Məhkəmə qərarları › İş №2(058)-1046/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1046/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1046/2024 03.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, Salmanova (Süleymanova) Aynurə Şükür qızının, İbrahimova (Süleymanova) Nuranə Şükür qızının və İddiaçı5, Cavabdehin nümayəndəsi – Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, Əhmədova (Süleymanova) Minayə Şükür qızının, Salmanova (Süleymanova) Aynurə Şükür qızının, İbrahimova (Süleymanova) Nuranə Şükür qızının və İddiaçı5 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, Əhmədova (Süleymanova) Minayə Şükür qızı, Salmanova (Süleymanova) Aynurə Şükür qızı, İbrahimova (Süleymanova) Nuranə Şükür qızı və İddiaçı5 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır və həmin ünvan Bakı şəhəri, Binəqədi rayon inzibati ərazi vahidinə aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, Salmanova (Süleymanova) Aynurə Şükür qızı, İbrahimova (Süleymanova) Nuranə Şükür qızı və İddiaçı5 mülki işin baxılması üçün Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı Əhmədova (Süleymanova) Minayə Şükür qızı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə mülki işə iddiaçı Əhmədova (Süleymanova) Minayə Şükür qızının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi – Vəkil mülki işin baxılması üçün Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına götürdüyü işi baxılmaq üçün başqa məhkəməyə verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.2.2 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı1, Əhmədova (Süleymanova) Minayə Şükür qızının, Salmanova (Süleymanova) Aynurə Şükür qızının, İbrahimova (Süleymanova) Nuranə Şükür qızının və İddiaçı5 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar