Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1061/2025 12.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-0286 KOD 50700001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, onların və ailə üzvlərinin mülkiyyətinə Samux rayon, Qarayeri qəsəbəsi ərazisindən 1.49 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0286 saylı KOD 50700001 saylı Torpağa Mülkiyyət Hüququna X28 verilmişdir. Həmin Dövlət aktında Ərizəçi1 ata adı texniki səhv yazılaraq “Ərizəçi1 İlyas qızı” kimi qeyd edilmişdir. Eyni zamanda Ərizəçi2 soyadı və ata adı texniki səhv olaraq “X7” kimi qeyd edilmişdir. Düzəlişlərin aparılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həmin ərizə və müvafiq sənədlər təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinin cavab məktubunda torpağın mülkiyyət sənədində olan mövcüd uyğunsuzluqları aradan qaldırılması məhkəmə qətnaməsi əsasında mümkün olduğu göstərilmişdir. Həmin imtina məktubuna əsasən torpağın mülkiyyət sənədində müvafiq düzəlişlərin aparılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də, sözügedən mülkiyyət sənədinin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, ərizəçilər onun qonşularıdır. Samux rayon X5 JN-286, kod-50700001 xx.xx.1997-ci il tarixli, 181 saylı qərarı ilə, Samux rayonu Şəmşəddin kəndində (Qarayeri qəsəbəsində) yerləşən 1.49 ha torpaq sahəsi Ərizəçi1 və Ərizəçi2 məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, Ərizəçi1 onun baldızıdır, Ərizəçi2 isə onun qardaşı qızıdır. Samux rayon X5 JN-286, kod-50700001 xx.xx.1997-ci il tarixli, 181 saylı qərarı ilə Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 1.49 ha torpaq sahəsi baldızı Ərizəçi1, Ərizəçi2 və onların digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Ərizəçi1 ata adı mülkiyyət sənədində texniki yanlışlıq olaraq İlyas kimi qeyd olunub, həmçinin Ərizəçi2 ata adı texniki yanlışlıq olaraq İlyas kimi göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirdi ki, Ərizəçi2 onun anası, Ərizəçi1 isə onun nənəsidir. Samux rayon X5 JN-286, kod-50700001 xx.xx.1997-ci il tarixli, 181 saylı qərarı ilə Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 1.49 ha torpaq sahəsi anası Ərizəçi2, nənəsi Ərizəçi1 və onların digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Nənəsi Ərizəçi1 ata adı mülkiyyət sənədində texniki yanlışlıq olaraq İlyas kimi, anası Ərizəçi2 ata adı texniki yanlışlıq olaraq İlyas olaraq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-5685/2025 nömrəli bildirişin surətindən görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan JN-0286 KOD 50700001 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 181 nömrəli qərarı ilə 1.49 hektar pay torpaq sahəsi X8, Ərizəçi1 İlyas qızının, X2, X9 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş İ-ИЕ № 986161 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-ci il tarixdə doğulmuşdur. X1, anası X10r. İş materiallarına əlavə edilmiş Vİİ ЖГ 267754 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 1980-ci il tarixdə doğulmuş X4 atası X14, anası Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş Vİ-ЖГ № 435761 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X12 arasında 15 noyabr 1999-cu il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-0286 KOD 50700001 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi1 ata adı İlyaz əvəzinə səhvən “İlyas” kimi, digər mülkiyyətçi Ərizəçi2 ata adı isə “İlyas” kimi göstərilmişdir. Həmin sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçilərə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Məhkəmə həmçinin qeyd edir ki, Ərizəçi2 soyadı nikahdan əvvəl Qurbanova olmuş, nikah bağlandıqdan sonra ona ərinin soyadı, yəni Muradova soyadı verilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-0286, KOD 50700001 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 181 nömrəli qərarına əsasən X8, Ərizəçi1 İlyas qızının, X2, X9 və X3 adına verilmiş JN-286 KOD 50700001 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1061/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1061/2025
12.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver