Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-950/2025 29.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, İddiaçı 1972-ci ildə Səlyan rayonunda anadan olmuşdur. Bakı şəhəri X4 Əhmədov küçəsi 41, mənzil 14 hansı ki, Akkord Şirkətlər qrupuna daxildir, o da 60.90 m2, 1 otaqlı mənzil almışdır. Mənzil onun adına olub, o mülkiyyətçi olmuşdur. Səhətiylə əlaqədar olaraq işsizdır, qərara gəlmişdir ki, oğlu Cavabdeh evi bağışlama yolu ilə onun adına keçirsin. Lakin oğluyla danışıqları o oldu ki, onu saxlamaq şərti ilə. Ona görə də, xx.xx.2024-cü ildə Bakı şəhəri Notariat kontorunda oğluyla bağışlanma müqaviləsi bağladılar. Bir müddət keçdikdən sonra oğlunun ona olan münasibəti dəyişdi, ona baxmadılar, evin açarını dəyişdilər və onu evə buraxmadılar. Hal hazırda o qardaşının evində və dostlarının evində yaşayır. Evə getdikdə onun paltarlarını ona vermədilər, ona görə də o Bakı şəhəri 3 nömrəli mediasiya təşkilatına müraciət etdi, heç bir razılıq olmadı və o məcbur olub məhkəməyə müraciət etdi. O qan azlığından əziyyət çəkir ağır xəstəsidir, oğlu onun xəstəliyini nəzərə almadan evə buraxmır. Odur ki, onunla oğlu arasında bağlanılmış “bağışlama müqaviləsi”, hansı ki, 14 saylı Notariat kontorunda bağlanılmışdır. Bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qərar qəbul edib, qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yaşayış massivi, ev 41B, mənzil 14 (yeni qaydalarla: AZ 1070, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50 kv/m olan mənzil əvvəlcə onun mülkiyyətində olmuşdur. O, həmin evi oğlu Cavabdeh bağışlamaq istəmiş və bununla bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət etmişlər. Hazırda həmin mənzilə dair oğlu tərəfindən çıxarış alınmış və ailəsi onu həmin evə buraxmadığı üçün bağışlama müqaviləsinin etibarsız hesab olunmasını və evin yenidən özünə qaytarılmasını istəyir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabadeh Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, mübahisəli mənzil hazırda onun xüsusi mülkiyyətindədir. Atası ilə aralarında müəyyən söz-söhbətlər olduğu üçün atası ona qarşı iddia qaldırmışdır. Həmin mübahisəli mənzildə hazırda o öz anası və ailəsi ilə birlikdə yaşayır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri 14 saylı notariat ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, notarius Elmar Əliyev məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş Mənzil Sertifikatı (AMS N 004051) və ona əlavə olunmuş xx.xx.2024-cü il tarixli indossament vərəqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən mənzil əvvəlcə İddiaçı mülkiyyətində olmuş, sonradan isə İddiaçı mənzil sertifikatı üzrə öz tələblərini Cavabdeh ötürmüşdür. İddiaçı imzasının həqiqiliyi Maraqlı şəxs notariusu X1 tərəfindən təsdiq edilmişdir. X2 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin inşa etdiyi ünvan 2 ünvanında yerləşən “Etalon” yaşayış kompleksində, blok B1, mənzil 14-ün xx.xx.2024-cü il tarixinədək şirkətə olan kommunal borcunu tam olaraq ödəmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yaşayış massivi, ev 41B, mənzil 14 (yeni qaydalarla: AZ 1070, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 50 kv/m olan mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yaşayış massivi, ev 41B, mənzil 14 (yeni qaydalarla: AZ 1070, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 50 kv/m olan mənzil əvvəlcə İddiaçı adına yaşayış üçün istifadə məqsədilə verilmiş, bu əsasda onun adına müvafiq çıxarış sənədi tərtib olunmuşdur. Daha sonra, 2024-cü ildə İddiaçı mənzilə dair tələb hüququnu indossament yolu ilə oğluna güzəşt etmişdir ki, bu da təqdim edilən mənzil sertifikatı və ona əlavə edilmiş hüquqi sənədlərlə təsdiq olunur. İddiaçı hazırda məhkəməyə müraciət edərək 14 saylı notariat kontorunda baölanmış bağışlama müqaviləsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istinad edilən mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.vsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.337.1. maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, İddiaçı müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsə də, o, öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, İddiaçı tərəfindən belə bir müqavilə sübut qismində məhkəməyə təqdim olunmamış, o, ərizəsində və izahatında həmin sübutun indossament vərəqəsi olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən etibarsız sayılması tələb olunan “müqavilə” iş materiallarında təqdim olunmamışdır. İş materiallarında yalnız mənzil sertifikatı və ona əlavə edilmiş 28 mart 2024-cü il tarixli indossament vərəqəsi mövcuddur ki, bu sənəd tərəflər arasında hüquqi münasibətin mövcudluğunu müəyyən mənada göstərsə də, formal olaraq bağışlama müqaviləsinin yerini tutmur və Mülki Məcəllənin tələblərinə cavab vermədiyi üçün hüquqi cəhətdən bağışlama müqaviləsi hesab oluna bilməz. Bu baxımdan, iş üzrə “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbi əsassızdır, çünki belə bir müqavilə ümumiyyətlə mövcud olmamışdır. Azərbaysan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-950/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-950/2025
29.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver