Məhkəmə qərarları › İş №2(057)-98/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-98/2024

26.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-98/2024 26.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi işirakı ilə Ərizəçi oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi 05 iyun 2005-ci il təvəllüdlü İ qrup əlil X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, 05 iyun 2005-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş X4 ömürlük İ qrup əlildir, onun əmək qabliyyəti yoxdur. Oğlu daun sindiromu psixi xəstədir, kənar şəxslərin himayəsi olmadan özünü idarə edə bilmir. Dəfəhələrlə müalicə olunmasına baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş məlumatlardan görünür ki, müddətsiz birinci dərəcəli əlil hesab edilmişdir və əmək əmək qabliyyətsizdir. Buna görədə bir çox idarələrə və sair orqanlara müraciət edərkən, ona düşən pensiyaya görə olan bank kartını əldə etmək istəyərkən çox şətinliklərlə üzləşir. Buna görədə məhkəmənin qətnamədsinin çıxarılmasına ehtiyac vardır. Odur ki, məhkəmədən oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə maraqlı şəxs Salyan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan hazırlıq iclasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş AZ-İ № 679149 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 iyun 2005-ci il tarixdə doğulmuş X4 Ərizəçi oğludur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 birinci dərəcə əlildir, orqanizmin funksiyası 85 faiz pozulmuşdur. Daun sindromu, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik və ciddi davranış pozuntuları diaqnozları qoyulmuş və əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.2000-ci il tarixli № 347477 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasındakı nikah xx.xx.2000-ci il tarixdə 10№-li qeydə əsasən rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli 3330 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X2 Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik müəyyən edilmişdir. X4 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 05 iyun 2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 05 iyun 2005-ci il təvəllüdlü İ qrup əlil X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar