Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-967/2025 08.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı, Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 1998-ci il tarixdə vəfat etmiş atası Maraqlı şəxs6 Pilağa oğlundan miras qalan Salyan rayonu, Şorsulu kəndində yerləşən, **********94-10301 saylı reyestr nömrəsi ilə qeydə alınmış fərdi yaşayış evinin torpaq sahəsinə qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhdaətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası Maraqlı şəxs6 Pilağa oğlu 11 iyun 1998-ci il tarixdə vəfat etmişdir. Salyan rayonu, Şorsulu kəndində yerləşən, **********9410301 saylı reyestr nömrəsi ilə qeyd alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində atasının payı vardır. Atasının payından qanun üzrə vərəsə kimi ona çatası payın müəyyən edilərək vərəsəlik şəhadətnaməsi almaq üçün Salyan Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmiş, lakin ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Hesab edir ki, 11 iyun 1998-ci il tarixdə vəfat etmiş atası Maraqlı şəxs6 Pilağa oğlundan miras qalan Salyan rayonu, Şorsulu kəndində yerləşən, **********94-10301 saylı reyestr nömrəsi ilə qeydə alınmış fərdi yaşayış evinin torpaq sahəsinə miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməlidir. Bu imtina tamamilə əsassızdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 iddiaya qarşı etiraz edərək öz payını istədiyini və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs4 da Maraqlı şəxs2 dediklərini bir daha təsdiq edərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 iddianı qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iş üzrə digər Maraqlı şəxs3 da iddianı qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin idarənin xüsusi notariusu X3 məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çox olması ilə əlaqədar məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iş üzrə digər Maraqlı şəxs5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə onun iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Ölüm haqqında şəhadətnamədən görünür ki, mərhum Maraqlı şəxs6 Pilağa oğlu 11 iyun 1998-ci il tarixdə vəfat etmişdir. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 may 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 1987-ci il tarixdə Salyan rayonu Şorsulu kəndində anadan olmuşdur. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 may 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 1954-cü il tarixdə Neftçala rayonu Xıllı qəsəbəsində anadan olmuşdur. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs6 Pilağa oğlu və X1 rayon Xıllı kənd icra nümayəndəliyində 19 noyabr 1973-cü il tarixdə nikaha daxil olmuş və bu barədə 18№-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu, Şorsulu kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs6 Pilağa oğlu, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adına rəsmiləşdirilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmiş 24 dekabr 1998-ci il tarixli ki, qərarı ilə Salyan rayonu,Şorsulu kəndində yerləşən 0.12 ha olan torpaq sahəsi Salyan rayonu Şorsulu kənd sakini Maraqlı şəxs1 və onun ailə üzvləri Maraqlı şəxs6 Pilağa oğlu, Maraqlı şəxs2, X6, Maraqlı şəxs7 Tofiq qızı və Maraqlı şəxs6 mülkiyyətinə verilmişdir. Salyan RİHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş 01 avqust 2024-cü il tarixli arayışdan görünür ki, onun atası Maraqlı şəxs6 Pilağa oğlu xx.xx.1998-ci ildə vəfat etmiş və onun Maraqlı şəxs1, İddiaçı, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs5 adlı vərəsələri qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh xüsusi notariusu X12 tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxs6 Pilağa oğlundan miras qalan əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı olunmuş müraciətdə qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyünə həmçinin vərəsələr arasında mübahisə olduğundan vərəsələrin qohumluq əlaqəsini təsdiq edən sənədlər olmadığı üçün vərəsəlik işini notariat qaydada rəsmiləşdirmək mümkün olmamış və vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Salyan rayonu, Şorsulu kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs6 Pilağa oğlu, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adına rəsmiləşdirilmişdir. İddiaçının atası Maraqlı şəxs6 Pilağa oğlu xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mərhumun oğlu, yəni iddiaçı öz əmisinin himayəsinə verilmiş, həmin evdə yaşamamışdır. Hazırda iddiaçı həmin evə mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 21 iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Nəzərə alınmalıdır ki, qanun üzrə vərəsəlik məcburilik əlamətinə malik olmadığından miras qoyan vəsiyyətnamə vasitəsi ilə qanun üzrə vərəsələrini (birinci növbə vərəsələr istisna olmaqla) vərəsəlikdən tam və ya qismən kənarlaşdırmaq səlahiyyətinə malikdir. Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə isə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Lakin qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin mirasda məcburi payın anlayışını müəyyən edən 1193-cü maddəsinə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 fevral tarixli Qərar). “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində qeyd edilir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə iddiaçı mərhum atası Maraqlı şəxs6 Pilağa oğlundan miras qalan əmlaka mülkiyyət hüququnun tanınmasını tələb etməsinə baxmayaraq, işdən görünür ki, iddiaçının atası X7 11 iyun 1998-ci ildə vəfat etmişdir. Həmin zaman, yəni mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan SSRİ Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən, iddia müddəti 3 il müəyyən edilmişdir. Hazırki işdə iddiaçı uşaq vaxtından əmisinin himayəsinə verilmiş, bu səbəbdən həmin hüququndan istifadə edə bilməmişdir. Lakin yetkinlik yaşına (18 yaş) çatdıqdan sonra hazırda qüvvədə olan Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən payla bağlı məhkəməyə müraciət etmək imkanı olsa da, bu hüququndan istifadə etməmişdir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya ondan imtina edilməsi ilə bağlı mübahisə maraqlı şəxs tərəfindən miras açıldıqdan sonra 2 ay ərzində qaldırıla bilər. Belə olan halda, iddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbini irəli sürə bilərdi ki, bu hal da məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı və maraqlı şəxslərin izahatları ilə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı uşaq ikən əmisinin himayəsinə verilmiş, o, mübahisəli mənzildə yaşamamış, hazırda da yaşamamaqdadır. Belə olan halda, iddiaçı tərəfindən həmin miras əmlakın faktiki qəbul edilməsindən söhbət gedə bilməz, həmçinin şəxs Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirası qəbul etmək hüququndan istifadə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-967/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-967/2025
08.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver