənah qızı bildirmişdir ki, adı Cəmalə olmasına baxmayaraq dövlət aktında adı Cəmilə olaraq qeyd edilmişdir. Həmin torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. O, ailə qurmuş və hazırda başqa ünvanda yaşayır. Məqsədi torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına aldırmaqdır. Lakin həmin sənədlərdə səhvlərin olması onun hüquqlarını mədudlaşdırır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Ərizəçi göstərmişdir ki, Cəmalə onun qızıdı. Dövlət aktında qızı Cəmalənin adı yanlışlıqla Cəmilə olaraq göstərilmişdir. X36 isə onun anasıdır. Anasının adı, soyadı düzgün yazılsa da ata adı onun adı Əlipənah kimi qeyd olunmuşdur. X49 24 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin və ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş “Torpağa Mülkiyyət Hüququna dair” JN-0135 nömrəli, KOD 80904017 nömrəli Dövlət aktının surətindən görünür ki, 5.81 ha torpaq sahəsi X20, Maraqlı şəxs1, Maraqlı şəxs2, X19, Maraqlı şəxs3, X33, X30, X11 adlarına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X26 xx.xx.1986cı il tarixdə doğulmuşdur. İş materiallarında olan 25 noyabr 2000-ci il tarixli X27 surətindən görünür ki, X36 24 noyabr 2000-ci il tarixdə, Salyan rayonu, Birinci Varlı kəndində vəfat etmişdir. İş materiallarında olan Salyan rayonu Varlı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən 23 noyabr 1998-ci il tarixdə verilmiş AZ-İ seriyalı, Vİİ-JQ 346966 nömrəli X32 Şəhadətnamənin surətindən görünür ki, X29 ilə X19 arasında 23 noyabr 1998-ci il tarixdə nikah bağlanmış, həmin tarixdən X32 akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Salyan rayonu Qarabağlı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən 01 dekabr 2005-ci il tarixdə verilmiş 209416 nömrəli X22 surətindən görünür ki, X42 ilə X33 arasında 01 dekabr 2005-ci il tarixdə nikah bağlanmış, həmin tarixdən X32 akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Zayıdova soyadı verilmişdir. İş materialında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0135 nömrəli, Kod 80904017 nömrəli Dövlət aktının surətindən görünür ki, X10 adı səhvən “X23”, X24 ata adı səhvən “X25” kimi qeyd edilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 1864/2023 saylı qərardadından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “dövlət aktında X6 yazıldığı üçün X13 göstərilərək mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 11 avqust 2001-ci il tarixli, 03 saylı qərarı ilə “Torpağa Mülkiyyət Hüququna dair” JN -0135 nömrəli, KOD 80904017 olan dövlət aktında X10 adı səhvən “X23”, X24 ata adı səhvən “X25” qeyd edilmişdir. Ərizəçi həmin sənədə düzəlişi başqa qaydada edə bilmədiyi üçün məhkəməyə müraciət teməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin Qərarın 6.3-cü bəndinə əsasən, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 11 avqust 2001-ci il tarixli, 03 saylı qərarı ilə “Torpağa Mülkiyyət Hüququna dair” JN -0135 nömrəli, KOD 80904017 olan dövlət aktında texniki səhvə yol verilmiş, X26 əvəzinə X23 və X36 əvəzinə X7 qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, ərizəçiyə məxsus X28, Şəxsiyyət Vəsiqəsində və Şəxsiyyət Vəsiqəsində ad, soyad və ata adı X8 qeyd olunduğundan və dövlət aktında texniki səhvə yol verildiyindən Salyan rayon Aqrar İslahat Komissiyasının 11 avqust 2001-ci il tarixli, 03 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-0135 seriyalı, KOD 80904017 nömrəli X1 məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, X36 24 noyabr 2000-ci il tarixdə vəfat etdiyindən və X27 surətindən görünür ki, adı, soyadı və ata adı X13 qeyd olunduğundan və dövlət aktında texniki səhvə yol verildiyindən Salyan rayon Aqrar İslahat Komissiyasının 11 avqust 2001-ci il tarixli, 03 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-0135 seriyalı, KOD 80904017 nömrəli X2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 307-311 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilisin. Salyan rayon Aqrar İslahat Komissiyasının 11 avqust 2001-ci il tarixli, 03 saylı qərarı ilə “Torpağa Mülkiyyət Haqqına dair” JN-0135 nömrəli, KOD 80904017 olan dövlət aktının X15 və X31 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-710/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-710/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver