Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-988/2023 06.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə aktın ləğv edilməsi və əsassız yazılmış cərimənin silinməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdeh "xxxx" ASC-nin 10 mart 2023-cü il tarixli 055171 saylı aktın ləğv edilməsi və əsassız yazılmış 1043 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Füzuli şəhəri, Sərdarov küçəsi, ev 98-də qeydiyyatda olsa da, Salyan rayonu, Həsənli kəndində yaşayır. Həmin kənddə yataq almışdır. Həmin fermaya məxsus işıq sayğacına gələn kommunal bildirişlər yatağın əvvəlki sahibinin adında qalmışdır.Yatağın əvvəlki sahibi X2 olmuşdur. 10 mart 2023-cü il tarixdə ona məxsus №**********8 nömrəli sayğacı yoxlanılmış və 055171 nömrəli akt tərtib edilmişdir. Həmin aktda elektrik sayğacının “0” xətti vasitəsi ilə dövrədən kənarlaşdırılaraq elektrik enerjisindən birbaşa istifadə edildiyi göstərilmişdir. Ona akt əsasında 1043 manat cərimə hesablanmış, həmin məbləğdən 111 manatını ödəmiş, lakin həmin 111 manatı tələb etmir. Sayğaca heç bir müdaxilə etməmişdir. Akt tərtib olunmamışdan əvvəl işığa görə heç bir borcu olmamışdır. Lakin cavabdehin əməkdaşları müəyyən maraqlar naminə qanunsuz akt tərtib etmişlər. Akt tərtib olunan zaman hal şahidləri olmamışdır. Tərtib olunmuş hazırkı akt əsassızdır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X3 iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli Azərişıq ASC tərəfindən tərtib olunmuş 055171 saylı aktdan görünür ki, EEİQ-na uyğun baxış keçirilən zaman abonentin sayğacı “0” xətti vasitəsi ilə dövrədən kənarlaşdıraraq, elektrik enerjisindən birbaşa istifadə etdiyi məlum olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “EEİQ”-nın pozulması barədə tərtib olunmuş aktın ləğv olunması və buna əsasən hesablanmış və düzgün olmayaraq göstərilmiş 1043 manat məbləğinin silinməsi barədə olan iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh təşkilat iddiaçının 1043 manat borcu olduğunu qeyd etmiş, lakin həmin borcun yaranma səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı qeyd olunan borcla razılaşmamış və məhkəməyə iddia ilə müraciət edərək həmin borcun silinməsini xahiş etmişdir. Cavabdeh təşkilat abonent barəsində elektrik enerjisindən istifadə qaydalarını pozması barədə akt tərtib edərkən abonentin iştirakı təmin edilməmiş və videogörüntü aparılmamışdır. Cavabdeh təşkilat iddiaçının hüquq pozuntusu törətməsi barədə məhkəməyə heç bir sübüt təqdim etməmiş, baş vermiş hüquq pozuntusunun nəticəsi ilə abonentin hərəkətləri arasında səbəbli əlaqənin olub olmaması müəyyən olunmamışdır. İddiaçı qeyd olunan pozuntunu etiraf etməmiş, lakin 111 manat ödədiyini və həmin məbləği tələb etmədiyini bildirmişdir. Ona görə də məhkəmə iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını daha əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.17-ci bəndində qeyd olunmuşdur ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin abonent kimi qeydiyyatda olan və kod nömrəsi **********22001 olan X2 barəsində tərtib etdiyi 10 mart 2023-cü il tarixli, 055171 nömrəli akt əsasında yazılmış 1043 manat borcdan 932 manatı silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-988/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-988/2023
06.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver