Məhkəmə qərarları › İş №2(058)-111/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-111/2025

08.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-111/2025 08.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, X23 katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəmə müraciət edərək, JN-0027, kod- 50703038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktındakı xüsusi mülkiyyətin X37, X2 və Ərizəçi2 məxsus olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum atası X27 və mərhum anası X1 Samux rayon X19 xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə 3.86 ha kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyət hüququna dair JN-0027, kod-50703038, nömrəli dövlət aktında soyadları səhv yazılmışdır. Belə ki, dövlət aktında mərhum atası X45 və mərhum anası X22 qeyd olunmuşdur. Mülkiyyət sənədində olan sənədlərdə göstərilən soyadlar fərqli olduğu üçün mülkiyyət hüququndan istifadə edə bilmirlər. Bundan əlavə həmin dövlət aktında Ərizəçi2 adı səhv yazılmışdır. Belə ki, Ərizəçi2 Hüseyağa oğlunun əvəzinə X11 yazılıb. Bu səbəbdən də mülkiyyət sənədində olan hərif səhvinə görə mülkiyyət hüququndan istifadə edə bilmir. Həmin səhvlər aşağıdakı göstərilən qaydada qeyd olunmuşdur. Ölüm haqqında şəhadətnamədə göstərilən soyadı, ad və ata adı X46 torpağa mülkiyyət hüququna dair dövlət aktında X17 qeyd olunmuşdur. Ölüm haqqında şəhadətnamədə göstərilən soyadı, ad və ata adı X8 torpağa mülkiyyət hüququna dair dövlət aktında X30 qeyd olunmuşdur. AA № ******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2 soyadı, ad və ata adı doğum haqqında şəhadətnamədə Ərizəçi2 Hüseyağa oğlu torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi2 kimi qeyd olunmuşdur. Qeyd olunan soyadlarda və adda olan hərf səhvlərinin düzəldilməsi üçün onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçi1 və Ərizəçi2 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək JN-0027, kod 50703038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X38, X2 və Ərizəçi2 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, onun doğum haqqında şəhadətnaməsində anasının adı X13 qeyd olunmuşdur. Anasına məxsus mülkiyyət sənədində isə anasının adı X30 qeyd olunmuşdur. Halbuki anasının adı nə onun doğum şəhadətnaməsində, nə də anasına məxsus mülkiyyət sənədində düzgün göstərilməmişdir. Belə ki, anasının adı X9 olmuş və anasının yalnız ölüm haqqında şahadətnaməsində onun adı, soyadı və ata adı düzgün qeyd olunmuşdur. Həmçinin onun doğum haqqında şəhadətnaməsində və sözügedən mülkiyyət sənədində atasının soyadı düzgün qeyd olunmamış, yalnız ölüm haqqında şəhadətnamədə atasının soyadı düzgün göstərilmişdir. Ona görə də iddia tələbində sözügedən mülkiyyət sənədinin anası X2 və atası X37 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 Hüseyağa oğlu ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilsə də maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Ərizəçi1 tələbi rədd edilməli, digər Ərizəçi2 münasibətdə isə ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İ-ИЕ 493657 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958ci il tarixdə doğulmuş Ərizəçi1 atası X20, anası X28r. Xİ-ЖГ 319641 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə anadan olmuş Ərizəçi2 Hüseyağa oğlunun atası X3, anası X15r. AZ-İ № 959872 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. AZ-İ № 139756 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Torpağa mülkiyyət hüququna dair JN-0027, kod 50703038 saylı dövlət aktının surətindən görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 05 may tarixli, 08 saylı qərarı ilə 3.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X29, X48, Ərizəçi1, X12, X5, X14, X6, X7, X10 ümumi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Samux Rayon Qeydiyyat Samux rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarili məktublarından görünür ki, ərizəçiyə onun təqdim etdiyi sənədlər arasında uyğunsuzluq olduğuna görə müvafiq düzəlişlərin aparılmasının mümkün olmadığı qeyd edilmiş, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Pleniumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi1 anasının adı X39, atasının adı isə X16r. Ərizədə sözügedən mülkiyyət sənədində isə mülkiyyətçi kimi göstərilən şəxslərin adları X57 və X18 qeyd olunmuşdur. Ərizəçi1 qeyd edir ki, həmin mülkiyyət sənədi onun anası X2 və atası X37 məxsusdur. Lakin şəxsin doğum haqqında şəhadətnasində onun atası X21, anası X13 qeyd olunmuşdur. Yəni, ərizəçi anasının adının yalnız ölüm şahadətnaməsində düzgün qeyd olunduğunu bildirərək sözügedən mülkiyyət sənədinin məhz ölüm şahadətnaməsində qeyd olunmuş şəxsə, yəni X4 məxsus olması faktının müəyyən edilməsini tələb edir. Həmçinin ərizəçi atasının soyadının yalnız ölüm şəhadətnaməsində düzgün qeyd olunduğunu bildirərək sözügedən mülkiyyət sənədinin məhz ölüm şəhadətnaməsində göstərilən şəxsə, yəni X37 məxsus olması faktının müəyyən olunmasını məhkəmədən xahiş edir. Halbuki ölüm şəhadətnamələrində qeyd olunan şəxslərin ərizəçinin anası və atası olması müəyyən deyil. Belə ki, şəxsin valideynləri onun doğum haqqında şəhadətnaməsi ilə müəyyən olunur. Ərizəçinin iş materiallarına əlavə etdiyi ölüm haqqında şəhadətnamələrdə adları qeyd olunan şəxslər ilə ərizəçinin doğum haqqındakı şəhadətnaməsində onun valideynləri kimi qeyd olunan şəxslər eyni şəxslər olmamaqla həmin sənədlər arasında ciddi uyğusuzluqlar və ziddiyyətlər mövcuddur. Ona görə də ərizədə sözügedən mülkiyyət sənədinin ərizəçinin ərizədə göstərdiyi şəxslərə məxsus olmasının müəyyən edilməsi yolverilməzdir. Ərizəçi2 münasibətdə isə ərizənin baxılmamış saxlanılmalı olması qənaətini isə məhkəmə onunla əsaslandırır ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət etməmişdən öncə məsələnin məhkəməyə qədər nizama salınması qaydasına riayət etməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Ərizəçi1 tələbinə münasibətdə ərizə təmin edilməməli, digər Ərizəçi2 münasibətdə isə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi1 tələbinə münasibətdə ərizə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar