Məhkəmə qərarları › İş №2(057)-86/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-86/2023

10.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-86/2023 10.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X18 qızının katibliyi, İddiaçı qızının, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh, Cavabdehin nümayəndəsi vəkil X14 iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı Salyan rayonu, Qızılağac kəndində yerləşən 0.45 ha həyətyanı torpaq sahəsində olan payın naturada ayrılması və onun üzərində olan fərdi yaşayış evinə köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı qızının Cavabdeh qarşı Salyan rayonu, Qızılağac kəndində yerləşən 0.45 ha həyətyanı torpaq sahəsində olan payın naturada ayrılması və onun üzərində olan fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan rayonu, Qızılağac kəndində yerləşən birgə mülkiyyətlərində olan JN - 0245 saylı xx.xx.1998-ci il tarixli Dövlət Aktı əsasında 0.45 ha həyətyanı torpaq sahəsi olan payının naturada ayrılması və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X2 xx.xx.2020-ci il tarixdə ayrılmışdır. xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı 2 uşaqları var. Övladları ilə birlikdə Salyan rayonu, Qızılağac kəndində qeydiyyatdadırlar. 4 ailə üzvü ilə Salyan rayonu, Qızılağac kəndində yerləşən birgə mülkiyyətlərində olan JN - 0245 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.45 ha həyətyanı torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi vardır. Həmin əmlaka faktiki olaraq cavabdeh (atası və analığı) tərəfindən təzyiqlərə, hədələrinə görə evə gedə bilməmiş və mülkiyyət hüququndan istifadə edə bilməmişdir. Həmin əmlak paylı mülkiyyətdədir. Salyan rayonu, Qızılağac kəndində yerləşən birgə mülkiyyətlərində olan JN – 0245 saylı xx.xx.1998-ci il tarixli Dövlət Aktı əsasında 0.45 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən evdə olan payının ayrılması və ya onun dəyərinin ona ödənilməsi və onun həmin evə və torpaq sahəsinə mülkiyyət hüququnun olduğunu nəzərə almaqla yaşayış hüququnun təmin edilməsini cavabdehdən xx.xx.2022-ci il tarixli müraciəti ilə xahiş etmişdir. Lakin, yenədə heç bir nəticəsi olmamışdır. Himayəsində 2 azyaşlı uşağın olduğundan və onların da hüquqlarının müdafiəsinin onun üzərinə düşdüyünü bildirmişdir. Cavabdehə göndərdiyi pretenziya məktubunda əmlaklarda birgə mülkiyyətçi olduqları üçün üstünlük hüququnun olduğu nəzərə alınmaqla payının ayrılması və evə köçməsi təklif olunmuşdur. xx.xx.2022ci il tarixdə cavabdeh şəxsən təklifini almışdır. Amma bu günə qədər heç bir cavab verməmişdir. Odur ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən birgə mülkiyyətlərində olan JN-0245 saylı xx.xx.1998-ci il tarixdə verilmiş Dövlət Aktı əsasında 0.45 ha həyətyanı torpaq sahəsi olan payının naturada ayrılması və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddianı müdafiə edərək bildirdi ki, başqa yerdən torpaq sahəsi istəmir. Onun öz torpağı var və orada özünə ev tikəcəyini bildirmişdir. Atası ona sahib çıxmamışdır. İki ildir ki, boşanmışlar və ərinə məxsus evin bir otağında 2 uşağı ilə birlikdə yaşayır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda İddiaçı qızı məhkəməyə ərizə təqdim edərək, iş üzrə keçirilmiş məhkəmə ekspertizasında müəyyən edilmiş natura bölgüsündə olan 5 saylı payın ayrılmasını istədiyini və bu tələb nəzərə alınmaqla iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qızının nümayəndəsi və vəkili X16 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, Xəyalə onun qızıdır, o, haradan istəyirsə oradan ona torpaq ala bilər. Xəyalə onunla bir evdə yaşamaq istəsə ona da etiraz etməyəcəkdir. Yaşadığı evin arxa tərəfindən yerləşən torpaq sahəsində, mütəxəssis rəyində göstərilən 1 saylı hissədən torpağın naturada ayrılmasına etiraz etmir. 5 saylı hissədə əkin əkildiyi üçün oradan torpaq ayrılmasına etiraz edir. Eyni zamanda Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək iddianı qismən qəbul etdiyini, ekspert rəyində 5 yerə bölünən torpaq sahəsindən 1-ci hissəsinin iddiaçıya verilməsini və iddiaçının mülkiyyətində olan evə köçürülməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X24 cavabdehin izahatında göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin, cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı qızının adında 4 ailə üzvü ilə Salyan rayonu, Qızılağac kəndində yerləşən birgə mülkiyyətlərində olan JN - 0245 saylı xx.xx.1998-ci il tarixli Dövlət Aktına əsasən 0.45 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan X13 Şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı qızı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020-ci ilin may ayının 07 günündə 39 № ilə qeyd edilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışdan görünür ki, X9 ilə İddiaçı qızının birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan X22 Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi 29 aprel 2022-ci il tarixli, 357 nömrəli arayışdan görünür ki, Salyan rayonu, Qızılağac kənd sakini Cavabdeh qızı İddiaçı qızı 2006-cı il tarixində həmkəndlisi X9 ilə ailə həyatı qurmuş 2020ci ilin mayın 7-də nikahları pozulmuşdur. Nikahlarının pozulmasına baxmayaraq halhazırda bir yerdə yaşayırlar. İş materiallarında olan JN-0245 KOD 80907018 torpağın mülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, Cavabdeh, X12, X4, X10, X3 ümumi mülkiyyətlərində olan Salyan Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli, 11 saylı qərarı əsasında Salyan rayonu, Qızılağac kəndində yerləşən 0.45 ha torpaq sahəsi olmuşdur. İş materiallarında olan Salyan rayonu, Qızılağac Bələdiyyəsinin sədri B.Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 73 nömrəli arayışdan görünür ki, Salyan rayonunun, Qızılağac Bələdiyyəsinin hüdudları daxilində yerləşən Qızılağac kəndi ərazisində həyətyanı torpaq sahəsinin 100 kv.metri 100 manata təklif edilir. Məhkəmə tərəfindən iş üzrə torpaqşunaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN - 0245 saylı Dövlət Aktında göstərilən 0.45 ha həyətyanı torpaq sahəsinin 5 nəfərdən ibarət mülkiyyətçisi mövcuddur, mülkiyyətçilər İddiaçı qızı, Cavabdeh və digər ailə üzvləridir. JN - 0245 saylı Dövlət Aktında göstərilən 0.45 ha həyətyanı torpaq sahəsinin hər bir mülkiyyətçiyə 0.09 ha (900 kv.m) olmaqla 5 bərabər hissəyə bölünməsi mümkündür və təklif olunan bölgü rəqəmlərlə bölünərək yerquruluşu sxemində göstərilmişdir. Mülkiyyətçilərin öz razılıqları əsasında bölgü sxemində göstərilən paylardan biri ilə iddiaçının payının fərdi yaşayış evinin qarşı hissəsindən verilməsi mümkündür. Belə olan halda məhkəmə mütəxəssis rəyi və yerquruluşu planına uyğun olaraq qeyd edir ki, hazırda iddiaçının iddiası təmin edilməlidir. Belə ki, Qızılağac kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN - 0245 saylı Dövlət Aktında göstərilən 0.45 ha həyətyanı torpaq sahəsinin 5 (beş) bərabər hissəyə bölünməsi mümkündür və bölgü sxemində 5 saylı torpaq sahəsi iddiaçının istifadəsinə verilməklə, - 1, 2, 3 və 4 saylı torpaq sahələrin isə cavabdehin istifadəsində saxlamaqla naturada bölünməsi texniki cəhətdən mümkündür. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN - 0245 saylı Dövlət Aktında göstərilən 0.45 ha həyətyanı torpaq sahəsi 5 nəfərdən ibarət mülkiyyətçisi mövcuddur, mülkiyyətçilər sırasında İddiaçı qızı və Cavabdeh da var. Həmin torpaq sahəsinin üzərində 4 otaqlı fərdi yaşayış evi var. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin mühəndisləri tərəfindən ərazidə müayinə baxışı aparılmış, yeni bölgü sxemi hazırlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya bölgü sxemində göstərilən 1 saylı hissənin verilməsinə etiraz etmədiyini qeyd etsə də, əslində 1 saylı hissədə olan torpaq sahəsinin üzərində cavabdehə məxsus 2 ədəd tövlə var. 1 saylı sahəsi iddiaçının istifadəsinə verilmiş olsa həmin tövlələr də iddiaçıya verilmiş olur. 2 saylı sahədə isə fərdi yaşayış evi yerləşir, 3 və 4 saylı sahələrdən hər hansı bir iddiaçıya verilmiş olsa digər torpaq sahələri ilə olan sərhət pozulacaqdır. Ona görə də, lakin cavabdeh tövlələrin iddiaçıya verilməsinə etiraz edir. Lakin, bölgü sxemində olan 5 saylı hissədə hər hansı bir tikili mövcud deyil və gələcəkdə iddiaçı həmin sahədə fərdi yaşayış evi tikə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X11 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərclər 95 manat pul Cavabdeh alınıb İddiaçı qızına verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Salyan rayonu, Qızılağac kəndində yerləşən JN - 0245 saylı xx.xx.1998-ci il tarixli Dövlət Aktı əsasən 0.45 ha torpaq sahəsinin, bölgü sxemində göstərilən 5 saylı sahə kimi göstərilmiş 0.09 ha (900 kv.m) torpaq sahəsi İddiaçı qızının istifadəsinə verilsin və bölgü sxemindəki vəziyyətə uyğun olaraq naturada bölünsün. Salyan rayonu, Qızılağac kəndində yerləşən JN - 0245 saylı xx.xx.1998-ci ildə verilmiş Dövlət Aktı əsasında 0.45 ha həyətyanı torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə köçürülsün. İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat Cavabdeh alınıb İddiaçı qızına verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar