Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1128/2023 27.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “miras payın müəyyən edilməsi və miras payın qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin materallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “miras payın müəyyən edilməsi və miras payın qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət etmişlər. Gəncə Şəhər Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(125)-4578/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı miras mülkə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh şəxsiyyət vəsiqəsinin elektron məlumat bazadan olan çıxarışından görünür ki, cavabdehin rəsmi qeydiyyatı Samux rayonu, Qırmızı Samux kəndi olmaqla iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul olunmuşdur. Qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 36.13-cü maddəsinin tələbinə görə MPM-nin 39-cu maddəsindən müəyyən edlmiş adiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsi məhz iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin maddədə sadalanan bütün hallarda işin baxılacağı məhkəmənin seçmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə hesab edir ki, bu qaydadan istisnalar yalnız işin müstəsna aidiyyəti olduğu hallarda qeyri- mümkündür. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər, lakin bu qayda iddia tələbinin müstəsna aidiyyəti olduğu hallara şamil edilmir. Məhkəmə müstəsna aidiyyətlə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, müstəsna aidiyyətin xüsusiyyəti ondan ibarətdir ki, işin hansı məhkəməyə verilməsi tərəflərin iradəsindən asılı deyildir. Göründüyü kimi müstəsna aidiyyətlə bağlı mülki işin məhkəmələrdə baxılması həmin tələblər üzrə yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin dindirilməsi kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasını şərtləndirir. Lakin iş materialları ilə müəyyən edildi ki, miras payın müəyyən edilməsi və miras payın qeydiyyata alınması tələb olunan yaşayış sahəsi Gəncə şəhərinin inzibati ərazisində yerləşir. Beləliklə, Gəncə Şəhər Məhkəməsi tərəfindən işin aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdiyi 25 iyun 2023-ci il tarixli 2(125)-4578/2023 nömrəli qərardadla bağlı mülki işin ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən mülki iş üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığını aradan qaldırılması ilə bağlı hazırkı mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 40, 44, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “miras payın müəyyən edilməsi və miras payın qeydiyyata alınması” tələbinə dair mülki iş məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1128/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1128/2023
27.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver