Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-84/2023 01.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh, X3 və X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh, X3, X5 və X2 qarşı payların müəyyən edilməsi və naturada ayrılması tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X3, X5 və X2 qarşı payların müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə ünvanladığını qeyd edərək, cavabdehlərlə razılığa gəldikləri üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə cavabdehlər Cavabdeh, X3 və X5 mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə baxışının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iş üzrə digər cavabdeh X4 və üçüncü şəxslər məhkəmə hazırlıq iclasına gəlməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanması barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114,170, 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh, X3, X5 və X2 qarşı payların müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Hakim Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-84/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-84/2023
01.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver