Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-774/2023 24.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “X1 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 031172 saylı akt əsasında əsassız hesablanmış 1013.97 manat borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “X1 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 031172 saylı akt əsasında əsassız hesablanmış 1013.97 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin 07 fevral 2023-cü il tarixli, № 031172 saylı akt əsasında əsassız hesablanmış 1013.97 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********01204 abonent kodu ilə X1 edir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən məlumatı olmadan, əsassız 031172 saylı akt yazılmış və buna görə də, 1013.97 (bir min on üç manat doxsan yeddi qəpik) manat cərimə borcu yaranmışdır. Aktda yazılıb ki, sayğacın sıxaclar qutusu yanaraq sıradan çıxmış, kənar xətt aşkar edilmişdir. Akt tərtib edilmiş və həmin aktın tərtibində iştirakı təmin edilməyib və ona rəsmi məlumat verilməmişdir. Sayğaca onun tərəfindən nəzarət olunur və açıq sahədə sayğac quraşdırılmışdır. Hər 15 gündən bir nəzarətçi sayğaca baxış keçirərək bildiriş təqdim etmiş və onun tərəfindən mütəmadi olaraq ödənişlər edilmişdir. Gələn bildirişlər əsasında da istifadə edilən elektrik enerfisinin dəyərini ödəyir. Aktda göstərilən tamamilə əsassızdır. Elektrik enerjisi istifadəsinə görə borcu olmayıb. İstifadə edilən enerjinin pulunu daim vaxtında ödəmişdir. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, sayğac işləmədiyi üçün yenisi ilə əvəz olunduğunu, sayğaca əlavə xətt qoşulmadığını bildirmişdir. İş üzrə cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC və etibarnamə əsasında nümayəndə Elşad Quliyev tərəfindən məhkəməyə yazılı etiraz və video çəkilişin əks olduğu “DVD” disk təqdim olunaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin X3 qrupunun əməkdaşları tərəfindən elektrik enerijisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində hesabat sayğacının elektrik enerjisini qeyd etmədiyini və abonentin kənar xətt vasitəsi ilə X1 edildiyi aşkar olunmuşdur. Buna əsasən də “X1 Qaydaları” nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə akt tərtib olunmuş və 1005 (bir min beş) manat 66 qəpik dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Bu zaman müvafiq videoçəkiliş aparılmış və həqiqətəndə müəyyən olunmuşdur ki, abonentin sayğacı elektrik enerjisini qeyd etmir və abonent birbaşa X1 edir. Daha sonra da aparılmış araşdırma zamanı məlum olmuşdur ki, abonent İddiaçı yaşayış evində 2019-cu il tarixdə də eyni pozuntu halı aşkarlanmış və ona EEİQ-nın pozulması barədə akt tərtib olunmuşdur. Həmin akt məhkəmədə mübahisələndirilmiş və silinərək hesabatdan çıxarılmışdır. Bu hal da onu göstərir ki, abonent İddiaçı istədiyi vaxt kənar xətt vasitəsilə X1 edir və bunun ödənişindən yayınmaq məqsədi ilə məhkəməyə müraciət edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı evin sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacın sıxaclar qutusu yanaraq sıradan çıxmış, abonentin evi sayğacdan kənar enerji ilə qidalanır. İş materiallarına olan DVD diskə baxış keçirilmiş, video çəkilişə baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın giriş xətti ayrılmış, xətt boşdadır, kənar xətt aşkar edilmiş və sayğacın alt hissəsi yanaraq sıradan çıxmışır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanındakı mənzil X1yə görə hesablanmış 1013.97 manat borc var, onun 1005.66 manat borc X1 qaydalarının pozulması nəticəsində hesablanmış borc, qalan hissəsi, yəni 8.31 manat istehlak nəticəsində yaranmış borc təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı ümumilikdə 1013.97 manat borcun silinməli olduğunu iddia etsə də, qeyd edilən məbləğin 8.31 manat hissəsi istehlak nəticəsində yaranmış borcdur. Qeyd edilən borcun 8.31 manat hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı (istehlakçı) tərəfindən enerji istifadə edilməsi nəticəsində yarandığından həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında quraşdırılmış sayğacın giriş xətti ayrılmış, xətt boşdadır, kənar xətt aşkar edilmiş və sayğacın alt hissəsi yanaraq sıradan çıxdığı üçün akt tərtib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş saldodan müəyyən olunur ki, iddiaçı tərəfindən X1 nəticəsində 2,8 kvs x 24 saat x 0.7 əmsal x 30 gün = 1411.2 kvt; 200 kvt x 0,08 qəpik = 16 manat, 100 kvt x 0.09 qəpik = 9 manat, 111.2 kvat x 0.13 qəpik = 144.50 manat, ümumilikdə 169.5 manat X1yə görə pul ödənilməlidir. Beləliklə, bütün qeyd edilənləri nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmaqla, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 saylı evə hesablanmış 836,16 manat borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.34-cü bəninə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 saylı evə (abonent kodu **********01204) hesablanmış 836,16 (səkkiz yüz otuz altı manat on altı qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 30 manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-774/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-774/2023
24.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver