Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-771/2025 16.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanı) xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızları-xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı-xx.xx.2003-cü il təvəllüdlü X6 təqdim edilmiş sənədlərdən də göründüyü kimi orqanizm funksiyaları pozulduğu üçün birinci qrup əlil kimi “Davranışın digər pozuntusu, ağır əqli gerlik, davranış qüsuru ilə” xəstədir. Digər qızı-xx.xx.2005-ci il təvəllüdlü X7 da təqdim edilmiş sənədlərdəndə göründüyü kimi orqanizm funksiyaları pozulduğu üçün ikinci dərəcəli əlil kimi Əsas diaqnoz “F71.1 qulluq ve müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik İQ=40%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq qüsuru ilə” xəstədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxarışında xx.xx.2003-cü il təvəllüdlü X6 birinci qrup ömürlük əlil hesab edilmişdir və xx.xx.2005-ci il təvəllüdlü X7 ikinci qrup ömürlük əlil hesab edilmişdir. Qızları-xx.xx.2003cü il təvəllüdlü X2 və xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi üçün Salyan rayon Məhkəməsi Maştağa Psixiatriya Xəstəxanasına rəy verilməsinə görə məktub göndərilmişdir. Həmin məktuba əsasən X1 rəy alınması üçün qızlarımın xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2005-ci il təvəllüdlü X3 gətirilməsini xahiş edilmişdir. Onlar ağır və yatağ xəstəsi olduğları üçün və maddı imkanları olmadııqlarına görə həmin çağırışa qızlarını apara bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verərək bildirdi ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, X6 “Davranışın digər pozuntusu, ağır əqli gerlik, davranış qüsuru ilə xəstədir, müddətsiz olaraq birinci dərəcəli əlil və əmək qabiliyyətsiz hesab olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, X7 “F71.1 qulluq ve müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik İQ=40%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq qüsuru ilə” xəstədir, müddətsiz olaraq ikinci dərəcəli əlil və əmək qabiliyyətsiz hesab olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə Qaradağ rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə Qaradağ rayonunda anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Abasov X4 Məngülə Vaqif qızı ilə 17 fevral 2000-ci ildə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin P.H.Ş-nin xx.xx.2025-ci il tarixli 1222 saylı ekspert rəyindən görünür ki, X6 onda qeyd olunan ağır dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin P.H.Ş-nin xx.xx.2025-ci il tarixli 1223 saylı ekspert rəyindən görünür ki, Abasova SəlmiMaarif qızı onda qeyd olunan ağır dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X6 və X7 müvafiq olaraq 1-ci və 2-ci qrup əlildirlər. Ərizə üzrə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X6 və X7 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi qızları olduğundan, onların fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X6 və X3 öz hərəkətlərinin mənasını başa düşməmələri və öz hərəkətlərinə rəhbərlik edə bilməmələri ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X6 və X7 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiklərindən və onları idarə etmək iqtidarında olmadıqlarından, onların fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Qətnamə fəaliyyət qabiliyyəti olmayan xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-771/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-771/2025
16.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver