Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-857/2025 14.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, X2 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 tərəfindən xx.xx.2025-ci ildə Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi təsdiq etməklə xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 hər ay 2025-ci ilin Yanvar ayından etibarən Maraqlı şəxs Ərizəçi hər iki uşağın 18 yaşına çatanadək saxlanılması üçün hər birinə 100 manat olmaqla, cəmi 200 manat ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs alimenti ödəmir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindəki öhdəlikləri könüllü icra edilməmişdir. Odur ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə X2 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; X2 tərəfindən xx.xx.2025-ci il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişindən görünür ki,
1. Birinci tərəf: Maraqlı şəxs xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər uşağa 18 yaşına çatana qədər, 2025-ci ilin yanvar ayından 100 manat olmaqla, cəmi 200 manat olmaqla ana Ərizəçi ödəməyi öhdəsinə götürür.
2. İkinci tərəf: Ərizəçi və Maraqlı şəxs razılığa gəlirlər ki, aliment 2025-ci ilin yanvar ayından başlayaraq hesablanacaqdır. Aliment hər ayın ilk on günlüyündə Maraqlı şəxs tərəfindən ödəniləcəkdir.
3. İkinci tərəf: 2025-ci ilin yanvar ayı üçün nəzərdə tutulmuş aliment ödənişini xx.xx.2025-ci il tarixdə ödəməyi Maraqlı şəxs öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2025-ci ildə Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi təsdiq edilməklə xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 hər ay 2025-ci ilin Yanvar ayından etibarən Maraqlı şəxs Ərizəçi hər iki uşağın 18 yaşına çatanadək saxlanılması üçün hər birinə 100 manat olmaqla, cəmi 200 manat ödənilməsi barədə razılığa gəlmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindəki öhdəlikləri könüllü icra etmədiyi üçün hazırda ərizəçi bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin materiallarından müəyyən edilir ki, sözü gedən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs qızı arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Birinci tərəf: Maraqlı şəxs xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər uşağa 18 yaşına çatana qədər, 2025-ci ilin yanvar ayından 100 manat olmaqla, cəmi 200 manat olmaqla ana aliment Ərizəçi ödəməyi öhdəsinə götürür.
2. İkinci tərəf: Ərizəçi və Maraqlı şəxs razılığa gəlirlər ki, aliment 2025-ci ilin yanvar ayından başlayaraq hesablanacaqdır. Aliment hər ayın ilk on günlüyündə Maraqlı şəxs tərəfindən ödəniləcəkdir.
3. İkinci tərəf: 2025-ci ilin yanvar ayı üçün nəzərdə tutulmuş aliment ödənişini xx.xx.2025-ci il tarixdə ödəməyi Maraqlı şəxs öhdəsinə götürür. Alimentin tutulması vaxtı xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vəsilə Əliyeva