Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-813/2025 12.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mediator X10 tərəfindən təsdiq edilmiş ******* saylı, xx.xx.2025-ci il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mediator tərəfindən xx.xx.2025-ci ildə onunla Maraqlı şəxs arasında barışıq sazişi təsdiq edilmişdir: “Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər uşağa 18 yaşına çatana qədər, 2025-ci il yanvar ayından 100 manat olmaqla, cəmi 200 manat olmaqla, ana Ərizəçi aliment ödəməyi öhdəsinə götürür. Ərizəçi Maraqlı şəxs ilə razılığa gəlirlərki, aliment 2025ci ilin yanvar ayından Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs oğlu öz üzərinə götürür. Aliment hər ayın ilk on günlüyündə Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 2025-ci ilin yanvar ayı üçün nəzərdə tutulmuş aliment ödənişini xx.xx.2025-ci il tarixdə ödəməyi Maraqlı şəxs öhdəsinə götürür. Qarşılıqlı razılığa əsasən Maraqlı şəxs Ərizəçi qeyd olunan kimi aliment ödənilməsinə etiraz etməmişdir. 200 manat mediasiya üçün tərəfimdən rüsum ödənilmişdir”. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2025-ci il tarixdə alimenti ödəyəcəyi gün keçməsinə baxmayaraq barışıq sazişi könüllü icra edilməmişdir. Onlar ayrı yaşayırlar və uşaqlarının saxlanılması üçün aliment ona ödənilməlidir. Barışıq Sazişinin şərtlərinə və göstərilənlərə görə də, gələcəkdə alimentin vaxtında davamlı ödənilməsi üçün saziş məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, barışıq sazişinin şərtləri ilə razıdır. 2023-cü il tarixdən uşaqları ilə yaşayırlar. Ailənin bərpa olunması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirmişdir ki, barışıq sazişinin şərtləri ilə razıdır. Neçə dəfə ərizəçi ilə barışıb ailə münasibətlərini bərpa etməyə çalışsa da, o razılaşmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icrasından imtina edilməsinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Maraqlı şəxs tərəfindən sazişin şərtlərinə əməl edilməməsi aşkardır. Məhkəmə bildirir ki, hazırki mülki iş üzrə sazişin prosessual baxımdan etibarlılığı halları yoxlanılır. Əgər sözügedən saziş etibarlı deyildir ki, kateqoriya olaraq əhəmiyyətsiz (puç) deyil, mübahisələndirilən əqd nöqteyi-nəzərdən etibarsız hesab edilə bilər ki (aldatma əsası ilə), bu xüsusatın hazırki ərizəyə baxılması çərçivəsində (10 gün) araşdırılmaslı mümkün deyildir. Hazırki icraatda məhz sazişin prosessual baxımdan təsdiq edilməsi xüsusatı yoxlanılır. Lakin, həmin sazişin etibarsızlığının ayrıca icraat qaydasında mübahisələndirilməsi yolveriləndir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər uşağa 18 yaşına çatana qədər, 2025-ci il yanvar ayından 100 manat olmaqla, cəmi 200 manat olmaqla, ana Ərizəçi aliment ödəməyi öhdəsinə götürür.Tərəflər Ərizəçi Maraqlı şəxs ilə razılığa gəlirlərki, aliment 2025-ci ilin yanvar ayından Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs oğlu öz üzərinə götürür. Aliment hər ayın ilk on günlüyündə Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 2025-ci ilin yanvar ayı üçün nəzərdə tutulmuş aliment ödənişini xx.xx.2025ci il tarixdə ödəməyi Maraqlı şəxs öhdəsinə götürmüşdür. X2 ksero surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 doğulmuşdur. X6 Şəhadətnamənin ksero surətindən görünür ki, Maraqlı şəxs ilə X4 nikahları Salyan Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Əhmədova soyadı verilmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. MPM-in 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında “Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər uşağa 18 yaşına çatana qədər, 2025-ci il yanvar ayından 100 manat olmaqla, cəmi 200 manat olmaqla, ana Ərizəçi aliment ödəməyi öhdəsinə götürür. Tərəflər Ərizəçi Maraqlı şəxs ilə razılığa gəlirlərki, aliment 2025-ci ilin yanvar ayından Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs oğlu öz üzərinə götürür. Aliment hər ayın ilk on günlüyündə Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 2025-ci ilin yanvar ayı üçün nəzərdə tutulmuş aliment ödənişini xx.xx.2025-ci il tarixdə ödəməyi Maraqlı şəxs öhdəsinə götürür” barədə razılıq əldə edilmişdir. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişini məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin materialları müəyyən edilir ki, sözü gedən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X5 MPM-in 305.1.17ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi - “Maraqlı şəxs - xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün, 18 yaşına çatana qədər, 2025-ci ilin yanvar ayından 100 manat olmaqla, cəmi 200 manat alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür. Tərəflər Ərizəçi ilə Maraqlı şəxs razılığa gəlirlər ki, aliment 2025-ci ilin yanvar ayından Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs oğlu öz üzərinə götürür. Aliment hər ayın ilk on günlüyündə Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 2025-ci ilin yanvar ayı üçün nəzərdə tutulmuş aliment ödənişini xx.xx.2025-ci il tarixdə ödəməyi Maraqlı şəxs öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi:
1. “Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 18 yaşına çatana qədər, 2025-ci il yanvar ayından 100 manat olmaqla, cəmi 200 manat alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür.
2. Tərəflər Ərizəçi Maraqlı şəxs ilə razılığa gəlirlərki, aliment 2025-ci ilin yanvar ayından Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs oğlu öz üzərinə götürür. Aliment hər ayın ilk on günlüyündə Maraqlı şəxs tərəfindən ödəniləcəkdir.
3. 2025-ci ilin yanvar ayı üçün nəzərdə tutulmuş aliment ödənişini xx.xx.2025-ci il tarixdə ödəməyi Maraqlı şəxs öhdəsinə götürür” hissəsində təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ənnağı Məmmədli