Məhkəmə qərarları › İş №2(058)-109/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-109/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-109/2024 09.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 qzının, İddiaçı3 və Məmmədova (İbrahimova) Yeganə Zilqəm qızının cavabdeh X2 və Samux Rayon Dövlət Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin müqavilədən irəli gələn hüququn dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər X2 və Samux Rayon Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdelə onlar arasında 1.35 ha torpaq sahəsinin alqı-satqısına dair Samux rayonu Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 4-Ə-44 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən verilmiş JN 733 Kod 507028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə göndərilən məhkəmə bildirişləri ona çatmadığından, daha sonra məhkəməyə cavabdehin öldüyünə dair məlumat daxil olduğundan məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin, X1 ölüm akt qeydinin olub-olmaması barədə Gəncə şəhər Qeydiyyat şöbəsinə ünvanladığı yazılı sorğusuna cavab olaraq Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən X1 ölüm haqqında arayışının surəti məhkəməyə göndərilmişdir. Sözügedən arayışdan məlum olmuşdur ki, X3 30 yanvar 2010-cu ildə ölmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçıların nümayəndəsi (vəkili) Vəkil bildirdilər ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehin öldüyündən xəbərsiz olmuşlar. Cavabdeh Samux rayon Notariat Ofisi tərəfindən məhkəməyə məktubla müraciət edilərək işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, ölüm haqqında arayışdan da göründüyü kimi, cavabdeh sözügedən iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatında olan ərəfədə deyil, iddia əriəzi ilə məhkəməyə müraciət edilməmişdən 13 il əvvəl ölmüşdür. Yəni iddia tələbi, verilən iddiaya görə cavabdehlik daşımaq iqtidarında olmayan şəxsə, yəni ölmüş şəxsə qarşı qaldırılmışdır. Hansı ki, iddia tələbinin qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələr daşımaq, məhkəmə iclasında iştirak etmək, həmçinin verilən iddiaya görə cavabdehlik daşımaq iqtidarında olamayan şəxsə qarşı qaldırılması yolverilməzdir. Belə olan halda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 46-cı maddəsinə əsasəntərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 266- 269-cu maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 qzının, İddiaçı3 və Məmmədova (İbrahimova) Yeganə Zilqəm qızının cavabdeh X2 və Samux Rayon Dövlət Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən verilmiş mülkiyyət sənədinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar