Məhkəmə qərarları › İş №2(058)-1120/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1120/2023

13.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1120/2023 13.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X20 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-0063, KOD 50710018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında X13 əvəzinə həmin şəxsin Ərizəçi1 və X14 əvəzinə həmin şəxsin Ərizəçi2 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx.xx.1992-ci il tarixdə və xx.xx.1989-cu il tarixdə Ərizəçi2 Samux rayonu, Poylu kəndində anadan olmuşlar, hazırda həmin kənddə yaşayırlar. Samux rayon X5 xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 3,66 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi haqqında JN-0063, KOD 50710018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş, həmin 3,66 ha torpaq sahəsini kənd təsərrüfatı təyinatı üzrə istifadə edirlər. Torpağa mülkiyyət hüququna dair JN-0063, KOD 50710018 nömrəli dövlət aktı verilmiş, həmin dövlət aktında onların soyadı, adı və ata adı X2 və X3 göstərilmişdir. Onlara Samux rayon VVAQ şöbəsi tərədindən xx.xx.1992-ci il tarixdə 04 nömrəli qeydlə Ərizəçi1 XVİ-JQ 405586 nömrəli şəhadətnamə, xx.xx.1989-cu il tarixdə 37 nömrəli qeydlə Ərizəçi2 XVİ-JQ 444195 nömrəli şəhadətnamə verilmişdir. VVAQ orqanı tərəfindən onlara verilmiş şəhadtətnaməyə əsasən soyadı, adı və ata adı Ərizəçi1 və Ərizəçi2 qeyd olunmuşdur. Qeyd olunan düzəlişlərin aparılması məqsədi ilə Samux Rayon İcra Hakimiyyət başçısına ərizə ilə müraciət olunmuş, həmin ərizəyə Samux rayon İcra hakimiyyətində fəaliyyət göstərən komissiya tərəfindən baxılmış və qeyd olunan texniki səhvlərin torpağın mülkiyyət sənədində düzəldilməsi üçün xx.xx.2023-cü il tarixdə 117 nömrəli arayış verilmiş, düzəlişlərin aparılması məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həmin ərizə və müvafiq sənədlər onlar tərəfindən təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin cavab məktubunda torpağın mülkiyyət sənədində mövcüd olan uyğunsuzluqlarının aradan qaldırılmasının məhkəmə qətnaməsi əsasında mümkün olması göstərilmiş, imtina məktubuna əsasən torpağın mülkiyyət sənədində müvafiq düzəlişlərin aparılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi2 ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Gəncə şəhərində yaşadığı və himayəsində 3 (üç) azyaşlı uşağı olduğu üçün mülki işə iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Ərizəçi1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi2 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, ərizəçilər onun övladlarıdır. “Torpağa Mülkiyyət Hüququna” dair JN-0063 KOD 50710018 nömrəli dövlət aktında Ərizəçi2 adı texniki səhv olaraq X3 və Ərizəçi1 adı texniki səhv olaraq X2 yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 qızı ifadəsində bildirdi ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 onun qardaş və bacısıdır. “Torpağa Mülkiyyət Hüququna” dair JN- 0063 KOD 50710018 nömrəli dövlət aktında Ərizəçi2 adı texniki səhv olaraq X3 və Ərizəçi1 adı texniki səhv olaraq X2 yazılmışdır. xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikası SSR Xanlar rayonu Poylu kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X6 birgə nikahlarından xx.xx.1989-cu il tarixdə Ərizəçi2 anadan olmuşdur. xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Xanlar rayonu Poylu kənd İcra Hakimiyyəti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X6 birgə nikahlarından xx.xx.1992-ci il tarixdə Ərizəçi1 anadan olmuşdur. AZE ******** seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx.xx.1989-cu il tarixdə Samux rayonu, Poylu kəndində anadan olmuşdur. AZE ******** seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi1 xx.xx.1992-ci il tarixdə Xanlar rayonu, Poylu kəndində anadan olmuşdur. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-032A KOD 50710018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux Rayonu Poylu kənd sakinləri X12, Ərizəçi1, X16, Ərizəçi2, X4 0.34 ha torpaq sahəsi verilmişdir. Samux rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna” dair JN-0063 KOD 50710018 nömrəli dövlət aktından görünür ki, Samux rayonu Poylu kənd sakinləri X12, X9, X16, X10, X4 və X1 təsərrüfatı məhsulları istehsalı üçün 3.66 ha torpaq sahəsi verilmişdir. xx.xx.2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 117 nömrəli arayışdan görünür ki, Samux rayonu Poylu kənd sakinləri X12 və ailə üzvlərinə Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixdə, 01 nömrəli qərarı ilə verilmiş 3.66 ha pay torpaq sahəsini təsdiqləyən JN-0063, KOD 50710018 nömrəli Dövlət Aktında mülkiyyətçilərin soyadı, adı və ata adı qeyd olunan səhifədə oğlu: X14nın cinsiyyəti və qızı: X7 adı texniki səhv olaraq yazılmışdır. Lakin qeyd olunan Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş 3.66 ha pay torpaq sahəsini təsdiqləyən JN-0063, KOD 50710018 nömrəli Dövlət Aktında da öz əksini tapmış şəxslərin ailə üzvünün soyad, adı və ata adının düzgün yazılışı aşağıdakı kimidir: oğlu: Ərizəçi2 - əsas: şəxsiyyət vəsiqəsi AZE № ********, FİN xxxxxxx və XİV-JQ № 444195 nömrəli doğum haqqında şəhadətnamədə düzgün yazılışı öz əksini tapmış və qızı Ərizəçi1- əsas: şəxsiyyət vəsiqəsi AZE № ********, FİN ZXFJ0S və JQ № 405586 nömrəli doğum haqqında şəhadətnamədə düzgün yazılışı öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X12 ünvanlanmış bildirişdən görünür ki, Samux rayonu, Poylu kəndində yerləşən torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli **********, **********, **********, **********, ********** qeydiyyat nömrəli ərizələrə baxılmış və təqdim edilmiş “torpağa mülkiyyət hüququna dair” JN-0063 nömrəli dövlət aktında hüquq sahibinin adının “X14 və X13” kimi qeyd olunduğu və Ərizəçi2 ilə Ərizəçi1 dövlət aktında qeyd olunan “X14 və X13” eyni şəxslər olmalarını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyi müəyyən edilmiş, bu səbəbdən ərizələrinin icrası mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısının Poylu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 112 nömrəli arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Ərizəçi2 həqiqətən Samux rayonu Poylu kəndində qeydiyyatdadır və yaşayır. xx.xx.2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısının Poylu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 113 nömrəli arayışdan görünür ki, xx.xx.1192-ci il təvəllüdlü Ərizəçi1 həqiqətən Samux rayonu Poylu kəndində qeydiyyatdadır, hazırda Gəncə şəhərində yaşayır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1998-ci il tarixdə verilmiş “Torpağa Mülkiyyət Hüququna” dair JN-0063 KOD 50710018 nömrəli dövlət aktında səhvən ərizəçilərin adı “X14 və X13” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 3.66 ha torpaq sahəsinə dair verilmiş “Torpağa Mülkiyyət Hüququna” dair JN-0063 KOD 50710018 nömrəli dövlət aktının “Ərizəçi2 və Ərizəçi1” məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 3.66 ha torpaq sahəsinə dair verilmiş “Torpağa Mülkiyyət Hüququna” dair JN-0063 KOD 50710018 nömrəli dövlət aktının “Ərizəçi2 və Ərizəçi1” məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar