Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1093/2024 18.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, ərizəçi İddiaçı, Ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 yanvar 1990-cı il tarixdən 02 may 1994-cü il tarixədək X1 İdarəsində 5-ci dərəcəli rəngsaz vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 22 yanvar 1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Birinci dəfə işə qəbul olunduğu müəssisədə müxtəlif vaxtlarda fəhlə və rəngsaz vəzifələrində fəaliyyət göstərmişdir. 02 yanvar 1990-cı il tarixdən X1 İdarəsinə 5-ci dərəcə rəngsaz vəzifəsinə qəbul olunmuşdur. 02 may 1994-cü ildə səhhətiylə əlaqədar öz xahişi ilə işdən azad olunmuşdur. Tikinti-quraşdırma idarəsində işləməyinə baxmayaraq, o, 01 iyul 1991-ci il tarixdə Gəncə İxtisaslaşdırılmış təmirtikinti müəssisəsinə İB “Azəlvanmetalə” avadanlıqların təmiri üzrə 2-ci dərəcəli çilingər vəzifəsinə işə daxil olmuş və 2021-ci il 15 oktyabr tarixədək əmək fəaliyyətində olmuşdur. Ona görə də “Əmək pensiyaları” haqqından Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüquq verən təmirçi-çilingər peşəsində işlədiyi üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün sənədləri 2 saylı Gəncə regional (ASAN xidmətə Mərkəzinə müraciət etmişdir. Müraciətinə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında baxılmış və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtina edilmişdir. Səbəb olaraq 02 yanvar 1990-cı il tarixdən 02 may 1994-cü il tarixə qədər X1 İdarəsində 5-ci dərəcəli rəngsaz işləməyi faktına dair şübhələr yarandığını göstərmişlər. Belə bir qənaətə gəlməyi əsaslı və ədalətsiz hesab etmir. Çünki o, fəhlə kimi fəaliyyətdə olduğu bir idarənin möhürünün etibarlı olub, olmamasını necə bilməli idi? Həmin idarədə əmək fəaliyyətində olan şəxslər də vardır ki, onlar da onun 02 yanvar 1990-cı il tarixdən 02 may 1994-cü il tarixədək bu hüquqi əhəmiyyətli faktı təsdiq edə bilərlər. Bu şəxslər Samux rayonu, Kolayır kəndində yaşayan X3 və Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayan İsmayılov Sahib oğludur. Ona görə də onun 02 yanvar 1990-ci ildən 02 may 1994-cü il tarixləri arasındakı dövr ərzində işləməyi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Bu hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ona bir sıra hüquqi əməliyyatları həyata keçirmək və güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün lazımlıdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verərək həmçinin bildirdi ki, o, əmək kitabçasında qeyd olunan illərdə həm Aliminium zavodunda çilingər, həm də X1 İdarəsinə 5-ci dərəcə rəngsaz vəzifəsində çalışmışdır. Belə ki, hər iki müəssisədə yarımştat, yəni günün yarısına kimi bir idarədə, digər yarısında isə digər idarədə çalışmışdır. Hazırda güzəştli şərtlərlə pensiya təyini ilə bağlı müvafiq orqana müraciət edib, lakin əmək kitabçasında qeyd olunanlarda müəyyən ziddiyyətlərin olması əsası ilə ona pensiya təyin olunmasından imtina olunub. Ona görə də onun X1 İdarəsində 5-ci dərəcəli rəngsaz vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxsə məhkmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəçini dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: ИТ-İ № ******* nömrəli əmək kitabcasının surətindən görünür ki, İddiaçı 01 iyul 1991-ci il tarixdən Gəncə İxtisaslaşdırılmış təmirtikinti müəssisəsinə İB “Azəlvanmetal” -də avadanlıqların təmiri üzrə 2-ci dərəcəli çilingər vəzifəsinə işə daxil olmuş və 2021-ci il 15 oktyabr tarixədək həmin müəssisədə əmək fəaliyyətində olmuşdur. ИТ-İ № ******* nömrəli əmək kitabcasının surətindən görünür ki, İddiaçı 22 yanvar 1985-ci il tarixdən 02 may 1994-cü ilədək X1 İdarəsinə çalışmışdır. "xxxx" ASC-nin 26 nömrəli arayışının surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə “Gil-Torpaq” İstehsalatında xx.xx.1992-ci ildən xx.xx.1999-dək, xx.xx.1999-cu ildən - xx.xx.2009-ilədək İddiaçı təmirçi çilingər peşəsində çalışmışdır. xx.xx.2024-cü il tarixli güzəşli şərtlərlə pensiya təminatından imtina haqqında məktubun surətindən görünür ki, ИТ-İ № ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1990xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi qeyd olunsa da sözügedən əmək kitabçasının 4-5-ci səhifələrində işdən çıxma ilə bağlı qeyd həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edilib. Həmçinin ИТ-İ № ******* nömrəli əmək kitabçanızda onun xx.xx.1991-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində Gəncə İxtisaslaşdırılmış təmir-tikinti idarəsində işləməsi qeyd olunmuşdur. Göstərilən səbəblərə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 11 dekabr 2024-cü il tarixli etiraz ərizəsində qeyd olunmuşdur ki, İddiaçı mübahisələndirilən dövrlərin onun sosial sıgorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə Gəncə İnzibatı Məhkəməsinə müraciət etmişdir. Hazırda məhkəmə prosesi davam etdirilir. Həmçinin ərizəçinin ərizəsində qeyd etdiyi dövr xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək X2 idarəsində 5ci dərəcəli rənəgsaz vəzifəsində işləməsi barədə ИТ-İ № ******* nömrəli əmək kitabçasında qeyd mövcuddur. Həmçinin onun ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işləməsi barədə qeyd də mövcuddur. Bu hal isə işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə qeyd edir ki, iş materiallarından da aydın olduğu kimi, ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası və əmək kitabçasında qeyd mövcuddur. Həmin kitabçanın mövcudluğu isə hüquqi əhəmiyyətli olan faktın məhkəmə tərəfindən müəyyən edilməsini istisna edir. Sözügedən faktı müəyyən edən sənədin (əmək kitabçasının) mövcud olduğu halda əmək kitabçasındakı qeydlərin ziddiyyət təşkil etməsi əsası ilə maraqlı şəxsin ərizəçiyə pensiya təyin olunmasından imtinası faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyil. Belə ki, sözügedən faktı təsdiq edən sənədin mövcud olduğu təqdirdə həmin faktın məhkəmə qaydasında müəyyən edilməsinə lüzum yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, C3 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmadqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktlan təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkun olmasın, qüvvəclə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazıl subutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1093/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1093/2024
18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver