Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-836/2024 13.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “X3” X8 İstismar İdarəsinə qarşı “aktın ləğv edilməsi, akt əsasında əsassız hesablanmış cərimənin silinməsi və qaz sayğacının qaz paylayıcının hesabına quraşdırılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, akt əsasında əsassız hesablanmış cərimənin silinməsi və qaz sayğacının qaz paylayıcının hesabına quraşdırılması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Salyan X7 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş 17 may 2018-ci il tarixli, ******* saylı və 18 yanvar 2019-cu il tarixli ******* saylı aktın ləğv edilməsi, akt əsasında hesablanmış 972 manat cərimənin silinməsi və qaz sayğacının qaz paylayıcının hesabına quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X8 İstismar İdarəsinin Salyan xidmət sahəsinin nümayəndələri tərəfindən evdə yaşayış olmadığı halda 2018-ci ilin may ayında və xx.xx.2019-cu il tarixində xx.xx.1994-cu ildə vəfat etmiş nənəsi X1 cərimə yazılmışdır.Evə aid saldodan görünür ki, 2010-cu ildə sayğac göstəricisi 53 kub, 2012-ci ildə isə 153 kub olduğu qeyd olunmuşdur. 2 il ərzində 100 kub qaz işlədilməsi sübut edir ki, evdə yaşayış olmamış, faktiki 100 kubda qazdan istifadə olunmayıb, sonra yaşayış olmayan evə xx.xx.2016-ci ildə sayğac quraşdırılmış, saldoda Sayğac quraşdırıldığı tarixdən üzərində 0 kub göstərilmişdir. Qeyd olunan sayğac küçədə qurulsada bu günə kimi yeri boşdur, sayğacın quraşdırılıb quraşdırılmamağından belə xəbərləri olmamış, nə vaxt kim tərəfindən açılmasıda onlara məlum deyil. Ölüm kağızından görünür ki, nənəsi 1994 cu ildə, atası 5-6 il yataq xəstəliyindən sonra 2018-ci ildə vəfat etmişdir. Şəhərin mərkəzi küçəsində quraşdırılan qaz sayğacını qaz idarəsindən başqa heç kim götürə bilməz, sayğac quraşdırılan vaxtıda evdə yaşayış olmamışdır. Onlar Bakı şəhərində yaşamışlar, atası X6 xx.xx.2018-ci ildə vəfat etmişdir. Akt 2018 və 2019 cu illərdə yazılmış akt 1994-cü ildə vəfat etmiş nənəsi Babayeva Minəxanımın adına yazılmış imza yerində isə atası vəfat etməyinə baxmayaraq atasının adı yazılmış qarşısındanda imtina etdi qeyd edilmişdir.2018-ci ildə tərtib edilmiş, aktda rezin birləşmə qeyd edilmiş, 2019-cu ildə yazılan aktda sayğaca viziual müdaxilə qeyd edilmişdir. Aktlarda qeyd olunanlar ziddiyyət təşkil edir. Evdə yaşayış olmadığı üçün nə istəyiblər onuda yazıldığını bildirmişdir.Bu günə kimi də evdə qaz sayğacı olmayıb, qaz xətti kəsikdir. Evdə yaşayış olsaydı qazla bağlı müraciət olunardı. 2018-ci ildən bəri qaza olan borclarına görə onlara qarşı qaz idarəsi tərəfindən heç bir tələb və iddia olmamışdır. Yazılmış cərimə tam qanunsuz və əsassızdır. Anası ilə Babası və atasının yurduna köçüb yaşamaq istəyir, anası xəstədir. Ancaq yalandan yaşayış olmayan evə yazılmış qanunsuz cəriməyə görə evlərində qaz yandıra bilmirlər, onların təqdim etdikləri aktda təbii qazdan qeyri-qanuni istifadə edildiyi göstərilmişdir. Ona görə də, Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 may 2018-ci il tarixli, ******* saylı və 18 yanvar 2019-cu il tarixli ******* saylı aktın ləğv edilməsi, akt əsasında hesablanmış 972 manat cəriməni silinməsi və qaz sayğacının qaz paylayıcının hesabına quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək , iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassəz olduğundan rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 may 2018-ci il tarixli, № ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar rezin boru vasitəsi ilə təbbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar olunmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 yanvar 2019-cu il tarixli, № ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar xətt aşkar olunmuşdur. xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə,istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunumşdur. Qaz işlədicilərindən PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, RP maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. 1.2x6x90=648m3, 0.8x18x90=1296m3 Abonent nömrəsi **********00000 olan Babayev Minəxanımın adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 777,60 manat borcu vardır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 13 iyul 1994-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində qeyd olunmuşdur ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsində qeyd olunmuşdur ki, Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5-ci maddəsində göstərilmişdir ki, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Göründüyü kim, iddiaçının hərəkətləri ilə baş vermiş nəticə arasında birbaşa səbəbli əlaqə mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində nəzərdə tutulur ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı “X3” X8 İstismar İdarəsinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Azəriqaz” X5 X7 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş 17 may 2018-ci il tarixli, ******* saylı və 18 yanvar 2019-cu il tarixli ******* saylı aktın ləğv edilməsi, akt əsasında hesablanmış 972 manat cərimənin silinməsi və qaz sayğacının qaz paylayıcının hesabına quraşdırılması tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-836/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-836/2024
13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver