Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1130/2023 07.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X28 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi1, Ərizəçi5 (Ərizəçi4 nümayəndəsi) iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Şəmmədova (Verdiyeva) Prilyant Cahangir qızının, Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Şəmmədova (Verdiyeva) Prilyant Cahangir qızı, Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X8, X3, X14, Ərizəçi3 Əmralı oğlunun, X1, X9, Ərizəçi6 Əmralı oğlunun adına verilmiş “Torpağa Mülkiyyət Hüququna” JN-0525 KOD 50700001 nömrəli dövlət aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 və X2na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, onların ailəsinə Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə Samux rayonu, Şəmşəddin kəndi ərazisində 1.58 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə JN: 525 KOD 50700001 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş, lakin həmin dövlət aktında onları adı, soyadı və ata adı texniki səhv olaraq Ərizəçi1 əvəzinə X11, Ərizəçi2 əvəzinə X19, Ərizəçi3 əvəzinə Ərizəçi3 Əmralı oğlu, Ərizəçi4 əvəzinə X4, Ərizəçi5 əvəzinə X17, Ərizəçi6 əvəzinə Ərizəçi6 Əmralı oğlu, X2nun adı X5 yazılmışdır. X2 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Onların sənədi texniki səhvə görə DƏDRX-nin 3 saylı Gəncə Ərazi idarəsi qəbul etmir və onlara şifahi olaraq məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Texniki səhvə görə torpaq üzərində sərəncam vermək, torpaqdan istifadə etmək hüquqlarını yerinə yetirə bilmirlər. Məhkəmə iclasında Ərizəçi5 (Ərizəçi4 nümayəndəsi) ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında adı düzgün yazılmadığından torpağa dair sənədləşmə aparılması mümkün olmur. Məhkəmədən Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixdə 181 nömrəli qərarı ilə verilmiş 1.58 ha torpaq sahəsinə dair dövlət aktının ona və digər ərizəçilərə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi1 ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçilər müxtəlif vaxtlarda məhkəməyə ərizə üvnanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəkləri və ərizəyə onların iştirakı olmadan baxılıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə mülki işə işdə iştirak etməyən ərizəçilərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 XX.XX.1935-ci il tarixdə Samux rayonu, Qarasaqqal kəndində doğulmuşdur. İş materiallarında olan seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi6 xx.xx.1964-cü il tarixdə Xanlar rayonu, Qarayeri qəsəbəsində doğulmuşdur. İş materiallarında olan seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1965-ci il tarixdə Xanlar rayonu, Toğana kəndində doğulmuşdur. İş materiallarında olan seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1957-ci il tarixdə Xanlar rayonu, Şəmşəddin kəndində doğulmuşdur. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. İş materiallarında olan seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1953-cü il tarixdə Xanlar rayonu, Aşağı Qarasaqqal kəndində doğulmuşdur. İş materiallarında olan 05 sentyabr 2002-ci il tarixdə Samux rayon VVADQ şöbəsi tərəfindən verilmiş “ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X16 04 sentyabr 2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna” dair JN-0525 KOD 50700001 nömrəli dövlət aktının surətindən görünür ki, Samux rayonu, Şəmşəddin kənd sakinləri X12, X3, X14, Ərizəçi3 Əmralı oğlunun, X1, X9, X13, Ərizəçi6 Əmralı oğlunun və X7 mülkiyyətinə 1.58 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısının Qarayeri Qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qarayeri Qəsəbə sakini X13 və onun ailə üzvlərinin adı qeyd olunmuş Samux rayonu, Qarayeri qəsəbə ərazisində yerləşən pay torpaq sahəsini təsdiq edən JN-0525 KOD 50700001 nömrəli dövlət aktında mülkiyyətçilərin soyadı adı və ata adı qeyd olunmuş səhifəsində texniki səhv olaraq mərhum atası - X18, anası - X11, qardaşı - X19, qardaşı - Ərizəçi3 Əmralı oğlu, qardaşı arvadı - X4, qardaşı oğlu - X17 və qardaşı – Ərizəçi6 Əmralı oğlu kimi yazılmış, düzgün yazılışı – mərhum atası X16, anası – Ərizəçi1, qardaşı – Ərizəçi2, qardaşı – Ərizəçi3, qardaşı arvadı – Şəmmədova (Verdiyeva) Prilyant Cahangir qızı, qardaşı oğlu – Ərizəçi5, qardaşı – Ərizəçi6 kimidir. Nümayəndəliyin təsərrüfatbaşına kitabında həmin pay torpaq sahəsi qeyd olunmuş 826 nömrəli şəxsi hesabda X18, X11, X19, Ərizəçi3 Əmralı oğlu, X4, X17 və Ərizəçi6 Əmralı oğlu adlı vətəndaşlar qeydiyyatda olmamışlar və qəsəbə ərazisində yaşamamışlar. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, “Torpağa Mülkiyyət Hüququna” dair JN-0525 KOD 50700001 nömrəli dövlət aktında səhvən ərizəçilərin soyadı, adı və ata adı səhv yazılmışdır. Məhkəmə hesab edir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997ci il tarixdə 181 nömrəli qərarı ilə verilmiş 1.58 ha torpaq sahəsinə dair verilmiş JN-0525 KOD 50700001 nömrəli şəhadətnamənin X10, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixdə 181 nömrəli qərarı ilə 1.58 ha torpaq sahəsinə dair verilmiş JN-0525 KOD 50700001 nömrəli şəhadətnamənin X10, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1130/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1130/2023
07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver