Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-917/2023 08.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “Lizinq Müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “Lizinq Müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 avqust 2021-ci il tarixli, MAS-4164 saylı “Daxili Lizinq” Müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 dekabr 2022-ci il tarixə 454.41 manat gecikdirilmiş əsas, 438.21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 322.97 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 170 manat, ümumilikdə 1385.59 manat borc və ödənilmiş 33.86 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2021-ci il tarixli MAS-4164 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322873 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 08 dekabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 170 manat təşkil edir. Eyni zamanda Cavabdeh 07 avqust 2021-ci il tarixli MAS- 4164 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 dekabr 2022-ci il tarixə ümumilikdə 1215.59 manat gecikmə borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 07 avqust 2021-ci il tarixli MAS-4164 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 dekabr 2022-ci il tarixə 454.41 manat gecikdirilmiş əsas, 438.21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 322.97 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 170 manat, ümumilikdə 1385.59 manat borc və ödənilmiş 33.86 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2021-ci il tarixli MAS-4164 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 dekabr 2022-ci il tarixə 454.41 manat gecikdirilmiş əsas, 438.21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 322.97 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 170 manat, inzibati xəta haqqında protokola görə ödənilmiş 336 manat ümumilikdə 1721.59 manat borc və ödənilmiş 37.22 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək mülki işə iştirakları olmadan baxılmasını xahiş etmiş, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh idda tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı MMC-dən “Khazar SD” minik markalı avtomaşını 17.000 (on yeddi min) manata almışdır. Avtomobili həyat yoldaşı idarə edərək ailəsinin maddi ehtiyaclarını ödəmişdir. Müqavilənin şərtlərinə əsasən illik 24.5 faiz hesablanmaqla 48 ay müddətinə hər ayda 447,15 manat İddiaçı MMC-yə ödəməli və ilkin ödəniş kimi onlara 4.000 manat ödəmişdir. O, maşını aldıqdan sonra maşında müəyyən qüsurlar, nasazlıqların olduğu müəyyən edilmiş və nəticədə maşının mühərriki nasaz vəziyyətə düşmüşdür. Maşında yaranmış çatışmamazlıq və mühərrikin nasaz vəziyyəti barədə dərhal İddiaçı MMC-yə mobil telefonla məlumat vermişdir. Oradan ona bildirmişlər ki, mühərrikin nasazdırsa təmir etdir sonra öz aramızda razılığa gələrik. Maşının mühərrikini təmir etdirmək məqsədilə o, “Kapital Bank”-ın Salyan filialından 1500 manat kredit götürərək maşının mühərrikini təmir etdirmişdir. Bütün aralarında olan razılıqlara baxmayaraq iddiaçı onu əsassız olaraq 300 manat cərimə etmiş və maşını alıb öz dayanacaqlarına yerləşdirmişlər. Avtomobil əllərindən alındığı üçün heç bir gəlirləri olmamışdır. Ona görə də pulu ödəyə bilməmişdir. Onlara bildirmişlər ki, gecikmiş ayın borcunu və 300 manat cəriməni ödədikdən və növbəti ay üçün 447 man krediti ödəyəndən sonra avtomobili apara bilərlər. Əlavə olaraq Cavabdeh məhkəməyə poçt vasitəsi ilə etiraz ərizəsi təqdim edərək İddiaçı MMC-in ona qarşı verdiyi iddianı əsassız və ədalətsiz hesab etdiyindən həmin iddianı qəbul etmədiyini və İddiaçı MMC öz iddiasında israrlıdırsa və maşını ona qaytarmaq istəmirsə onda onlardan ilkin ödəniş kimi ödədiyi 4.000 (dörd min) manat pulun, 15 ay hər ayda onlara 447.20 manat ödədiyi pul olmaqla ümumilikdə 6750 (altı min yeddi yüz əlli) manat pulun və maşının təmiri üçün ödədiyi 1500 (bir min beş yüz) manat pulun onlardan tutulmasını xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialında olan 07 avqust 2021-ci il tarixli, MAS-4164 saylı X1 surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış X2 əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322873 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, lizinqverən lizinq alanın sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu Lizinq müqaviləsinin əsas məbləği 1700 manat təşkil edir. Lizinq Alan bu müqavilə imzalandığı gün 3400 manat məbləğində lizinq ödənişini öz öhdəsinə götürür. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən Lizinq verənə ödənilir. İş materialında olan xx.xx.2021-ci il tarixli MAS-4164 saylı X2 1 saylı əlavədən görünür ki, “Khazar SD” minik markalı, NVAW01HHFME3228733 ban nömrəli, ağ rəngli avtomobilin dəyəri 17000 manat təşkil edir. Məhkəmədə elan olunmuş 07 avqust 2021-ci il tarixli MAS-4164 saylı X2 3 saylı Əlavədən görünür ki, Cavabdeh 3400 manat ilkin ödəniş və illik 24.5 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ 447.15 manat olmaqla, ümumilikdə isə 17000 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərmaş MMC servis xidməti tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, avtomobilə dəymiş ziyan 170 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 454.41 manat gecikdirilmiş əsas, 438.21 manat gecikdirilmiş mükafat və 322.97 manat cərimə borcu olmaqla, cəmi 1215.59 manat borcu var. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh lizinq obyektinə dəymiş ziyanı ödəməsini və yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq qaydada məsuliyyət daşıdıqları bildirilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi - Elektron xidmətlər portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə əldə olunmuş məlumatdan görünür ki, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 VƏ xx.xx.2023-cü il tarixlərində törədilmiş inzibati xətalara görə, xx.xx.2023-cü il tarixdə X5 vasitəsi ilə ayrıayrılıqda DİN-nin BDYPİ-(cərimə) 8 ədəd olmaqla mədaxil qəbzi ilə, cəmi 336 manat pul ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək qeyd edir ki, cavabdeh iddiaçı təşkilatdan lizinq müqaviləsi əsasında “Khazar SD” minik markalı, NVAW01HHFME322873 ban nömrəli, ağ rəngli avtomobil götürmüş, lakin daxili lizinq müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, sonradan avtomobili iddiaçıya qaytarsa da, avtomobilə 170 manat ziyan dəymişdir. Ona görə də, lizinq obyektinin sahibi avtomobili cavabdehin sahibliyindən geri götürərək dəymiş zərəri və lizinq obyektinin cavabdehin sahibliyinə olan müddət üçün nəzərdə tutulmuş ödənişi haqlı olaraq tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, lizinq alan Cavabdeh 07 avqust 2021-ci il tarixli MAS-4164 saylı X7 müqaviləsi üzrə, öz öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC ilə Cavabdeh 07 avqust 2021-ci il tarixli MAS-4164 saylı X2 əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 dekabr 2022-ci il tarixə 454.41 manat gecikdirilmiş əsas, 438.21 manat gecikdirilmiş mükafat, avtomobilə dəymiş zərərə görə 170 manat, inzibati xəta nəticəsində qəbul edilən qərarlara əsasən 336 manat məbləğində inzibati cərimə hissədə iddia tələbi əsaslıdır. Bununla belə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 10 manat məbləğinə qədər azaldılmalıdır. Törədilmiş inzibati xətalara görə ödənilən cərimə məbləğini müzakirə edən məhkəmə ilki olaraq onu qeyd edir ki, cavabdehin sahibliyində və istifadəsində olan zaman inzibati xəta törədilmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu ödəməmiş, nəticədə iddiaçıya (lizinq verənə) inzibati cəriməni ödəməyə məcbur qalmıdır. İddiaçı inzibati xəta nəticəsində 336 manat məbləğində inzibati cərimə ödəmiş və həmin həcmdə olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 37.22 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 26.20 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı MMC ilə Cavabdeh 07 avqust 2021-ci il tarixli MAS-4164 saylı X2 əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 dekabr 2022-ci il tarixə 454.41 manat gecikdirilmiş əsas, 438.21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 10 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı avtomobilə dəymiş zərərə görə 170 manat, inzibati xətaya görə 336 manat, ümumilikdə 1408.62 manat borc və ödənilmiş 34.40 manat dövlət rüsumu alınıb İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 avqust 2021-ci il tarixli MAS-4164 saylı X2 əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 dekabr 2022-ci il tarixə 454.41 manat gecikdirilmiş əsas, 438.21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 10 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 170 manat, inzibati xətaya görə 336 manat, ümumilikdə 1408.62 manat borc və ödənilmiş 34.40 manat dövlət rüsumu əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-917/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-917/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver