Məhkəmə qərarları › İş №2(058)-1141/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1141/2023

01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1141/2023 01.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X14 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın Mülkiyyətə Verilməsinə” JN-270A KOD 50700018 nömrəli şəhadətnamədə X13 əvəzinə həmin şəxsin Ərizəçi olması faktının müəyyən edilməsinə dai qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci il tarixdə Samux rayonu, Yenikənd kəndində anadan olmuş, hazırda həmin kəndə yaşayır. Samux rayon X5 xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 0,25 ha həyətyanı torpaq sahəsi ailəsinin xüsusi mülkiyyətinə verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə” dair JN-270A KOD 50700018 nömrəli şəhadətnamə verilmiş, həmin şəhadətnamədə onun soyadı, adı və ata adı X7 göstərilmişdir. Ona Samux rayon VVAQ şöbəsi tərədindən xx.xx.1998-ci il tarixdə 200 nömrəli qeydlə AZ-İ№ - 446533 nömrəli şəhadətnamə verilmişdir. VVAQ orqanı tərəfindən ona verilmiş şəhadətnaməyə əsasən soyadı, adı və ata adı Ərizəçi qeyd olunmuşdur. Qeyd olunan düzəlişlərin aparılması məqsədi ilə Samux Rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət olunmuş, həmin ərizəyə Samux Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Komissiyası tərəfindən baxılmış və qeyd olunmuş texniki səhvlərin torpağın mülkiyyət sənədində düzəldilməsi üçün xx.xx.2023-cü il tarixdə 247 nömrəli arayış verilmişdir. Düzəlişlərin aparılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həmin ərizə və müvafiq sənədlər onun tərəfindən təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinin cavab məktubunda torpağın mülkiyyət sənədində olan mövcüd uyğunsuzluqların aradan qaldırılmasının məhkəmə qətnaməsi əsasında mümkün olması göstərilmişdir, həmin imtina məktubuna əsasən torpağın mülkiyyət sənədində müvafiq düzəlişlərin aparılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı düzgün yazılmadığından torpağa dair sənədləşmə aparılması mümkün olmur. Məhkəmədən Samux rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixdə 10 nömrəli qərarı ilə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsini təsdiqləyən şəhadətnamənin ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçi onun oğludur. Onlar Ayxana uşaq vaxtı Rais deyə müraciət etmişlər, ona görə də, sənədləşmə aparılarkən səhvən adı “Raiq” kimi yazılmış, lakin ərizəçinin əsl adı Ayxandır. Onlara Samux rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 0.25 ha torpaq sahəsi verilmişdir. “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN- 270A KOD 50700018 nömrəli şəhadətnamədə Ərizəçi adı texniki səhv olaraq “Raiq” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 şahid X6 ilə eyni məzmunli ifadə verdi. İş materiallarında olan Samux rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə Samux rayonu, Yenikənd kəndində doğulmuşdur. İş materiallarında olan seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Samux rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 10 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-270A KOD 50700018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Yenikənd kənd sakinləri X2, X3, X1 və X9 mülkiyyətinə 0.25 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısının Yenikənd Kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 adı olan ona və ailəsinə məxsus Samux rayonu, Yenikənd kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsini təsdiq edən JN-270A KOD 50700018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin soyadı, adı və ata adı səhifəsində oğlu X9 adı texniki səhv olaraq yazılmış, lakin düzgün yazılışı Ərizəçi kimidir. Nümayəndəliyin təsərrüfatbaşına kitabında həmin həyətyanı torpaq sahəsi qeyd olunmuş 96 nömrəli şəxsi hesabda X13 vətəndaş qeydiyyatda olmamış və nümayəndəlik ərazisində yaşamamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, X4 və ailə üzvlərinə Samux rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixdə 10 nömrəli qərarı ilə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsini təsdiqləyən JN-270A KOD 50700018 nömrəli şəhadətnamədə mülkiyyətçilərin soyadı, adı və ata adı qeyd olunan səhifədə oğlu X9 adı texniki səhv olaraq yazılmış, lakin Samux rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixdə 10 nömrəli qərarı ilə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsini təsdiqləyən JN-270A KOD 50700018 nömrəli şəhadətnamədə də, öz əksini tapmış şəxslərin ailə üzvünün soyadı, adı və ata adının düzgün yazılışı Ərizəçidur - əsas şəxsiyyət vəsiqəsi AZE № ********, FİN xxxxxxx, AZ-İ № 446533 nömrəli doğum haqqında şəhadətnamədə də düzgün yazılışı öz əksini tapmışdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN-270A KOD 50700018 nömrəli şəhadətnamədə səhvən ərizəçinin adı “Raiq” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixdə 10 nömrəli qərarı ilə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinə dair verilmiş təsdiqləyən JN-270A KOD 50700018 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixdə 10 nömrəli qərarı ilə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-270A KOD 50700018 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar