Məhkəmə qərarları › İş №2(058)-1037/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1037/2024

21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1037/2024 21.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, İsmayılova Günel İmamverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Samux Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli 04 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-479 saylı KOD 50705018 saylı Torpağa Mülkiyyət X1 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslanıdrılmışdır ki, ona və ailə üzvülərinin mülkiyyətinə Samux rayon ərazisindən 0,87 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN- 479 saylı KOD 50705018 saylı Torpağa Mülkiyyət Hüququna X27 verilmişdir. X8 adı və ata adı texniki olaraq “X9” kimi səhv yazılıb. Həmin sözügedən dövlət aktında buraxılmış səhvlərin düzəldilməsi ilə aidiyyatı təşkilatlara müraciət etsədə müraciəti əsasında yazılı olaraq ona məhkəməyə müraciət edilməsi izah olunu. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətrində qalmışdır. Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli 04 saylı qərarı ilə, JN-479 saylı KOD 50705018 saylı Torpağa Mülkiyyət Hüququna X24 əsasən Samux rayonu Qırmızı Samux kənd ərazisində olan 0.87 ha torpaq sahəsi ona və əri Ərizəçi məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, Ərizəçi onun yeznəsi, yəni bacısının əridir. Samux rayonu Qırmızı Samux kənd ərazisində olan 0.87 ha torpaq sahəsi onun bacısı Nuridə və bacısının əri Ərizəçi məxsusdur. Sözügedən mülkiyyət sənədində onun yeznəsi Ərizəçi ad və soyadı texniki olaraq səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Samux rayonu Qırmızı Samux kənd ərazisində olan 0.87 ha torpaq sahəsi Ərizəçi və onun arvadı Nuridə Zahirovaya məxsusdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: JN - 479 KOD 50705018 saylı torpağa mülkiyyət hüququna X22 surətindən görünür ki, Samux rayon Qırmızı Samux kəndində yerləşən 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Samux rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 04 saylı qərarı ilə X3 və X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2555/2024 nömrəli bildirişin surətindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunmadığından qeyd olunan düzəlişlərin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışından görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 04 saylı qərarı ilə verilmiş 0.87 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən kod JN 479 saylı, kod 50705018 saylı Dövlət Aktında mülkiyyətçilərdən X3 adının düzgün yazılışı Ərizəçi kimi olduğu qeyd olunmuşdur. АЗ №1225418 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1966-cı il tarixdə Xanlar rayonun Lüksemburq kəndində doğulmuş Ərizəçi atası X4, anası X5r Vİİ-ЖГ 268418 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 avqust 1980-ci il tarixdə Xanlar rayonun Lüksemburq kəndində doğulmuş X2 atası X12, anası X11r. Samux Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ № 403303 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X7 arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Zahirov arvada Zahirova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-479 saylı KOD 50705018 saylı torpağa mülkiyyət hüququna X27nda mülkiyyətçilərdən Ərizəçi adı səhvən “Mərdan”, ata adı isə “Astan” kimi göstərilmişdir. Həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməzlər, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Samux rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli 04 saylı qərarı ilə verilmiş, Samux rayonu Qırmızı Samux kəndində yerləşən 0.87 hektar torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən torpağa mülkiyyət hüququna dair JN - 479 KOD 50705018 saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216.2; 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli 04 saylı qərarı ilə verilmiş, Samux rayon Qırmızı Samux kənd ərazisində yerləşən 0.87 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən JN - 479 KOD 50705018 saylı mülkiyyət sənədinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar