Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-860/2025 26.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon Nəsimi kənd icra nümayəndəliyi tərəfdən tərtib edilmiş xx.xx.1960-cı il tarixli 22 nömrəli doğum haqqında akt qeydinin ona məxsus olunmasının müəyyən edilməsi, anası X14 və X16 ilə nikahı haqqında Biləsuvar rayon Nəsimi kənd icra nümayəndəliyi tərəfdən tərtib edilmiş xx.xx.1969-cü il tarixli 09 nömrəli akt qeydində nikahdan sonra və doğum haqqında akt qeydində soyadının Şirvanovadan Bayramovaya dəyişiklik edilməsi və X9 onun atası olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxx 1959-cu ildə Biləsuvar rayon Nəsimi kəndində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində adında Mirkamıl və doğum haqqında şəhadətnamədə Mirkamil yazıldığı üçün dəyişməyə görə Biləsuvar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və ona imtina məktubu verilmişdir. Məktubda göstərilmişdir ki, Biləsuvar rayon Qeydiyyat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli doğum haqqında təkrar şəhadətnamənin istənilməsi, doğum haqqında akt qeydinizdə və valideynlərinizin nikah haqqında akt qeydində anası X1 Şirvanovadan Bayramovaya dəyişiklik edilməsi və barəsində atalığın müəyyən edilməsi haqqında ərizəsinə baxılmışdır. Şəxsiyyət vəsiqəsi ilə doğum haqqında akt qeydi arasında ziddiyyət aşkar olunduğu üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Belə ki, şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı Ərizəçi, doğum haqqında akt qeydində isə X10 qeyd edilmişdir. Anası X2 doğum haqqında akt qeydində və X17 ilə nikah haqqında akt qeydində nikahdan əvvəl və sonra Şirvanova qeyd edilmişdir. Göstərilən hallar mövcud olmadığına görə ərizəsinin icrası mümkün olmamışdır. Odur ki, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Biləsuvar rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə Biləsuvar rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 dekabr 2012-ci il tarixli arayışdan görünür ki, X16 ilə X3 rayonu Nəsimi kənd icra nümayəndəliyində 28 avqust 1969-cu ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra kişiyə “Bayramova”, qadına “Şirvanova” soyadı verilmişdir. Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, X11 xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. Valideynləri ata qrafasında X18, ana qrafasında X5 qeyd olunmuşdur. Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 13 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, doğum haqqında təkrar şəhadətnamənin istənilməsi, doğum haqqında akt qeydinizdə və valideynlərinizin nikahı naqqında akt qeydində ananız X1 Şirvanovadan Bayramovaya dəyişiklik edilməsi və barənizdə atalığın müəyyən edilməsi haqqında ərizəsinə baxılmış, şəxsiyyət vəsiqəsi ilə doğum haqqında akt qeydiniz arasında ziddiyyət aşkar olunduğu üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Belə ki, şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı Ərizəçi, doğum haqqında akt qeydində isə X11 qeyd edilmişdir. Anası X2 doğum haqqında akt qeydində və X16 ilə nikahı haqqında akt qeydində nkahdan əvvəl və sonra Şirvanova qeyd edilmişdir. Göstərilən hallar mövcud olmadığına görə ərizənin icrası mümkün olmamışdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Azərbaycan Respublikası, Puşkin rayonu, Novotroyskiy kəndində anadan olmuşdur. Hərbi biletin surətindən görünür ki, X12 xx.xx.1959-cu il tarixdə Azərbaycan Respublikası, Puşkin rayonu, Novotroyskiy kəndində anadan olmuşdur. Salyan rayon İHB-nın Xalac kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Salyan rayonun Xalac kəndində yaşayır. 406945 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə ölmüşdür. 406946 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə ölmüşdür. 68074 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. Valideynləri ata qrafasında X16, ana qrafasında X5 qeyd olunmuşdur. xx.xx.2001-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 31 mart 1998-ci il tarixli 04 saylı qərarı ilə 0.25 ha torpaq sahəsi X7 verilmişdir. Sürücülük vəsiqəsinin surətindən görünür ki, Ərizəçi DİN BDYPİ Salyan Asan xidməti tərəfindən BC905846 seriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi şəxsiyyət vəsiqəsində adında Mirkamıl və doğum haqqında şəhadətnamədə Mirkamil yazıldığı üçün dəyişilməsinə görə Biləsuvar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və ona imtina məktubu verilmişdir. Şəxsiyyət vəsiqəsi ilə doğum haqqında akt qeydi arasında ziddiyyət aşkar olunduğu üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Belə ki, şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı Ərizəçi, doğum haqqında akt qeydində isə X10 qeyd edilmişdir. Anası X2 doğum haqqında akt qeydində və X17 ilə nikah haqqında akt qeydində nikahdan əvvəl və sonra Şirvanova qeyd edilmişdir. Məhkəmə iddia tələbinin birinci və ikinici hissəsinə münasibətdə qeyd edir ki, Məhkəmə ərizəçinin ərizədə göstərdiyi tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 6.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüq müəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 6.3-cü bəndinə əsasən, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Odur ki, ərizəçinin tələbinin bu hissəsi əsassız olduğu üçün yol verilməzdir. Məhkəmə iddia tələbinin üçüncü hissəsinə münasibətdə isə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi X12 xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. X16 onun atası olsa da, bu barədə Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda və şəxsə məxsus olan doğum haqqında şəhadətnamədə fərqli qeyd yazılmışdır. Belə ki, Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda atası haqqında məlumat ananın deməsinə görə X18, doğum haqqında şəhadətnamədə isə ata qrafasında X16 qeyd edilmişdir. Ərizəçi ilə mərhum Şahlar Bayramov arasında olan qohumluq faktı, yəni ərizəçinin həmin şəxsin oğlu olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X9 ərizəçi X6 atası olması faktı müəyyən olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. xx.xx.2008-ci il tarixdə vəfat etmiş X16 ilə ərizəçi X12 arasındakı qohumluq münasibətləri, yəni mərhum X9 ərizəçi X6 atası olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-860/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-860/2025
26.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver